Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır.

Publika.az xəbər verir ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir.

 
Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib;

İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır.

Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, digər informasiyaları və baş verənləri nəzərə alanda ordumuza qarşı təxribat hazırlığının aparıldığı ehtimalını irəli sürmək mümkündür.

Artıq “müdafiə komitəsi” adı ilə qondarma qurum yaratmaq çağırışları var, məqsəd Bakıya reinteqrasiya prosesinin qarşısını almaqdır. Lakin separatçılara “müdafiə olunduqlarını” göstərmək üçün hansısa hərbi toqquşma lazımdır, məhz bu şəraiti yaratmaq məqsədilə ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi istisna edilməməlidir.

Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şaiyələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb:

“Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”.

Xankəndidə həm də, diqqətçəkən qeyri-müəyyən proseslər gedir.

Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə Basarkeçər rayonunun Zod istiqamətində atəşkəs mütəmadi olaraq pozulur.

Xezerxeber.az xəbər verir ki, qarşı tərəf sözügedən ərazilərdə təxribatlar zamanı döyüş PUA-larından tez-tez istifadə edir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın Zod istiqamətini seçməsinin müxtəlif səbəbləri var.

Onun sözlərinə görə, bunlardan biri şərti sərhəddə yerləşən Azərbaycan Ordusunun həmin ərazilərdə baş verən proseslərdən diqqətini yayındırmaqdır. Onlar bu yolla həm də öz mövqelərini gücləndirməyə cəhd edirlər.

Hərbi ekspert Ermənistanın istifadə etdiyi pilotsuz uçuş aparatlarına da diqqət çəkib. Bildirib ki, primitiv qaydada hazırlanan avadanlıqlar ordumuzun balansında olan zərbə dron aparatları ilə müqayisə oluna bilməz.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu qarşı tərəfin pilotsuz uçuş aparatlarını asanlıqla sıradan çıxarır.

Ekspert vurğulayıb ki, Ermənistan belə cılız addımlarla döyüş meydanında və danışıqlar prosesində istəyinə nail ola bilməyəcək.

Son günlər Azərbaycanda kiberşantajın bir növü olan "sextortion" halları yenidən artıb.

Bunu texnobloger Fərid Pərdəşünas qeyd edib. O bildirib ki, "sextortion" ailələrin dağılmasına, insanların in tihar etməsinə səbəb olan təhlükəli hücum növlərindən biridir:

"Hücum zamanı türk dilində danışan xanımlar, onlayn danışıqlar təşkil edərək, qarşı tərəfin intim hərəktlər etməsini tələb edir. Bu hərəkətlər isə videogörüntü formasında qeydə alınır, daha sonra şantaja başlanılır.

Xüsusilə mövzudan xəbərsiz olan və texnologiya ilə zəif davranış göstərən və təbii ki, hislərinə məğlub olan şəxslər bu hücumun qurbanı olur. Lazım olan məbləğlər hər ay ödənilmədikdə, çəkilən videonuz bir-bir dostlarınıza göndərilir".

Vəkil Seymur Səfərov isə bildirib ki, qarşı tərəf bu cür videoların hazırlanmasına şərait yaradan heç bir hərəkət etməsə belə, montaj olunur:

"Videoqeyd üçün hər hansı bir hərəkət etmək bəzən tələb olunmur. Adi qaydada videogörüntü ilə danışsanız belə, sonradan montaj edirlər. Bunu edənlər Bolqarıstan və Rumıniyadan idarə olunan şəbəkədir. Belə halla rastlaşanlar dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, araşdırılsın və qurbanların sayı çoxalmasın. Əvvəllər də bununla bağlı bir sıra effektli tədbirlər görülüb",- deyə o söyləyib

Vardanyan yenidən efirdə: RUSLAR ONA TƏŞKİLAT YARADIR - ZİBİLƏ DÜŞMÜŞÜK...

Kremlin kuklası olaraq tanınan və bir müddət Qarabağda separatçıların ”dövlət naziri” kimi çalışan Ruben Vardanyan bölgədə yeni siyasi hərəkat yaratmağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, Rusiya vətəndaşı olan milyarder bu gün Xankəndidə həmin hərəkatın adını elan edəcək və onun təsis edildiyini açıqlayacaq.

“Jamanak” qəzetinin yaydığı xəbərə görə, Vardanyanın yaratdığı təşkilat Qarabağın “azad edilməsi” məqsədi ilə hərəkat şəklində olacaq. Onunla birlikdə Qarabağdakı qondarma “parlament”də təmsil olunan 4 “siyasi qüvvə” də hərəkatda təmsil olunacaq.

Bildirək ki, sözügedən şəxs bir müddət əvvəl “Qarabağın Qurtuluş Planı” adlı təkliflər paketi hazırlayıb. Hələ mayın 9-da Xankəndidə keçirilən aksiya zamanı o, bu planı separatçıların rəhbəri Arayik Harutyunyana təqdim edib. Bundan başqa, Vardanyan Arayik və başının dəstəsinə ultimatum da verib. O bildirib ki, əgər həmin planı Harutyunyan həyata keçirməsə, onlar özləri reallaşdırmağa başlayacaqlar.

Qeyd edək ki, Vardanyanın təklifləri sırasında əsas yeri Qarabağda hərbi səfərbərliyin elan edilməsi, Azərbaycana qarşı lokal hərbi əməliyyatlara başlamaq da var. Bunu erməni milyarder inkar belə etmir. O, son müsahibəsində də bildirib ki, Qarabağdakı separatizmi vəziyyətdən çıxarmaq üçün əsas yollardan biri Azərbaycana qarşı silahlı müqavimətin göstərilməsidir.

Bildirək ki, Ruben Vardanyan Rusiyanın bölgəyə göndərdiyi xüsusi adamdır. Bunu rəsmi Bakı da təsdiqləyib. Onun missiyası nəyin bahasına olursa olsun, Qarabağda çaxnaşma yaratmaq, Azərbaycan Ordusuna qarşı partizan və lokal müharibəyə başlamaqdır. Bu təlimat da ona Kremldən verilib. Çünki indiki məqamda istər Qərbə, istər Ermənistana, istərsə də Azərbaycana təzyiq göstərmək üçün Qarabağda münaqişənin bitmədiyini nümayiş etdirmək, habelə bölgəni qeyri-sabit duruma gətirməkdir.

Şəxsiyyət vəsiqənizi kənar şəxslərə təqdim edərkən diqqətli olun. Çünki şəxsi məlumatlarınız əldə olunmaqla, özünüz də bilmədən hər hansı cinayətin qurbanı ola bilərsiniz.

Mövzu ilə bağlı danışan hüquqşünas Şamil Paşayev "Xəzər Xəbər"ə deyib ki, şəxsiyyət vəsiqənizin tam şəkildə deyil, yalnız tələb olunan məlumatlarını təqdim etmək kifayətdir.

Onun fikrincə, kimliyinizin müəyyənləşdirilməsi üçün alternativ vasitələrdən istifadə etməyə üstünlük verilməlidir.

Daxili işlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, şəxsi məlumatları özündə əks etdirən sənədlərin başqasına verilməsi hansısa çətinliyin yaranması ilə nəticələnə bilər.

Yeri gəlmişkən, şəxsiyyət vəsiqəsini girov götürən şəxs İnzibati Xətalar məcəlləsinin əsasən 500 manatdan 800 manatadək cərimə oluna bilər.

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.

 

 

 

 

"Sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə dəmir yolunun üzərində hasar tikilməsini özündə əks etdirən foto yayılmışdı.

Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan yeni xəbər var.

13 yaşlı qız və bacısı ailədən alınacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev "Xəzər Xəbər"ə bildirib ki, artıq ailə ilə söhbət edilib. Baş tutan nişan pozulub.

Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq.

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, bu gün ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, müvafiq izahatlar alınıb.

5 il ərzində məktəbə getməyən şagird ilə bağlı 213 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva isə deyib ki, uşağın təhsildən yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb.

Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə və Rayon İcra Hakimiyyətinin nəznində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq edilib. Lakin bütün bunlara baxmayaraq şagirdin təhsildən yayınması halı davam edib.

Sonda Sosial Xidmətlər Agentliyindən bildirildi ki, artıq 13 yaşlı qız azyaşlı bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.

Lentsovun separatçıların `bayrağı` altında NƏ ÖLÜMÜ VAR? - HƏQİQƏTƏN DƏ...

Mayın 12-də 2 il yarımdır ki, Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsinə nəzarət edən Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin humanitar reaksiya mərkəzinin rəhbəri Yevgeni Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “təhsil, elm, mədəniyyət və idman nazirliyi”nin rərhbərliyi ilə görüş keçirib.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

“Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, humanitar reaksiya mərkəzi ilə əməkdaşlığın dərinləşdirilməsinə dair razılıq əldə olunub. İclasda idarənin koordinasiya istiqamətlərinin rəhbərləri də iştirak ediblər” – xəbərdə belə deyilir.

Zəruri şərh:

Fotodan da göründüyü kimi, Rusiya hərbçiləri Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin əski parçası altında həmin rejimin məmurları ilə çox mehriban atmosferdə görüşüb danışırlar. “Sülhməramlı”larla digər görüşlərdən fərqli olaraq hətta ortalıqda Rusiya bayrağı da yoxdur... Məntiqlə yanaşsaq, bu, birbaşa rəsmi Moskvanın həmin separatçı-terrorçu rejimi tanımasına bərabərdir...

Xəbər lenti