|
“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Anket məlumatlarının elanı zamanı məlum olub ki, təsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməkdə günahkar həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.
Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edir. Jurnalistlər “Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.
Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib.
Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb.
Bu vəsatət baxılmamış saxlanılıb.
İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb.
Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.
Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.
20 yaşlı hərbi qulluqçu Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Bakıda gecə saatlarında ictimai asayişi pozan bir qrup şəxslərlə bağlı bəzi məlumatlar üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər cinsi azlıq nümayəndələridir.
Hadisə Xətai rayonu, Həsən Salmani küçəsi 1a ünvanında baş verib.
Belə ki, orada yaşayan kişi intim xidmət göstərilməsi üçün evinə xanımlar dəvət edib. Həmin şəxslər gəldikdə onların cinsi azlıq nümayəndələri olduğu müəyyənləşib və kişi buna görə pul ödəməkdən imtina edib.
Nəticədə mübahisə baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Cinsi azlıq nümayəndələrindən biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Həmin şəxslər hazırda polis bölməsindədirlər və faktla bağlı araşdırma aparılır.
***
Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.
Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Hadisə “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib.
Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
Görüntüləri olduğu kimi təqdim edirik:
Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı yeniyetmə ailəsinə təhvil verilib.
Bizim.Media-ya bu barədə qızın ailəsindən bildirilib. Məsələ ilə bağlı araşdırma aparıldığından yeniyetmənin ailəsi hələki əlavə məlumat vermək istəməyib. Hazırda qız ailəsinin yanındadır və səhhətində hər hansı problem olmadığı bildirilir.
Xatırladaq ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evi tərk edib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyatlar nəticəsində Əfsanə Tağıyevanın yeri Xaçmazda müəyyənləşib.
Qeyd edək ki, Tovuz rayon sakini Əfsanə Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar Səfər Kavazov barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və 3 uşaq atasıdır. O, Xudat Şəhər Xəstəxanasında mühafizəçi kimi çalışır.
90-cı illərdəki xəyanət: ermənilərə benzin satılmasını əks etdirən nadir görüntülər yayılıb.
Görüntülər AZTV tərəfindən ictimailəşdirilib.
Həmin kadrlar süjetin 4:04 dəqiqəsindən başlayır.
Ətraflı videoda:
Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Ölkə.az"a bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.
Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
***
Qobustanda ağır yol qəzası olub, 5 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Əgər Araik Arutyunyanla razılaşsaydım, çoxdan “hakimiyyət” sıralarında özümə yer etmişdim.
Globalinfo.az xəbər verir ki, bunu “qondarma rejimin təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan deyib.
Arutyunyanın adamı olmadığını iddia edən Babayan, əksinə separatçıların liderinin Bakıya xidmət etdiyini bildirib:
“Araik Arutyunyan Azərbaycanın bütün tələblərini icra edir. O, ordunu buraxıb, yerdə qalan hissəni isə silahsızlaşdırır. Zamanı gələndə isə deyəcək ki, “Azərbaycanın təzyiqinə müqavimətə güc yoxdur, ruslar da kömək etmir, bizim birgə yaşayıb, tabe olmaqdan başqa yolumuz qalmır”, – o bildirib.
Qeyd edək ki, Babayan bundan öncə Xankəndidə etiraz aksiyalarına başlayıb. O, özünə dövlət naziri postunun verilməsini, Arutyunyanın istefasını tələb edir.
Xankəndində separatçılar arasında daxili siyasi gərginlik hər gün getdikcə daha da kəskin xarakter almaqda və ciddi parçalanma meylləri güclənməkdədir. Məhz bunun nəticəsi olaraq son günlərdə Samvel Babayan və Ruben Vardanyanın qrupları yenidən aktivləşib. Digər tərəfdən isə qondarma rejimin “parlament” sədri Tovmasyan da fəallaşıb. Artıq bir neçə gündür ki, Xankəndində separatçı qruplaşamalar arasında “siyasi məsləhətləşmələr” getsə də, tərəflər ortaq məxrəcə gələ bilmirlər. Bu da vəziyyətı daha da çıxılmaz dalana sürükləyir.
Babayan israrla özünü qondarma rejimin “dövlət naziri” postuna təyin olunmasını tələb edir. Onun son hədəfi isə Xankəndində “hakimiyyət” dəyişikliyinə nail olmaqdır. Bəzi məlumatlara görə, o bu məsələdə İrəvandakı bəzi qüvvələrdən, o cümlədən Paşinyandan da dəstək alır.
Babayanın aktivləşməsi fonunda “desant” Ruben Vardanyan da aktivləşib. O özünü daha çox “barışcıl” göstərməyə çalışsa da, gizli planlarının olduğu aydındır.
Son günlərdə “hakimiyyət” uğrunda mübarizəyə girişənlər arasında qondarma rejimin “parlamentinin” rəhbəri Artur Tovmasyanın rəhbərlik etydiyi qruplaşma da var. O da yaranmış situasiyadan faydalanıb, özünü separatçıların real namizədi kimi görür. Tovmasyan müxtəlif təkliflərlə çıxış edərək özünü ciddi rəqib kimi ortaya qoymağa çalışır. Bu məqsədlə bir neçə gün öncə Tovmasyanın Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun formalaşdırılması barədə təklif irəli sürsə də, müsbət nəticə vermədi. Bunun nəticə vermədiyini görən Tovmasyan mayın 19-da üzləşilən durumdan çıxış yolu kimi baş separatçı Araik Arutyunyan ya istefa verib yeni “seçki”lərə getməsini, ya da “etimad referendum” keçirməsi barədə tələb irəli sürüb. Bu da Xankəndində siyasi hərarətin yüksəldiyini və ciddi böhranın yarandığını göstərir.
Erməni mediası olan “hraparak”ın yazdığına görə, Araik Arutyunyan yaranmış durumdan çıxış yolu kimi “etimad referendum”nun keçirilməsi təklifi üzərində dayanaraq qərar qəbul edib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq və Qarabağın erməni əhalisi bir suala cavab verəcək: Əhali “artsax prezidentinə” güvənir, yoxsa yox?
Baş separatçı Arutyunyanın bu cəhdləri də nəticə verməyəcək. Bu suda boğulanın xilas olmaq üçün saman çöpündən yapışması misalına bənzər.
Proseslərin gedişi onu göstərir ki, separatçılar Bakının irəli sürdüyü reinteqrasiya təkliflərdən uzaq durduqca Xankəndində hərarət getdikcə daha da kəskin xarakter alacaq. Bu nəticə etibarı ilə toqquşmalara gətirib çıxaracağı da istisna deyil. Çünki separatçılar üzləşdikləri durumla bağlı bir-birinin ünvanına kəskin ittihamlar səsləndirməkdədirlər. Bu da qarşıdurmanı və böhranlı vəziyyətin aradan qalxmasına deyil, əksinə böhranın daha da dərinləşməsinə və məhvə sürükləyir.
Yaranmış durumdan yeganə çıxış yolu isə Bakının inteqrasiya prosesi ilə bağlı şərtlərini qəbul edib, ona uyğun addım atmaqdır. Ya qanunvericiliyin tələblərinə uyğun Azərbaycan vətəndaşlığını qəbul edib, bu torpaqlarda yaşayırsa, ya da bu əraziləri öz xoşuna tərk edirsən. Bu iki variantdan birini seçməyənləri isə Azərbaycan komandos qrupları onları başa düşəcək dildə necə başa salmağı bilir. Bu da olacaq…
Lənkəranda torpaq sürüşməsi olub.
"Report"un Cənub bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb. Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb.
Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli yol istismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür: "Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq onların imkanları xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqalada Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunub. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə smeta sənədləri hazırlanıb".
Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.
Əmlakçıların fəaliyyəti ilə bağlı xoşagəlməz hallara tez-tez rast gəlirik. Xüsusilə də, dələduzluq halları ilə bağlı şikayətlər yetərincədir. Əsasən də tələbələr, kirayə ev axtaranlar maklerlərin fırıladçılığından şikayətlənirlər.
Qonşu ölkələrin əmlak bazarına diqqət yetirsək, görərik ki, onlarda illərlə formalaşmış əmlak bazarı və alqı-satqı mütəxəssisləri, yəni rielterlər var. Həmin rielterlər öz vətəndaşlarına, hətta xaricdən gələnlərə, turistlərə də yardımçı olur.
Təəssüflər olsun ki, Azərbaycanda bu üsulla təşkilati qaydada peşəkar xidmətin göstərilməsi ürəkaçan səviyyədə deyil. Ölkəmizdə bu işlə həm fərdi təşəbbüslə, həm də müəyyən agentliklər məşğul olur.
Bəs problemin həlli yolu nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Vüqar Oruc illərdir əmlak bazarında xaotiklik müşahidə olunduğunu bildirib:
“Əmlak fəaliyyəti ilə həm fərdi şəkildə, həm də müəyyən agentliklər MMC strukturu ilə fəaliyyət göstərir. Təbii ki, həmin qurumlar dövlətə müvafiq fəaliyyətə görə vergi verir, alqı-satqı prosesi zamanı faiz ödəyir. Bir çox hallarda bu sahə tənzimlənmədiyinə görə vergidən yayınma halları və professional xidmətin göstərilməsi istisna olur”.
Ekspert bildirir ki, özünü “makler” kimi təqdim edən dələduzlar insanları aldadaraq əmlak bazarına olan inamını sarsıdır. Bu cür fırıldaqçılarla rastlaşmamaq üçün isə düzgün seçim etmək vacibdir:
“Bu gün onlayn şəkildə ayrı-ayrı şəxslər insanları rielter kimi aldadır. İnsanlara əvvəlcə mənzillər göstərilir, ilkin ödənişlər alınır, sonradan isə həmin “makler” yoxa çıxır. Bunun qarsısını almaq üçün insanlar təsadüfi xidmət növlərindən imtina etməlidir. Əvəzində yerləri ,fəaliyyətləri bilinən, öz imici olan reelter şirkətlərə müraciət olunmalıdır.
Həmçinin “makler”lər özlərinə də ciddi şəkildə nəzarətdə olmalıdır. Bu istiqamətdə fəaliyyətin sertifikatlaşdırma üsulu ilə həyata keçirilməsi daha məqsədəuyğun olar. Çünki, digər fəaliyyətlərdən olan istənilən insan rielterliklə məşğul ola bilir. Asan qazanc olduğu üçün demək olar çox insan bu sahəyə yönəlir.
Bununla da sözügedən sahənin profesionallıqdan kənara çıxılması halları yaranır. Hesab edirəm ki, bu sahə ciddi şəkildə tənzimlənməlidir. Yəni dövlətin müəyyən qurumu olmasa da , hansısa bir ictimai qurum bu öhdəliyi üzərinə götürməlidir”.
Eləcə də tələbələrin illərdir ki, maklerlərlə bağlı yaşadığı problemdən də söz açan Vüqar Oruc bunun çıxış yolunu onlar üçün yataqxanaların və tələbə şəhərciyinin salınmasında görür:
“Təklif edirəm ki, onlar üçün ayrıca tələbə şəhərciyi, yataqxanalar təşkil olunsun. Bu həm tələbələrin təhsil və gələcəyinə töhfə verər, həm də onların əmlak bazarından asılılığını azaldar.
Hal-hazırda tələbələrin təhsildən əlavə xərclərə, problemlərə üzləşməsi yolverilməzdir. Bunun üçün ilk növbədə tədris müəssisələrinin şəhərdən kənara çıxarılması, tələbə şəhərciklər yaradılmalıdır. Bu problemin mövsümü olaraq, əsasən də sentyabr aylarında baş verməsi də dələduzluq hallarının kütləvi vəziyyət almasına gətirib çıxarır.
Bu prosesin həlli həm şəhərsalma, həm də digər problemlərin həlli kimi kompleks yanaşılmalıdır. Tələbələr yaşayış məkanları, yataqxanalar ilə təmin olunmalı, əmlak qurumları isə minimal qiymətlər təklif etməlidir. Bütün hallarda dövlət tələbələrə bu mövzuda dəstək olmalıdır”.