|
Bakıda və Abşeron yarımadasında mayın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Azərbaycanın bəzi bölgələrində yağıntılı hava şəraiti ilə əlaqədar suyun səviyyəsinin kəskin artdığı ərazilər açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev güclü dolunun Tərtər, Goranboy, Naftalan, Gəncə və Zaqatalada qeydə alındığını bildirib:
“Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 38, Əyriçayda 17, Qabırrıçayda 135, bu gün isə yenidən 97 santimetr artdığı müşahidə edilib”.//Oxu.az
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu deyib.
İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyi tərəfindən Abşeron Rayon Polis İdarəsində xidməti kompleks yoxlamalar aparılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində 8 nəfər işdən azad edilib. Belə ki, yoxlamalar zamanı İdarənin rəis müavini polis polkovniki Elçin Rəcəbov, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar Məmmədov, İstintaq və Təhqiqat İdarəsinin, Cinayət Axtarış Şöbəsinin, hebelə narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı və əməliyyatçısı, bundan başqa Abşeron RPİ-nin Qobu Polis bölməsinin rəisi, polis mayoru Samir Qayıbov və bölmənin rəis müavini polis mayoru Ramil Rüstəmovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib.
Qeyd edilən şəxslər işdən azad edilərək sərəncama götürülüb. Yoxlamalar davam etdirilir.
Qeyd edək ki, 3 ay öncə Abşeron Rayon Polis İdarəsinin rəisi dəyişdirilib. Polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad olunaraq yerinə polkovnik Musa Musayev təyin edilib.
Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol vasitəsilə dövlətlərarası axtarışa verilmiş 1977-ci il təvəllüdlü Vüsal Yasin oğlu Mürşüdlü qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Qeyd edək ki, Vüsal Mürşüdlü daha əvvəl xeyli müddət “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etdiyi üzə çıxıb.
Abşeron rayonunda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən G.Qasımovanın cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Xırdalan şəhərində baş verib.
Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllədəki evdə yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən G.Qasımova saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham elan edilib.
İstintaqla müəyyən edilib ki, Qasımova 2013-cü ildən sevgi münasibətində olduğu Ramiz Hüseynova 2018-ci ildə ayrı-ayrı vaxtlarda ümumilikdə 2000 manat məbləğində borc pul verib.
Oktyabrın 20-si sat 20:00 radələrində qadın həmin şəxsə zəng edib, Xırladan şəhərində görüşməyi təklif edib. Yasamal rayonunda yaşadığı evdən çıxarkən həyat yoldaşını aldadıb ona rəfiqəsinin qəza törətdiyini deyib. Özünün şəxsi maşını olduğu halda taksi sifariş edib, Xırdalan şəhərinə gəlib və Ramiz Hüseynovla görüşüb. Piyada hərəkək edib, parkda musiqi məktəbinin arxasına heç kimin olmadığı yerə gediblər. Pul borcunu qaytarmaması ilə əlaqədar aralarında yaranan mübahisə zamanı qadın üzərindəki kəsici alətlə ürək nahiyyəsinə zərbə vuraraq Hüseynovu qəsdən öldürüb.
İş üzrə dindirilmiş G.Qasımova ifadəsində göstərib ki, 2004-cü ildən ailəlidir və bir övladı var.
2010-cu ildən Bakı Şəhər Baş Polis İdarəsində kadrlar şöbəsində inspektor vəzifəsində işləyib. 2016-ci ildə öz ərizəsi ilə işdən çıxıb. Təxminən 3-4 il əvvəl atasının Pirşağı qəsəbəsindəki bağına su çəkilməsi ilə əlaqədar telefonla danışanda "Azərsu" ASC-də işləyən Ramiz Hüseynovla tanış olub. Ramizlə ayda 2-3 dəfə müxtəlif yerlərdə görüşüb. Son vaxtlar yalnız telefonla əlaqə saxlayıblar.
2018-ci ilin yanvar ayında Ramiz işdə problemləri yarandığı üçün 1000 manat lazım olduğunu deyəndə ərindən xəbərsiz yığdığı məbləğdən ona borc pul verib. Aprel ayında Hüseynov yenidən pul istədikdə ona əlavə 1000 manat verib. Beləliklə, ümumi borc məbləği 2000 manat olub. Həmin ay Ramiz işdən çıxıb. Onun maddi sıxıntıları başlayıb. Onların münasibətlərindən Ramizin arvadının və bacısınında xəbərləri olub. Dəfələrlə mobil telefonuna zəng edib onu təhqir ediblər.
Oktyabrın 22-də yazışma zamanı pulunu istəyəndə Ramiz hazırda 1000 manat pulu olduğunu, əgər həmin məbləği bu axşam ona verməsə, xərcləyəcəyini və Xırdalan şəhərinə gəlməsini deyib. Sifariş etdiyi taksi ilə Heydər Əliyev prospektinə gəlib. Zibil konteynerlərinin yanında maşından düşüb Ramizə zəng etsə də, onun telefonu sönülü olub. Bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmayıb. On beş dəqiqə gözlədikdən sonra Ramizin onu aldatdığını düşünüb başqa taksi ilə geri qayıdıb. Səhərisi gün polis əməkdaşları yaşadığı evə gəlib onu Abşeron RPİ-nə aparandan sonra Ramizin Xırdalanda qətlə yetirildiyini bilib.
İkinci dəfə dindirilmiş Günel Qasımova ifadəsində göstərib ki, oktyabrın 21-də polis idarəsində Ramiz Hüseynovun öldürüldüyünü eşidəndə qorxub bir az düşünmək üçün zaman qazanmaq istəyib. Ona görədə həmin axşam Ramizi gözlədikdən sonra gəlmədiyini görüb taksi ilə evə qayıtması barədə yalan ifadə verib. Əskində onlar parkın qarşısında görüşüb mehriban qaydada söhbət edə-edə piyada gəziblər və aralarında mübahisə olmayıb. Sonra o, artıq gec və evə getməli olduğunu söyləyərək Ramzlə sağollaşıb. Hüseynovda dostlarının yanına gedib.
Heydər Əliyev prospektinə çıxdıqdan sonra taksiyə əyləşib evə qayıdıb.
Qasımova əlavə edib ki, Ramiz Hüseynovu öldürməyib. Cinayəti törətmək üçün heç bir motivi olmayıb. Onun Ramizlə sevgi münasibətində olmasından yoldaşının və qohumlarının xəbəri olmayıb. Yalnız hadisədən 1-2 gün əvvəl onun Ramizə borc pul verdiyini bilib. Hadisə günü yaşadığı evin həyətində sıxlıqla əlaqədar avtomobil saxlamaq çətin olduğuna və Xırdalan şəhərini yaxşı tanımadığına görə oraya öz maşını ilə yox, taksi ilə gedib.
Şahid Güldərya Hüseynova bildirib ki, 5 il ərzində həyat yoldaşı Ramizin G.Qasımova ilə yaxın münasibəti olub.
Oktyabrın 16-da qadın zəng edib ədəbsiz ifadələrlə təhqir edərək ona "sənin ərini qətlə yetirəcəyəm. Öləndə də son sözü Günel olacaq. O da səni ömür boyu yandıracaq" deyib. Həmin günə kimi ərinin qadına pul borcu olmasını bilməyib. Bu bərədə özündən soruşanda Ramiz təsdiq edib ki, Günelə borcu var və o pulu qaytarandan sonra qadın ondan əl çəkəcək.
Ayın 22-də Ramiz dostları ilə çayxanada olduğunu deyib. Axırıncı dəfə onunla saat 21:07-də danışıb. Bir müddətdən sonra zəng edəndə cavab verən şəxs polis əməkdaşı olduğunu və Ramizi parkda huşsuz vəziyyətdə aşkar etdiklərini bildirib.
Şahid əlavə edib ki, yalnız Qasımova tez-tez zəng edərək ona hədə-qorxu gəlib, Ramizin başına oyun açacağını deyib. Əri heç vaxt qumar oynamayıb. Ramizin ölümündə tək günahkar bildiyi insan G.Qasımovadı.
Məhkəmə iclasında Qasımova ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə Qasımovanın ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini cinayət məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirib.
Sonda məhəkəmənin hökmü ilə G.Qasımova CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq
"Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisənin şokunu yaşayırlar. Onlar həm də qohum imiş.”
Bu barədə Baku TV-nin süjetində bildirilib.
Ölən azyaşlının babası Ələsgər Məlikov deyir ki, Fərid Bakarov Mehman Xəlilovun sevimli tələbəsi olub.
Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdular.
Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndləri subasmaya məruz qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ötən gün Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olub.
Qeyd edək ki, həmin şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.
Nadir Yusifov
Fərid Sədiyev
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.