Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələ ki açıq qalır. Xəbər verildiyi kimi, fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb, müşahidə altındadır.

Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı 20 gün ərzində rəy hazırlanacağı bildirilmişdi. Martın 13-də müddət bitir. Qərar olacaqmı, yoxsa müşahidə bir müddət də davam edəcək? Nə qədər?

Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər. O, rəyin konkret neçə günə veriləcəyini söyləməyib.

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasında olan Əhməd Əhmədovun psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə, sonrası necə olacaq?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı veriləcək: “Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə sakitcə cinayətini etiraf edir.

Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı şəkildə törədib. Bu, onu deməyə əsas verir ki, Əhməd Əhmədovun psixi sağlamlığında problemlər olsa da, psixi sağlığı tam olaraq sual altında deyil. Hər halda, Əhməd Əhmədovuun psixi sağlamlığı ilə bağlı birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının rəyini gözləmək lazımdır"...

Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.

Sosial şəbəkələrdəki feyk məlumatlar əvvəllər başqa ölkələrdə də yayılıb.

Araşdırma zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Belə ki, bu il yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb.

“Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib.

İlin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, "Telegram" izləyicilərində təşviş yaranıb.

"Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb. Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, vəziyyətin sabitliyini pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. Üstəlik, ilkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər"-deyə Kazan mediasının yazdıqlarında qeyd olunub.

APA-nın araşdırması zamanı məlum olub ki, eynilə bu gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.

***

Sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

Bakıda kitab mübadiləsi üçün küçədə yerləşdirilən kitab rəfində Ermənistanla bağlı kitablar yer alıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Bəşir Səfəroğlu 191 ünvanında küçədə olan kitab rəfinə Ermənistanda insan haqları, Ermənistanda azadlıq və s. barədə kitablar yerləşdirilib.

Tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev sözügedən kitabların ölkəmizə necə gəlməsi və rəfə necə qoyulmasını sual edib.

"Bunu edəni mütləq tapmaq lazımdır, ölkəmizə düşmən dövlətin kitablarını gətirən çox təhlükəli adamdır. Bəlkə də elə içimizdən olan xainlərdəndir", - deyə o söyləyib.

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

Qafqazinfo xəbər verir ki, Hacıqabul-Muğan-Udulu avtomobil yolunun 19-cu km-də iki avtomobil toqquşub.

Belə ki, 1976-cı il təvəllüdlü Qulam Zülfəliyevin idarə etdiyi "VAZ 21703" Hacıqabul şəhəri istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Mülkəli Hacalıyevin sürdüyü digər "VAZ"a çırpılıb. Nəticədə hər 2 sürücü və sərnişinlər Kamilova Məshəti Nizam qızı, Hacalıyeva Leyla Mülkəli qızı və Ağayev Sahib Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Ötən gün Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən narkotik tərkibli həblər və silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı 1 ədəd F-1 əl qumbarası,1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 9 ədəd 7,62x39 mm-lik mərmi və 1 ədəd AKMS (SU 5749) avtomatı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş silah aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib

 

 

 

“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az-a açıqlamasında məhkəmənin oğlu ilə bağlı ədalətli qərar verdiyini deyib:

“Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib. Bu qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək. Nicat məhkəmənin qərarı əsasında cəzasını çəkəcək”.
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi "Narkotələ-40” adlı əməliyyatlar keçirib, 5 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla "qara bazar”-da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.

Masallı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, polis əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib.

Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.

A.Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

***
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayərlər Məhkəməsində keçirilən bugünkü iclasda əvvəlcə müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı edəcək.

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deməli və hökm elan edilməlidir.
 
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

 

 

Xəbər lenti