Özlərini "Şeyx Mənsur Batalyonu" adlandıran çeçen qrupunun lideri Müslüm Çeberlov Kiyevdə niyə olduqlarını soruşduqda, "Biz Putindən qisas almağa gəlmişik. Sayımız günü-gündən artır".

Ukraynada ruslara qarşı döyüşmək üçün çeçenlərin qurduğu “Şeyx Mənsur Batalyonu”nun komandiri Müslim Çeberlov Ukraynadakı müharibəni Çeçenistandakı müharibənin davamı kimi gördüklərini bildirib.

“Haber7” xəbər verir ki, Çebrelov Ukrayna ordusu ilə birlikdə hərəkət ediklərini və məqsədlərini açıqlayıb.

“İki çeçen müharibəsində dörd liderimiz və minlərlə insanımız şəhid olub. Biz bura Putin rejimindən qisas almağa gəlmişik. Biz əvvəllər Mariupol şəhərində idik. Bu son münaqişələrlə bağlı Ukrayna administrasiyası bizdən Kiyevə gəlməyi xahiş etdi. Biz indi Kiyevdəyik. Ukrayna administrasiyası ilə münasibətlərimiz yaxşıdır. Əsgər sayımızı deyə bilmərəm, amma ilk başladığımız vaxtdan 2-3 dəfə çoxuq. Saylarımız hər gün artır. Polşa vasitəsilə Avropadan gələn çeçenlər var”.

Çebrelov bildirib ki, ruslar 2014-cü ildəki kimi qısa zamanda Ukrayna ordusunun təslim olacağını düşünürdü: “Amma yanıldılar. Ukraynanın kütləvi cavab verməsi rusları məəttəl qoydu. Bir çox rus əsgəri girov götürülür. Eləcə də hərbi texnikasını qoyub qaçanlar var. PUA-ların müharibədə rolu böyükdür”.

Putinin dəstəklədiyi Kadırovu çeçen kimi görmədiyini bildirən Müslüm Çeberlov deyib ki, Kadırov Rusiyanın ən sadiq əsgəri olduğunu deyir: “Biz onu rus kimi görürük. Ona görə də onlar bizim düşmənimizdir”.

"Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer, əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib"
 
Bu haqda azxeber.com-a Birləşmiş Ukrayna Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.
 
 
 
"Martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edirdi. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalmışdı. Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçdılar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
 
Axtarış zamanı onlardan "Kalaşnikov” avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.
 
Xəyyam Həqiqətoğlu deyib ki, Kamran Həsənov bu şücayəti Ukraynada böyük rəğbətlə qarşılanıb: 
 
Kamran Həsənov ağsaqqalımızdır. Azərbaycanın Şəmkir rayonunun Şiştəpə kəndində doğulub boya-başa çatıb. O, həm həmyerliləri arasında, həm də yerli əhali arasında hörmət və nüfuza malikdir. Nikkolayev rayonunda yaşayan azərbaycanlılar onu insanlara qarşı mehriban münasibətinə, hər zaman ilk yardım çağırışına gəlməyə hazır olduğuna görə sevilirlər.
 
O müharibənim ilk günündə bir vətəndaş və vətənpərvər kimi orduya kömək etdi, könüllü oldu, şəxsi silahını götürdü, yerli özünümüdafiə təşkil etdi və digər işlərlə yanaşı, hərbi xidmətə çağırışa kömək etdi. Onun qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılandı. 

Həmin videonu təqdim edirik: 

Hərbçimiz Şuşada həlak oldu

Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Tovuz rayonu Aşağı Quşçu kəndindən olan Kazımov Vüsal Vüqar oğlu Şuşada hərbi maşının aşması nəticəsində həlak olub.

Bu barədə “Qafqazinfo”ya Tovuz Rayon Hərbi Komissarlığından məlumat verilib. 

Bildirilib ki, 2000-ci il təvəllüdlü Vüsal Kazımovun nəşi Bakının Nəsimi rayonunda yaşayan ailəsinə təhvil verilib. O, bu gün Nəsimi rayonunda torpağa tapşırılacaq.

V. Kazımovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunu olduğu bildirilir. 

***

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, qəza martın 3-ü baş verib: “Hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

 

 




 
İti asaraq öldürən 86 yaşlı kişi tutuldu

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

DİN Mətbuat xidmətindən "Yol-xeber.az"ya verilən məlumata görə, sosial şəbəkələrdə itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri yayılıb. Həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.

Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər sakini Faiq Məmmədzadə sosial şəbəkələr üzərindən İran vətəndaşından Gəncə ərazisində gizlədilən narkotik vasitəni müəyyən məbləğ qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb.

F.Məmmədzadə Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki sellofan torbadan qara bazarda dəyəri 350 min manatdan çox olan ümumi çəkisi 5 kiloqram 156 qram heroin aşkar olunaraq götürülüb.

İstintaq zamanı həmin şəxsin daha əvvəllərdə digər şəhər və rayonlarda narkokuryerlik etməsi məlum olub.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Ukrayna hərbçiləri 12676 saylı hərbi hissənin batalyon komandirinin müavini, mayorı Dmitri Şişkanovu əsir götürüb.

“Yol-xeber.az” xəbər verir ki, əsir düşən zabit rus qoşunlarına martın 2-si və ya 3-nə qədər Ukraynadan geri qayıtmaları vəd edilib.

“Bizə martın 2-si və ya 3-nə qədər dedilər”, - Şişkanov bildirib.

Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında gedən döyüşlərdə Rusiya ordusunun elit bölmələrini darmadağın edib və əsir alıblar. Bu barədə Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

 “Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri darmadağın edilib və əsir alınıb. Bunlar 1-ci tank ordusunun-Tamansk diviziyasının, Kantemirsk diviziyasının və digərlərinin bölmələridir”, - o deyib.

Arestoviç əlavə edib ki, Rusiya işğalçı qüvvələrinin digər bölmələri haqda heç danışmağa dəyməz. “Qalanlar haqda isə heç danışmaq istəmirəm. Bu gün zabitlər əsir düşüb – tank batalyonlarının komandirləri, üç polk komandirinin müavini və digərləri. Və budur, onlar ağlayırlar, diz çökürlər və deyirlər ki, “Biz bilməmişik...” Onlar heç əvvəldən düz-əməlli əfsanə də hazırlaya bilməyiblər”, - o bildirib.

Prezident Ofisinin müşaviri qeyd edib ki, hazırda Rusiya qoşunlarının 55-60 faizi Xarkov və Kiyev ətrafında cəmləşdirilib, digər regionlarda isə onların mövqeləri arasında “nəhəng dəliklər” yaranıb.

“Onlar batalyon və bölük qrupları ilə (200-400, 600 nəfər) hansısa vəzifələr həll etməyə çalışırlar. Və budur, onlar Krivoy Roq və Nikolayev ətrafında üç dəfə belə vəzifəni yerinə yetirməyə cəhd ediblər, amma hər dəfə darmadağın olunublar və praktiki olaraq tam məhv ediliblər”, - Arestoviç deyib.

Peşəkar hərbçi olan A.Arestoviç qeyd edib ki, o özü də Rusiya ordusunun bir həftəyə bu qədər itki verəcəyini ağlına gətirməzdi. Amma döyüş əməliyyatlarının hər günündə ruslar orta hesabla 1 500 nəfər itiriblər. (virtualaz.org)

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.az məlumatına görə, qəza zamanı “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb. 

O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, polis mayoru F.Cəfərov Yevlax Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəza işdən evə gedən zaman baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı saytımıza təsdiqləyiblər.

 

 

 

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həlak olub. 

Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.

Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, ölənlərin cəsədləri hələ də Ukraynadakı morqdadır:

“Yaralıların vəziyyəti hazırda yaxşıdır. Cəsədlər də hələ ki morqdadır. Prokurorluq iki gün vaxt verib ki, lazımi sənədlər toplanılsın. Əgər sənəd işi həll olunsa, sabah üçün gətirilməlidirlər. Vəfat edənlərin və yaralıların yaxınları da Ukraynadadırlar. Mən dünən ölənlərin yaxınları ilə danışmışam, məlumatları onlar söyləyib”.

Qeyd edək ki, Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur.

Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.

Xəbər lenti