|
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.
Qeyd edilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.
Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, proqnonu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb.
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.
Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi "İnşaatçı-Neftçi" MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, "İnşaatçı-Neftçi" MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Faiq Zeynalov Səmid oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.
Bakı dünyanın sürətlə inkişaf edən və beynəlxalq tədbirlərin sıx keçirildiyi ölkələrdən biridir. Eyni zamanda ölkəmizə gələn turistlərin əksəri Bakıda məskən salır. Bu tendensiya daha da artacaq.
Bunlar yaxşıdır, amma fakt bundan ibarətdir ki, Bakı əhalisinin ömrü tıxaclarda çürüyür. Artıq dözülməz bir vəziyyətdir: Xüsusilə tıxaclar 20 Yanvar-Xırdalan, Masazır istiqamətində qeydə alınır. Bu, həm də onunla nəticələnir ki, 20 Yanvar tıxananda Tiflis prospekti, Zərdabi və Mətbuat prospektləri, Dərnəgül yolu, 3-cü mikrorayon dairəsi də iflic olur. Çünki bu yollarda hərəkət zəncirvari şəkildə bir-birinə bağlıdır.
Son vaxtlar manatlıq taksilərin yoxa çıxması nəticəsində Xırdalan və Masazıra gündəlik gedib-gələn insanlar da saatlarla yollarda qalır.
Ekspertlər bildirir ki, tıxacların qarşısının alınması üçün dövlət təcili, təxirəsalınmaz addımlar atmalıdır. Bu sırada Biləcəriyə, Xırdalana, Masazıra metro xəttinin sürətli çəkilişinin başlaması, bəzi hissələrdə yeraltı aparmaq mümkün olmadığı halda, metro yerin üstü ilə çəkilməlidir.
Bunun üçün kifayət qədər imkanlar var. Məsələn, hazırda metronun Avtovağzal və Xocasən stansiyaları var. Onların istiqamətində cəmi 3-4 kilometrlikdəki Xırdalana və Masazıra, Biləcəriyə metro xətti çəkilərsə, gündəlik azı 100 min insan rahatlıqla evinə gedər, hətta maşını olanlar da bu nəqliyyatdan istifadə edər.
Bakının baş planında Xırdalana metro çəkilməsi məsələsi vardı, amma sonra bundan danışılmadı.
Metropoliten özü bildirir ki, bu, onların investisiya planında mövcud deyil.
Ancaq bu, təkcə metropoliten işi olmamalıdır, dövlət təcili müdaxilə etməli və təcili tədbirlər görülməlidir. Çünki faktiki olaraq şəhər iflic duruma düşür və getdikcə daha ağır vəziyyət yaranacaq. Bu, istehsala da, dövlət xidmətlərinə də böyük mənfi təsir edən məsələdir. Ən əsası, vətəndaşlar belə zillət içərisində nə qədər yaşamalıdır?
Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən metro stansiyalarının sayının 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.
"28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.
2027-ci ilədək "28 May”-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 kilometrdən 73,4 kilometrə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.
Nəqliyyat eksperti Elməddin Muradlı "Yeni Müsavat”a bildirib ki, Bakıda bir neçə istiqamətdə metro xətlərinin çəkilməsi nəzərdə tutulur:
"Baş planda metro stansiyalarının sayının indikindən iki dəfə artıq olması nəzərdə tutulur. Ümumilikdə, 60-a yaxın metro stansiyasının olması əhali üçün çox böyük dəyişiklik deməkdir. Hələ ki stansiyaların sayının artırılması ilə bağlı planda Xırdalan nəzərə alınmayıb. Təəssüf ki, Azərbaycanda bir metro stansiyasının tikintisi bəzən 3 ildən 10 ilə qədər vaxt apara bilər. Operativ iş, ciddi yanaşma çətindir. Bu, Tağı Əhmədovun vaxtından qalma ənənədir. Yeni rəhbərliyin dövründə bir dəfə ortaya yaxşı nəticə qoyulub. Ümid edirəm ki, davamlı yanaşma olsa, nəticə ürəkaçan olar. Bildiyim qədər bəzi istiqamətlərdə çəkilən metro stansiyalarının tikintisi dayandırılıb. Maliyyə problemi var, işçilər ixtisara salınır. Biləcəri, Masazır, Xırdalana mütləq metro çəkilməlidir. Buna ciddi ehtiyac var. Yerüstü nəqliyyatın yaratdığı problemləri nəzərə alsaq, yeraltı nəqliyyata keçid daha da sürətlənməlidir. Dəmir yolu şəbəkəsində elə bir sistem qurmaq olar ki, metro qatarları da keçə bilsin. Praqmatik yanaşma olsa, vahid idarəetmə sistemi qurulsa, çox maraqlı layihələr həyata keçirmək olar. Əlaqələndirilmiş sistem qurmağa çalışırlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mərkəz rolunu oynayır. Bütün strukturlar nazirlikdə birləşib, yalnız Azərbaycan Avtobomil Yolları Dövlət Agentliyi ayrıca struktur kimi qalıb. Bir mərkəzdən idarə olunmanın əsas üstünlüyü odur ki, perspektivli layihələri ortaya qoymaq mümkün olur”.
Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır: "Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk.
Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzlərinin yaradılması innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərin bu cür ideyalara böyük tələbi var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər".
Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.
"Azərbaycan Dəmir Yolları "QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.
Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Belə ki, sentyabrın16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüş keçirib. Görüşdə tərəflər iki dövlətin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının və regionlararası əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.
Bu barədə Özbəkistanın müvafiq nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, tərəflər iki dövlət başçıları arasında isti, etimad münasibətlərinə əsaslanan ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafındakı müsbət dinamikanı alqışlayıblar.
“2023-cü ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 26,5 % artıb. Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta daşınmaz əmlak, energetika, xidmət, zərgərlik məmulatlarının istehsalı, qida və yüngül sənaye sahələrində 230 müəssisə fəaliyyət göstərir”, - məlumatda qeyd olunub.
Vurğulanıb ki, qarşılıqlı faydalı çoxlu böyük investisiya layihələri həyata keçirilir.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı şəhər infrastrukturunun inkişafı, sənaye istehsalı, kimya sənayesi və İT kimi sahələrdə əldə olunmuş razılaşmaların icrasının sürətləndirilməsi ilə bağlı tədbirlər də müzakirə edilib.
Zəngəzur dəhlizinə görə, Rusiya-İran gərginliyi dərinləşir. Hazırda bütün tranzit xətləri İran ərazisindən keçir. Tehran bölgədə nüfuzunu və imkanlarını daha da genişləndirməyi düşünür. Ticarət, siyasi və mədəni təsir baxımından isə İran Qafqazda autsayderdir.
Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
O qeyd edib ki, Türkiyənin Azərbaycan kimi müttəfiqi var:
“Eyni zamanda o, iqtisadi cəhətdən bölgədə güclü dayaqlara malikdir. Rusiya da regionda sağlam dayaqlar qurub. Ermənistan demək olar Kremlin nəzarətindəndir. Ona görə də, İranın mövqeləri çox zəifdir”.
Siyasi şərhçi hesab edir ki, İran eyni zamanda Azərbaycan ərazisindən keçməklə Rusiya və Qərbə daxil olur:
“Bu baxımdan İran bölgə dövlətlərini nəqliyyat məsələsində asılı saxlamaq niyyətindədir. Zəngəzur dəhlizinə də rəsmi Tehran bu kontekstdən yanaşır. Çünki bu dəhliz İran ərazisindən keçən yollar üçün alternativ marşurutdur”.
Rasim Musabəyovun sözlərinə görə, İran Ermənistan ərazisində dəhlizin açılmasına mümkün qədər maneə olmağa çalışır:
“Bütün xətlərin öz ərazisindən keçməsini istəyir. Şimal-Cənub dəhlizi və Naxçıvanla kommunikasiyaların da İran ərazisinə keçməsinə razıdır. Digər bir məsələ İranın İsrail məsələsində Rusiyadan narazı qalmasıdır. Tehran İsrailə zərbə vurmaq istəyirdi. ABŞ xəbərdarlıq etdi ki, buna cavabı şiddətli olacaq. Bu halda İran ancaq Rusiyanın dəstəyi ilə İsrailə zərbə vura bilərdi. Moskva isə bu dəstəyi vermədi”.
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının 1 000 kq üçün tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişarağzı və təkrar əritmə üçün külçələrin (şixta külçələri) tarif dərəcəsi 1000 kq üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Saflaşdırılmış misin, mis və sink əsasında ərintilərin (latunun), hər 1000 kq-ı üçün ixrac rüsumu 15 ABŞ dolları, 31.12.2024-cü il tarixinədək -10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla olub. Dəyişikliyə əsasən, saflaşdırılmış misin hər 1000 kq-ı üçün ixrac rüsumu 50%, lakin 1000 kq-a 4000 ABŞ dollarından az olmamaqla olacaq.
Eyni zamanda torna yonqarı, kəsiklər, qırıntılar, frezer istehsalı tullantıları, mişarağzı və kəsiklərin tullantıları; qalınlığı 0,2 mm-dən (altlıq hesaba almadan) çox olmayan, boyanmamış, müxtəlif örtüklü və ya birləşdirilmiş vərəqlərin və folqanın tullantılar, digərləri (brak edilmiş məmulatlar daxil olmaqla) və qırıntılar üçün ixrac rüsumu 1000 kq – 15 ABŞ dolları olub. Dəyişikliyə əsasən, ixrac rüsumu 50%, lakin 1000 kq-a 1000 ABŞ dollarından az olmamaqla olacaq.
Bu Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.
Azərbaycanda avtomobillərin qiymətini süni surətdə artırmaq üsullarından biri də onun yürüş məsafəsinə müdaxilədir.
Maşının nə qədər yol qət etdiyi ilə bağlı informasiya mexanizminə qeyri-qanuni təsir etmək halları artıq o qədər çoxalıb ki, köhnə maşın alanların əksəriyyəti bunun fəsadını yaşayır.
Avtomobil ustası bildirib ki, yeni nəsil avtomobillərdə bu proses elektrondur, həmin cihazı çıxararaq "kilometraj"a müdaxilə edib arxaya çəkirlər:
"Amma köhnə il maşınlarda tros sistemi olduğu üçün onu hər hansı cihazla geriyə çəkmək olur". Bəs bu üsuldan istifadə edənləri hansı cəza gözləyir?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, əgər istehlakçı avtomobilin istehlak xüsusiyyətlərinə dair az miqdarda, yəni 300 manatdan çox olmayan məbləğdə aldadılmışdırsa, belə olan halda İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilə və cərimə oluna bilər:
"İstehlakçı 300 manatdan yuxarı məbləğdə aldadılmışdırsa, bu hal cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçıları aldadan və pis keyfiyyətli məhsulları satan şəxslər barəsində fərdi sahibkar olmasından asılı olaraq 3000 manatdan 5000 manatadək məbləğdə cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər növündə cəza nəzərdə tutulub".
Ətraflı Baku TV-nin süjetində: