Son illər xarici ölkələrdə yayılan yoluxucu xəstəliklərin bizim üçün də ciddi təhlükələr yaratdığı məlumdur. Yayılan xəstəliklər əsasən qrip mənşəli xəstəliklərdir ki, bundan da insanlar ciddi əndişə keçirir. "Quş qripi”, "Donuz qripi”, "COVİD-19", "Meymun çiçəyi" kimi viruslar Azərbaycandan da yan keçməyib. Bildirək ki, dünyada yayılması ehtimal edilən virus mənşəli xəstəliklər barədə əvvəlcə proqnozlar verilir, sonra isə bu xəstəliklərin yayıldığının şahidi oluruq.

Xarici media yeni yoluxucu xəstəliyin yayılacağı barədə məlumat yayıb. Sportkp.ru-nun yaydığı məlumata görə, 2023-cü ildə Avropada yeni təhlükəli xəstəlik yaranacaq və "xəstə insanlar bir həftədən çox yaşaya bilməyəcəklər”. Sözügedən xəstəliklə bağlı proqnozda deyilir ki, 2023-cü ildə Avropada Afrikadan gətiriləcək yeni təhlükəli xəstəlik yaranacaq. Orada bu xəstəliyə "kunu” deyirlər, onun törədicisi "qan qurdları”dır. Proqnozlara görə, xəstə bir həftədən çox yaşaya bilməyəcək. Onların daxili orqanları parçalanacaq, bu, yüksək temperaturla müşayiət olunacaq.

Məlumatda qeyd edilir ki, bu xəstəliyin proqnozu "xurma yarpağı”ndakı yazı vasitəsilə verilib. Avropadan yayılan yeni qorxulu xəstəlik Azərbaycan üçün nə qədər təhlükəli ola bilər?
İnfeksionist-hepatoloq Mərdan Əliyev "Yeni Müsavat”a bildirib ki, yayılan məlumatdan xəbərdardır. Həkim qeyd etdi ki, məlumatı mətbuatdan oxuyub: "Bu xəbəri oxuyan kimi araşdırmağa başladım. Ümumdünya Səhiyyə Təşkilatının saytında bu barədə məlumat yoxdur. Proqnozun kim tərəfindən verildiyi məlum deyil. Belə bir məlumatın hansı məqsədlə yayıldığını deyə bilmərəm. Bu, sadəcə, şayiədir. Elmi əsası olmadığı üçün bu barədə müzakirə aparmaq doğru deyil. Narahatlığa əsas yoxdur”.

Azərbaycanın sabiq daxili işlər naziri vəfat edib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, sabiq daxili işlər naziri Abdulla Allahverdiyev Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Abdulla Allahverdiyev 1993-cü il aprelin 16-dan iyunun 17-dən Azərbaycanın daxili işlər naziri olub. 

A. Abdullayevdən sonra daxili işlər naziri vəzifəsini keçmiş OMON komandiri Rövşən Cavadov icra edib. 

Onu da qeyd edək ki, A.Allahverdiyev Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin oğludur. 

 

 

 
Ermənistanda azərbaycanlı əsgərə işgəncə verilir: Dünya birliyi necə reaksiya verəcək? - VİDEO13 aprel 2023-cü ildə Ermənistanın Müdafiə Nazirliyi bugünlərdə ölkə ərazisində azan Azərbaycan hərbi qulluqçusunun saxlanılması barədə məlumat verib.

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet məhz bu hadisəyə həsr olunub.

“Erməni mediası və “Telegram” kanallarında yayılan kadrlarda azərbaycanlı hərbçinin saxlanıldıqdan sonra qəddarcasına döyülməsi və insanlıqdan kənar işgəncələrə məruz qalması açıq şəkildə görünür. Burada hətta 44 günlük müharibə zamanı hərbçilərimizin erməni əsgərlərinə qarşı humanist münasibətini yada salmaq yerinə düşər. Bəs görəsən, dünya ictimaiyyəti baş verənlərə necə reaksiya verəcək?”, - videomaterialda sual olunur.
Daha ətraflı “Caliber”in yeni süjetində:

Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluq cinayətini törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.

S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalması bildirilib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq orqanları baş vermiş hadisə barədə məlumatlıdır: “Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam edir”.

Ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi güllənib.

Globalinfo.az xəbər verir ki, bundan sonra ərazidə yaşayan insanlar arasında təşviş artıb. Sakinlər Azərbaycan-Ermənistan sərhədində yaşanan son olaylardan sonra bu qətlin diversiya ola biləcəyi haqda fikirlər səsləndiriblər.

Onlar son vaxtlar əvvəlcə Qarakilsədə, sonra isə Zəngəzurun Bnunis kəndidə “azərbaycanlı hərbçilərin peyda olması” xəbərinə istinad edərək, bunun guya həmin əsgərlər tərəfindən törədilə biləcəyinə eyham vurublar.

Hadisənin ilk saatlarından rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb. Bu isə əhali arasında təşvişi daha da artırıb.

Daha sonra açıqlama verən Qacaran şəhər rəsmiləri hadisəni təsdiq ediblər. Bildirilib ki, olay zamanı 55-60 yaşlarında mühafizəçi tüfənglə vurulub. Cinayətkar onun telefonunu da oğurlayıb.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Diqqətçəkən məqam ermənilərin artıq ölkədaxili mülki konfliktlərdə də Azərbaycanı ittiham etməyə başlamasıdır. Bu isə xüsusən Zəngəzurda erməni əhalisinin hansı psixoloji vəziyyətdə olduğunu müəyyən etməyə əsas verir.

Naxçıvanın Şərur rayonunun 2 sakini - Vüsal Quliyev və Rövşən Seyid martın 18-dən İranda saxlanılır.

Bu barədə məlumat Ovqat.com-a saxlanılanların yaxınları tərəfindən verilib.

Bildirildiyinə görə, həmin şəxslər xırda ticarətlə məşğuldurlar və İrandan müxtəlif mallar gətirərək Şərurda satmaqla dolanırlar. İranla sərhədlər bağlandıqdan sonra onlar alternativ keçiş yolu axtarıblar və Türkiyədən bu ölkəyə keçmək qərarına gəliblər. Ötən ayın ortalarında Doğu Bəyaziddən İrana keçən bu şəxslər Təbrizə gediblər. Bir neçə gündən sonra onların ailələri ilə əlaqələri kəsilib. Bu yaxınlarda ailələrinə zəng etməyi bacaran vətəndaşlar Təbrizdə həbs olunduqlarını və zindanda saxlanıldıqlarını bildiriblər.

Saxlanılan şəxslərin maşınlarının üzərinə Azərbaycan bayrağı yapışdırdıqları və bu səbəbdən də İran kəşfiyyatının diqqətini cəlb etdikləri bildirilir. Onlar təxribat törətmək məqsədilə İrana gəlməkdə şübhəli bilinirlər. Təxribatlarını “sübuta yetirən” yeganə dəlil isə maşınlarında gəzdirdikləri Azərbaycan bayrağı olub.

Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

"Bu barədə Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Prokurorluq orqanlarına göndərilib.

11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, - deyə məlumatda qeyd edilib. 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı məhkəmə prosesi davam edir. Nərminin ölümündə təqsirləndirilən 1973-cü il təvəllüdlü kənd sakini İlkin Süleymanovun qatil, tapılan meyitin isə Nərmin olmadığına aid şübhəli məqamlar artmaqdadır.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov Pravda.az-a müsahibəsində son məhkəmə prosesində baş verənlər barədə danışıb.

O bildirib ki, cinayətin saxtalığı açıq-aşkar sənəd və sübutlarla ortaya qoyulur:

“Dəhşətli proses gedir. Ədliyyə Nazirliyinin eksperti Aysel Cavadovanın apardığı ekspertizanın nəticələri ilə bağlı əvvəllər ciddi problemlərin olduğunu görmüşdük. Buna görə də indiyə qədər onunla bağlı açıqlama vermədik. Çünki açıqlama verəndə həmişə hazırlaşırdılar. Daimi olaraq çıxışlarımızda da bildiririk ki, bəzi məsələlərin üstünü açmamışıq. Hələ açıqlamadığımız çox məqamlar var. Zaman-zaman tədqiq olunduqca açıqlama verəcəyik. Məlum oldu ki, Aysel Cavadovanın əlində olan materialları özü təhlil edib, 17 yanvardan 17 fevraladək ekspertiza aparıb. Son məhkəmədə hakim əvvəlcə ondan soruşdu ki, 17 yanvardan 17 fevraladək materialların sizdə olduğunu təsdiqləyirsiniz? Aysel Cavadova təsdiqlədi. Halbuki Ədliyyə Nazirliyində olan materiallar 13 yanvardan 21 fevraladəkSəhiyyə Nazirliyində olub. Eyni materialların iki nazirlikdə olması mümkünsüzdür. Hakim də bu fakta baxdı və təsdiqlədi. Aysel Cavadova buna etiraz etsə də, hakim sözündə durdu…”

A.Süleymanov Nərminə aid olduğu iddia edilən cəsəd barədə şübhəli məqamları da sadalayıb: “Cins şalvarla bağlı məsələ üzə çıxdı. Qoyunun yandırılması ilə bağlı proses aparılıb. Həmin yandırılmada da elan olunub ki, guya Nərmin Quliyevanın tapıldığı vaxt əynindən çıxan paltarları qoyunun əyninə geyindirib, yandırıblar. Nəticədə eyni görüntü alınıb, guya qoyun Nərminin meyitinin vəziyyətinə düşüb. Amma yalan idi. Qoyunu iki dəfə yandırıblar, amma alınmayıb. Müstəntiq Nadir Mirzəyev Bakıdan Aysel Cavadovaya telefonla görüntülü zəng edir ki, meyitin əynində hansı paltarlar var idi? Məhkəmədə A.Cavadovadan soruşuldu ki, ümumiyyətlə, meyiti görümüsünüz? O isə “yox” dedi. Meyitin yanında olmadığını, əynindəki paltarları da görmədiyini bildirdi. Bu zaman ona sual olundu ki, belə halda siz nə üçün meyitin əynində cins şalvar olduğunu deyirsiniz? Bu, nəyə lazımdır? A.Cavadova dedi ki, sənədlərdə baxmışam, buna görə belə demişəm. Hakim də Aysel xanıma bunu irad tutdu ki, meyitin yanında olmamısınızsa, niyə belə bir şey deyirsiniz? Halbuki müstəntiq N.Mirzəyev özü orada olub. Sonra aydın oldu ki, protokolda da meyitin üzərində cins şalvar olduğu yazılmayıb. Meyit tapılan zaman üzərində 10-dək obyekt aşkarlanıb. 1-dən 10-dək nömrələyib götürblər. Meyitin ətrafında isə 15-dək obyekt tapılıb. Bunları da neyni qaydada nömrələyib, götürüblər. Məsələ açıldıqca məlum oldu ki, Aysel xanımın tapdığı cins şalvar meyitin ətrafından tapılan 5 nömrəli obyektin içindən çıxıb. Yenə də vəkillər Aysel xanıma sual verdilər ki, axı niyə şalvarı meyitin əynindən çıxıbmış kimi göstərirsiniz? Məqsədiniz nədir? Aysel Cavadova cavabında cürbəcür varinatlar danışdı, tutarlı heç nə demədi. Tutarlı nəsə onsuz da yoxdur. Sənədlərə istinad etmək istədi, amma protokol göz önündədir. Cins şalvar məsələsi təkcə Aysel xanımın dedikləri ilə bitmir. Bu, çox müəmmalı məsələdir, çünki İlkindən ifadə alarkən zorla göstəriblər ki, guya Nərmin açıq rəngdə cins şalvar geyinib. İlkindən alınan ifadələr faktlarla üst-üstə düşmədiyi üçün artıq çalışırlar ki, cins şalvar məsələsini təsdiqlətsinlər. Əvvəl bu məsələ işıqlandırılanda Nərminin bibisi Nailə Quliyeva məhkəmədə ifadə verdi ki, Nərmin itərkən onun əynində digər paltarlar, həm də göy cins şalvar var idi. İsrarla deyirdi ki, özüm şəxsən görmüşəm. Nərminin paltarlarını elə sadalayır, sanki indi görüb. Məhkəmə Nərminin dəfnindən 1 il yarım sonra başlamışdı. Nailə xanıma sual verildi ki, bəs özünüz nə geyinmişdiniz? O isə “yadımda deyil” dedi. Bəs bibisi Nərminin paltarlarını necə yadında saxlayıb? O, belə bir söz işlətdi “axı Nərmin itib, yoxdur…” Sanki itəcəyini bilirmiş kimi danışdı. Sonra vəkillər bildirdilər ki, Nailə xanım, istintaq dövründə özünüz demisiniz “Nərmin itərkən onu görməmişəm”. O, üç ayrı-ayrı yerdə belə ifadə verib. Cins şalvar barəsində ciddi saxtakarlıq üzə çıxdıqdan sonra Nailə Quliyevanın bu ifadəni verməsindən sonra artıq başa düşdük ki, kimlərsə yenə narahatdır və cins şalvarı ortaya atır. Amma bir şeyi unudublar: birincisi, Nailə Quliyeva əvvəlki ifadələrində Nərmini görmədiyini deyib, onu yalan ifadə verməyə məcbur edirlər; ikincisi, Nərminin valideynləri də deyirlər ki, Nərmin itərkən o, qara ətəkdə, ağ “kalqotka”da olub; üçüncüsü, axı meyit tapılarkən əynində, ətrafında cins şalvar olmayıb. Sonradan cins şalvarın meydana çıxmış kimi göstərilməsi artıq absurddur. Meyitin hadisə yerində müayinə protokolu 7 yanvardır, meyitin öz müayinə protokolu da var. Axı cins şalvar olmayıb. Necə sonradan peyda oldu? Bunu kimlər təşkil edibsə, cinayəti törədənlər də məhz onlardır. Nailə Quliyevanın yalan ifadə verməsindən aydın olur ki, Nərminin yaxınları çox şeydən məlumatlıdırlar və bunu gizlətməyə çalışırlar…”

A.Süleymanov digər şübhəli məqamlara da toxunub: “Sonradan qırmızı yorğan üzü məsələsi ortaya çıxdı. Deyirlər ki, meyitin ətrafından da, üzərindən də qırmızı parça tapılıb. Bu da bizim evimizdən çıxan yorğan üzü ilə eynidir. Guya qardaşım meyitin başına zərbə vurandan sonra onun başından axan qanı dayandırmaq üçün başına nəsə dolayıb, bu, qırmızı rəngdir və bizdəki yorğanla eynilik təşkil edir. Sübutlar olmadığı üçün belə saxtalığa əl atıblar. Meyitin müayinə protokolunda da nə cins şalvar, nə də qırmızı parça var. Sonra dedilər ki, guya qırmızı parça 5 nömrəli obyektin içindən çıxıb. Necə ola bilər? 5 nömrəli obyektdən həm cins şalvar, həm qırmızı parça çıxdı? Hətta bir az sonra dedilər ki, 5 nömrəli obyektdən həm də ağ köynək qalığı çıxıb. Maraqlıdır, üç detalın üçündən də İlkinin paltarının lifi tapılır. Bu, necə olur? Açıq-aydın saxtalığın nümunəsi deyil? Hadisə yerinin protokolunda 5 nömrəli obyektə yazılıb ki, yanmış “çuval qalığı”. Yanmış çuval qalığıdırsa, içində bu qədər parça necə çıxır? Aysel Cavadovadan əvvəl Ədliyyə Nazirliyinin neft-kimya məhsullarını tədqiq edən işçisi də meyitin üzərindəki yanacağı təhlil edib, 5 nömrəli obyekti açıb, yazıb ki, 5 nömrəli obyektdən yanmış çuval qalığı və qara parça hissəsi çıxdı. Aysel Cavadovaya bunu bildirdilər. Aysel xanım pis vəziyyətə düşdü. Vəkillər dedilər ki, onda ya siz özünüz saxtalığa əl atmısınız, ya da kimsə sizə qədər 5 nömrəli obyektə sadalanan materialları qəsdən yerləşdirib, sizə göndərib. İlkin paltarının lifinin obyektin üzərindən çıxması da saxtakarlıqdır. Qırmızı yorğan üzünün oxşarlığına da məhkəmədə baxarkən məlum oldu ki, bizim evdən götürülən 3 yorğan üzünün 1-i ümumiyyətlə yoxdur. Başqa birinin isə kənarının beşdə bir hissəsi əyri şəkildə kəsilib götürülüb. Bəs bunu kim götürüb? Aysel Cavadova yenə pis vəziyyətdə qaldı. Dedi ki, mənlik deyil, xəbərim yoxdur. Evdə yorğan üzünün bir hissəsini kəsib aparıb yandırırlar, sonra İlkinin paltarına sürtürlar, bunu sübut kimi göstərməyə çalışırlar ki, lif tapılıb. Aysel xanıma sual verirlər ki qırmızı paltarın tapılması barədə Nadir Mirzəyevə məlumat vermişdiniz? Dedi ki, “yox”. Bu da təsdiq edir ki, heç obyektdən qırmızı parça çıxmayıb, oyun olub. Onda Nadir Mirzəyev 4 fevralda niyə sizdən soruşur ki, İlkingilin evindən qırmızı yorğan üzü götürmüşük, gör meyitin ətrafında tapılan parçalarla uyğundurmu? Axı Mirzəyev yaxşı bilirdi ki, meyiti təhlil edib və nə ətrafında, nə üzərində qırmızı parça tapılmayıb…Bəs bu sualı niyə qoymuşdu? Meyitin üzərində ağ parça qalıqları da tapılıb. Məntiq də bunu deyir ki, Mirzəyev həqiqətən ədalətli olsaydı, bizim evdən ekspertizaya ağ pərdə, yaxud döşək üzü göndərərdi, uyğunluğu araşdırardı. Qırmızı yorğan üzü göndərməsindən aydın olur ki, Nadir Mirzəyev də oyunun bir parçasıdır. Bu məqamda məhkəmədə hamı şoka düşdü, danışmağa söz olmadı. Bu qədər də olmaz, birbaşa saxtakarlıqdır…”

A.Süleymanov əlavə edib:

 

“Məlum oldu ki, Aysel Cavadova istintaq dövründə həbsxanaya gedib, İlkinə sual verib ki, 5 nömrəli obyektdən tapılan qırmızı parça ilə meyitin üzərindən tapılan 1 nömərli obyektdəki qırmızı parça eynilik təşkil edir, buna nə deyə bilərsiniz? İlkin deyib ki, məlumatım yoxdur. Axı meyitin üzərindən tapılan 1 nömrəli obyekt Nərminin gödəkçəsidir, qırmızı parça necə çıxa bilər? Müstəntiqlər bunu görmür? Əlbəttə, bu da saxtalıqdır. Məsələ budur ki, Aysel xanım iş saatında dövlətin obyektindən qalxıb həbsxanaya gedib, İlkinə bu sualı niyə verməlidir? Mahiyyət nədir? Aysel xanımın sualı müstəntiqlərin gücü çatmayacaq sual deyildi, bunu onlar da soruşa bilərdilər. Aysel Cavadova həbsxanaya məqsədli gedib. Öz aləmlərində ağıllı tərpənərək olmayan qırmızı parça “toxumunu” səpməyə çalışırlar. Müstəntiqin Aysel xanıma zəng vuraraq cins şalvarla bağlı sualı verməsi də planlıdır. Guya demək istəyirlər ki, ortada cins şalvar var. Bu oyunlar bizə görə sadə, ucuz, saxtadır. Allaha şükür, bizə bu faktları açmaqda güc verdi, ortaya çıxardıq, məhkəmədə səsləndirdik”.

A.Süleymanov Nərminin gödəkçəsi ilə bağlı məqama da diqqət çəkib: “Nərmin itərkən ata-anası ifadə verib ki, onun əynindəki qırmızı gödəkçə zəncirbəndlidir və zəncirbənd işləmədiyi üçün Nərmin gödəkçəni üç düymə ilə bağlayıbmış. Aysel xanım isə tapılan gödəkçədə düymə yerinin olmadığını bildirdi. Bu necə mümkündür? Buradan məlum olur ki, tapılan gödəkçə Nərminin deyil. Meyitin tapıldığı gün polis rəisi Şirzad Əsgərov şöbədə Nərminin valideynləri ilə görüşüb, sonra evlərinə gəlib. Qohumlarla görüşü zamanı Əsgərova deyilib ki, uşaq tanınmaz halda olsa, onu qırmızı gödəkçəsindən, ayaqqabısından tanıyarıq. Elə həmin axşam da meyit tapılıb, meyitin üzərindəki qırmızı gödəkçə və ayaqqabısından onun Nərmin olduğu polis tərəfindən elan edilib və meyit tapılarkən tanınmaz halda olub, üzərinə torpaq tökülüb, sifəti yanmış halda olub. Kənd sakinləri də deyirlər ki, meyit yandırılarkən ətrafdan yanıq qoxusu gəlməyib. Ekspert rəyi deyir ki, meyit iki-üç gün əvvəl başına dəyən zərbələrdən öldürülüb. Deməli, meyit kimlərinsə əlində olub. Kürəyi kömürləşmiş şəkildə yandırılıb. İstintaqın gəldiyi qənaəti nəzərə alsaq, cinayəti İlkin törətmiş olsaydı, meyitin kürəyi yana bilməzdi. Deməli, yalandır, istintaq özü məqsədli şəkildə yanlış qənaətə gəlir. Qan qrupu, ölçü məsələsi də var. Polis rəisinin dediklərindən də görünür ki, meyit başqa yerdə yandırılıb, təkrarən paltar geyindirilib, yenidən yandırılaraq bizim evin qabağına atılıb. Çünki meyitin bəzi paltar qalıqları qalıb, amma altı yandırılıb. Necə ola bilər? Meyitin qolunda parça qalıqları qalıb, amma qolunun altı yanıb. Bunlar bir daha dediklərimizi təsdiq edir…”

A.Süleymanov bildirib ki, İlkin Süleymanovun növbəti məhkəməsi 12 apreldə keçiriləcək.

Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə ittiham olunan Akif Osmanovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Pravda.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilib.

Akif Osmanov ifadəsində göstərib ki, 2013-cü ilin aprel ayında iş yoldaşı Elşad və onun tanışı Cavidlə birlikdə Gəncə hava limanından Türkiyəyə gedib, Suriyaya keçmək imkanları olmadığından onlar iki ay orada qalıblar. İki aydan sonra Salman adlı şəxs onlara köməklik göstərib. Həmin şəxslər Adanaya gediblər, orada yol hazır olandan sonra - 2013-ci ilin təxminən iyul ayında qaçaq yolla atla Suriyaya keçiblər. Suriyaya keçəndən sonra Akif orada “Abu Yahya” dini ləqəbli Nicat Aşurov adlı azərbaycanlının rəhbərlik etdiyi “Azəri camaatı”na daxil olub, idman təlimlərində, dini təlimlərdə və hərbi təlimlərdə iştirak edib. Üzv olduğu qruplaşmada 30-35 nəfər olub. Lakin qrup üzvlərinin hamısı azərbaycanlı olmayıb. Azərbaycan dilini bildikləri üçün özbəklər, türklər də həmin qruplaşmaya üzv olublar. Həmin şəxslərdə ağır texnikalar, yəni tank və ya top olmayıb, yalnız “Kalaşnikov” avtomatı varmış. Təlimlərdə avtomat silahların sökülüb-yığılması öyrədilib.

O dindirilərkən hərbi təlimlərdə ara-sıra iştirak etdiyini söyləyib. Belə ki, əvvəllər Azərbaycanda hərbi qulluq keçdiyi üçün silahların sökülüb-yığılmasını bilib və bunu öyrənməyə əlavə ehtiyac qalmayıb. Şeyx Süleymanda olduğu vaxtlarda silah çatışmadığından ona silah verilməyib. Yeni gələnlər orada təlim keçiblər, sonra camaatlara bölüşdürülərək Haritan qəsəbəsinə göndəriliblər. “Abu Yəhya camaatı”na keçib, iki-üç gündən sonra onlar Haritana gediblər. Akifə ərəbcə “Abu Ömər” adı verilib. Orada gündüz növbətçi çıxanda həmin şəxslərə bir saatlığa silah verilib. Həmin silah tam işlək vəziyyətdə, patronlarla dolu olub.

Akif Osmanov deyib ki, Suriyada günorta vaxtlarında keşikçilikdən başqa fəaliyyəti olmayıb, heç kimə atəş açmayıb, heç bir aktiv döyüşdə iştirak etməyib. Ailələri Türkiyə sərhədində yerləşən Atma şəhərində qalıb. O, təlimə getdiyi uşaqlarla birlikdə maşın olandan-olana Şeyx Süleyman bölgəsindən iki-üç gündən bir evinə, ailəsinin yanına gedib, subaylar isə orada qalıblar.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, 2013-cü ilin noyabr ayında onun gözü zəif gördüyündən əməliyyatlara buraxılmayıb. Həmin ərəfədə onların camaat üzvləri mühasirəyə düşüblər, onları yeddi-səkkiz nəfərlə köməyə göndəriblər. Həmin şəxslər mühasirə yerinə çatıb maşından düşərkən yanlarında mina partlayıb və Akif ayağından qəlpə yarası alıb. Bundan sonra bir müddət müalicə olunub və normallaşdıqdan sonra, 2014-cü ilin yanvar ayında ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçib. Suriyada təxminən altı ay qalıb. 2016-cı ilin noyabr ayınadək Türkiyənin İstanbul şəhərində yaşayıb, sonra Düzcə şəhərinə köçüblər.

Türkiyədə olarkən o, işləri ilə əlaqədar Qazaxıstana gedib. Sonra Türkiyəyə geri qayıdan zaman Azərbaycan vəsiqəsi ilə Türkiyə onu qəbul etməyib. Türkiyəyə qayıda bilməsi üçün o, Qazaxıstanda Salman adlı Türkiyə vətəndaşı ilə tanış olub. Həmin şəxs pul qarşılığında ona köməklik edib və onun köməkliyi ilə Özbəkistan vəsiqəsi alıb. Akif həmin vəsiqə ilə Türkiyəyə qayıdıb. Orada qonşuların şikayəti əsasında polis onları bir yerdə qaldıqları beş nəfər türklə birlikdə 2016-cı ilin noyabr ayının 9-da tutub. Əvvəlcə onlara, sadəcə, şikayət olduğunu və üç gündən sonra buraxılacaqlarını desələr də, lakin buraxmayıblar. 2017-ci ilin mart ayında onlar məhkəməyə çıxarılıblar və barələrində İŞİD terror qruplaşmasına üzv olmaları adı ilə 8 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Daha sonra onlar apellyasiya şikayəti veriblər. İkinci dəfə də məhkəmə olub və şikayətləri təmin edilməyib. Sonra həmin şəxslər Ali Məhkəməyə şikayət ediblər. 2021-ci ilin oktyabr ayında onların İŞİD terror qrupunun üzvü olmalarını təsdiq edən heç bir dəlil-sübut olmadığından bəraət alıblar və 2021-ci il oktyabr ayının 7-də azadlığa buraxılıblar. Bəraət aldıqdan sonra Akif xarici ölkə vətəndaşı olduğundan deportasiya edilməkdən ötrü Kayseri İlgöç idarəsinə təhvil verilib, altı ay da orada qalıb. Daha sonra 2022-ci ilin aprel ayında Azərbaycana deportasiya edilib. Azərbaycana gələndə isə hava limanında gecə DTX-nin əməkdaşları onu qarşılayıblar.

2022-ci ilin may ayının 11-də növbəti sorğu-suala gedəndə isə artıq DTX tərəfindən saxlanılıb.

Akif Osmanov bildirib ki, o, Suriyaya getməzdən əvvəl Bakı şəhərində “Moskva” univermağında zərgər işləyib. Elşad da onunla bərabər zərgər imiş.

O söyləyib ki, Suriyaya gedəndə orada daha yaxşı yaşayacağına ümid etməyib, qazanc məqsədi ilə oraya yollanmayıb. Suriyaya getməkdə məqsədinin nə olduğunu başa düşməyib, birlikdə işlədiyi uşaqların tələsinə düşüb. Sözdə din yolu ilə əlaqəli gedib. Suriyaya gedənə qədər əhli-sünnə təriqəti ilə ibadətlə məşğul olub. Ailəsinin Suriyada qalması xərclərini o özü ödəyib.

Belə ki, Azərbaycandan gedərkən özü ilə müəyyən məbləğdə pul götürüb. Orada ona cəmi bir-iki dəfə Abu Yəhya hərdən 50 dollar pul verib. Abu Yəhya ləqəbli azərbaycanlı ölüb. Eyni zamanda Elşadın öldüyünü də eşidib, Caviddən isə heç xəbəri olmayıb. Suriyaya getdiyinə görə çox peşman olub. Ailəsini altı ildən artıq bir müddət ərzində görə bilməyib. Onun ailəsi hazırda Şabranda, valideynlərinin yanında yaşayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Akif Osmanov dörd il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti