Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

ARB TV-nin “Səni Axtarıram” verilişində İsveçdə ölən qızın cənazəsi Azərbaycana gətirilərək kanalın qarşısında ailəsinə təhvil verilib.

Yol-xeber.az xəbər verir ki, mərhum Şəbnəmin anası Fəzilə xanımın “Səni Axtarıram”a müraciəti qızının cənazəsinin İsveçdən Azərbaycana gətirilməsi ilə bağlı olub.

Şəbnəmin həyat yoldaşı Elvinin və qayınanası Aygünün dediyinə görə, Şəbnəm intihar edərək özünü gölə atıb. Deyilən ölüm səbəbinə inanmayan mərhum qızın valideynləri onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edirlər.

Onu da qeyd edək ki, Şəbnəmin cənazəsinin İsveçdən Azərbaycana gətirilməsinə həyat yoldaşı Elvin mane olurdu. Cənazənin Azərbaycana köçürülməsində dəstək olanlar və eyni zamanda verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Elvin və arxasında duran şəxslər tərəfindən hədələnirdi.

Dövlət Sərhəd Хidməti tərəfindən dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər dаvаm еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Yol-xeber.az"a bildirilib ki, fevral ayının 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş 1 ədəd kisəni götür­məsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar.

Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilmiş, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapancadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirmişdir. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlamışlar.

Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.

Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilmiş, Astara rayon polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilmiş və qarajında rəflərin arasında gizlədilmiş 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Azərbaycanda daha bir taksi sürücüsü qadın sərnişini cinsi qısnamaya məruz qoyub.

Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, dünən gecə saat 12 radələrində gənc xanım işdən evə qayıdarkən 20 yanvar ərazisində Sumqayıta getmək üçün taksilərdən birinə əyləşib. “Mercedes”  markalı 90-SS-720 dövlət nişanlı maşının sürücüsü Həsənov Röyal Teymur oğlu başqa sərnişin götürmədən yoluna davam edib.

Sürücünün şəhərə gedib gəzmək təklifindən sonra xanım ondan avtomobili saxlamasını tələb edib. Sərnişinin dediklərinə məhəl qoymayan R.Həsənov daha sonra xanımın qolundan tutub sıxıb və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bildirilib ki, avtomobildən düşən sərnişin maşının nömrəsini götürərək Dövlət Yol Polisi İdarəsinə məxsus avtomobilə yaxınlaşaraq məlumat verib. Xanım daha sonra DYP əməkdaşları ilə 29-cu polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Ölkə.Az-a bildirib ki, sözügedən sürücü saxlanılıb:

“Həmin avtomobilin sürücüsü 1989-cü il təvəllüdlü Röyal Həsənov müəyyən olunaraq saxlanılıb. O, əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Azərbaycanda bənzər hallar daha əvvəl də yaşanıb.

 

 

 

İrəvanda Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanın paytaxtına səfərinə etiraz ediblər.

"Xəzər TV xəbər verir ki, müharibə iştirakçıları Azərbaycan nümayəndə heyətinin səfərinə etiraz əlaməti olaraq İrəvanda “Zvarnots” beynəlxalq hava limanına aparan yolu bağlayıblar.

Bununla yanaşı, aksiya iştirakçıları Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına öz etirazlarını bildiriblər.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Məlumatı Yol-xeber.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb.

Samux sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Mahir Mehrəliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

“Qafqazinfo” məlumatına görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokuorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Yükdaşıma xidmətləri ilə məşğul olan və bu yaxınlarda barəsində cinayət işi qaldırılaraq həbs edilən "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovla bağlı istintaqa xeyli şikayətlər daxil olub.

"Report" məlumatına görə, R.Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.

Habelə anoloji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.

Qeyd edək ki, fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı R.Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə R.Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.

Xəbər lenti