Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib.

Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.

A.Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

***
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.
 
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

 

 

“Allah onsuz da mənim cəzamı verib, bundan sonra da veriləcək bütün cəzalara razıyam”. 

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli deyib.

 N.Şakirli bildirib ki, özünü tam təqsirli bilir: 

“Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəyəm. Rəhmətə gedən şəxsi mən öz qardaşımdan ayırmırdım. Onun ailəsindən bir daha üzr istəyirəm. Bundan sonra da veriləcək hər cəzanı çəkməyə razıyam”.

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.

 
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

 

 

Hazırda kolbasa və sosislərin hazırlanmasında ətdən istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya, heyvan dərisi, selüloz, sümük və digər tullantı hissələr təşkil edir. Daha sonra onu ətə bənzətmək üçün kimyəvi maddələr istifadə olunur.

Belə bir iddia ATV-nin hazırladığı süjetdə səsləndirilib.

 "Kolbasanın yaşlılara, uşaqlara verilməsi düzgün deyil. Kolbasa delikates kimi istifadə olunmalıdır, amma çox təəssüflər olsun ki, bu günləri Azərbaycanda kolbasanı baton şəklində alırlar və evlərinə gətirirlər, hamı oturur yeyir. Olmaz, çünki burada nitrit duzları var ki, E250 kodu ilə tanınan qatqı maddəsidir və siqaretdən daha da zərərlidir. Nə üçün? Bu maddə xərçəng hüceyrəsi yaratmasa da, amin turşuları ilə reaksiyaya girir və bununla xərçəng inkişafında dəstəkçi rol oynayır", - efirin qonağı olan ekspert bildirib.

Daha ətraflı süjetdə:

Fevral ayının sonunda Beynəlxalq Qızılı Xaç Komitəsi əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.

Bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", İ. Hüseynova qeyd edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

“Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyətində hər hansı irəliləyiş yoxdur”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır.
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

APA bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.

“Report” xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

 

 

 

Martın 3-də Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, toy karvanından qayıdarkən baş verən ağır yol qəzasında dünyasını dəyişən “BMW X5”in sürücüsü 26 yaşlı Cavid Mürsəlov vəzifəli şəxsin oğludur.

Onun atası Elşən Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktorudur.

Xatırladaq ki, rayonun Üçtəpə kəndində baş verən hadisə zamanı üç nəfər xəsarət alıb. Belə ki, hərəkətdə olan “BMW X5” ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Hadisədən sonra “BMW X5” yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı “BMW X5”in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.

 

 

 

 

Xəbər lenti