|
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
8 Noyabr prospektində yolun bir hissəsi çöküb.
Bu barədə jurnalist İbrahim Kamiloğlu məlumat verib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
“Axşam saatlarında yolda iri çuxur var idi, səhər isə artıq içərisi doldurulmuşdu. Həmin ərazidə əvvəllər də bir neçə dəfə çökmə baş vermişdi”, - deyə o qeyd edib.
Bərdədə polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində saxta əsginas dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Bərdə rayonu ərazisində saxlanılıb.
"Onun üzərindən 13 ədəd, həmçinin ayrı-ayrı şəxslərə satdığı 4 ədəd 100 dollarlıq saxta əsginaslar aşkar edilib.
Araşdırmalarla onun həmyerlisi olan Rövşən adlı şəxsdən saxta əsginasların hər birini 75 manat pul müqabilində aldığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Rövşən İbrahimov da Bakı şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Üzərinə baxış zamanı ondan da 2 ədəd 100 dollarlıq saxta əsginas aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, adıçəkilənlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ermənistan tərəfi dezinformasiya yayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır", - nazirlikdən bildirilib.
Müstəqillik əldə edildikdən üzü bəri Azərbaycanda çoxsaylı əfv sərəncamları imzalanıb. Bu sərəncamlar nəticəsində azadlığa çıxan şəxslər arasında vaxtilə müxtəlif vəzifələrdə çalışan yüksək rütbəli məmurlar da var.
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 8-də imzaladığı son əfv sərəncamı ilə azadlığa çıxanlar arasında da 3 sabiq məmur var. Onlardan ikisi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. Bunlar MTN-in Antiterror Mərkəzinin şöbə müdiri Azər Mehdiyev və Əməliyyat-Texniki İdarənin şöbə rəisi Zaur Məmmədovdur. Hər iki MTN-çi 2015-ci ilin oktyabrında istintaqa cəlb edilib.
Digər əfv olunan məmur isə Mədəniyyət nazirinin müavini Rafiq Bayramovdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilən sabiq nazir müavini 2020-ci ildə DTX tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 4 il 6 aya endirmişdi.
Bu hadisəyə qədər əfv edilən məmurlar isə aşağıdakılardır:
İsgəndər Həmidov
İsgəndər Həmidov 17 mart 1995-ci ildə 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 8 il həbs həyatı yaşayan sabiq daxili işlər naziri 2003-cü ilin dekabrında imzalanan əfv fərmanı ilə azadlığa çıxır.
Rəhim Qazıyev
Sabiq müdafiə naziri Rəhim Qazıyev 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 12 il həbsdə qalan Qazıyev 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Surət Hüseynov
Keçmiş baş nazir Surət Hüseynov 2004-cü ilin martın 17-də verilən əfv fərmanı ilə həbsdən azad edilib. Belə ki, Baş nazir vəzifəsini itirdikdən sonra Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Fərhad Əliyev
2005-ci ilin oktyabrında həbs edilərək 10 il müddətinə azadlıq məhrum edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 14 oktyabr 2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Akif Muradverdiyev
2016-cı ilin martın 17-də verilən əfv sərəncamı ilə azadlığa çıxanlar arasında prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də olub. O, 2013-cü ilin iyununda tutularaq, məhkəmənin hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Əli İnsanov
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilib. 2016-cı ildə isə Ə.İnsanovun həbs müddəti yeni ittihamlarla 7 il 5 gün artırılıb. Keçmiş nazir 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.
Mənbə: Bizim.Media
Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb.
Bu barədə Ermənistanın Müdafə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir. Bu barədə “Caliber” məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir.
"İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. Daha genişmiqyaslı zərbələrin olacağı gözlənilir. İlkin məlumatlara əsasən, söhbət İran istehsalı olan dronlarından gedir", - "Caliber" yazıb.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, mayın 10-da Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb.
Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti eyni istiqamətdə daha da gərginləşdiriblər.
Ermənistan Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb. Bu sərəncam müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Globalinfo.az xəbər verir ki, bir qədər əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu saytımıza açıqlamasında əfv üçün təqdim edilən siyahıda keçmiş baş prokuror Eldar Həsənov, sabiq deputat Hüseyn Abdullayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin də adının olduğunu bildirmişdi.
Lakin bugünkü əfv sərəncamında onların adı yer almayıb və həbsdə qalıblar.
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində yaşanıb.
"Həyat Yolu" şadlıq sarayında keçirilən toyda dava düşüb.
Hadisədə 1998-ci il təvəllüdlü Qasımov Mirbala Vüqar oğlu bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda tanınmış plastik cərrah qətlə yerilib.
Hadisə Novxanı kəndində şəhid Milli Qəhrəman Polad Həşimov küçəsində fərdi yaşayış evində baş verib.
Ötən gecə 41 yaşlı Türkanə Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.