![]() |
|
Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
Musavat.com-un əməkdaşı Ruslan Pənahovun atası Eldəniz Pənahovla əlaqə yaradıb.
"Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Çox sevincliyik. Sizdən öncə də bir media qurumundan zəng vurmuşdular. Hələ ki, rəsmi qurumlardan bizimlə əlaqə saxlayan olmayıb. İnanıram ki, tezliklə övladıma qovuşacam", - Eldəniz Pənahov deyib.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.
DSX-dən verilən xəbərə görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1998-ci il təvəllüdlü Naqibullah Bəsir oğlu Hamrai, Zabedullah Bəhrhək oğlu Qurbani və 2003-cü il təvəllüdlü Fazil Əhməd oğlu Osmani saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.
Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50.000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problemin yarandığı bildirilir.
Gununsesi.info xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl bununla əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
"Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb", - sayt yazır.
Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:
“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.
Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.
Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.
Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.
Bizim.Media-nın əməkdaşı hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan Pənahovun atası ilə əlaqə yaradıb.
Eldəniz Pənahov bildirib ki, məsələ ilə dövlət qurumları mütəmadi iş aparır:
“Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir.
Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qırmızı Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.
Xəbər verdiyimiz kimi, “Qobu Park”da azyaşlı itlərin hücumuna məruz qalıb.
TƏBİB uşağın sondurumunu açıqlayıb:
"03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir" - məlumatda deyilir.
Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.
Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:
***
Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.
Oxu.az xəbər verir ki, “Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub.
Videonu təqdim edirik:
Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problemin yarandığı bildirilir.
Gununsesi.info xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl bununla əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
"Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb", - sayt yazır.
Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.
Azərbaycanda saxta iş elanları verərək vətəndaşlara qarşı dələduzluq edənlər peyda olublar.
Belə ki, onlar saxta “iş elanları” saytı yaradaraq vətəndaşlardan qeydiyyat üçün 37 manat pul tələb edirlər.
Mövzu ilə bağlı “ATV Xəbər”in süjetini təqdim edirik:
Baş Prokurorluq Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxslərinin rüşvət almasını əks etdirən görüntüləri yayıb.
Görüntülərdə mərkəzin baş direktoru Elşən Mustafayevin və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri əks olunub.