"O vaxt Xankəndidə 366-cı alay var idi. Həmin alayın tərkibində olan şəxsi heyyət təxminən 800-1000 arası dəyişirdi. Briqadada isə haradasa 2 minə qədər şəxsi heyyət var idi. Mənim 366-cı alayın içindən yüz agentim var idi".

"Bunu Milli.Az-a açıqlamasında ermənilərin son günlər yenidən ard-arda törətdikləri təxribatları şərh edən peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.

O bildirib ki, Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik:

"Hazırda Xankəndidə 366-cı alayın əvəzinə gücləndirilmiş bir briqada var. Onların vəzifəsi 1988-1989-cu ildə nədən ibarət idi?! O vaxtkı sülhməramlı qüvvələrin əvəzinə keçmiş Dağlıq Qarabağ inzibati ərazisində Daxili Qoşunlar yerləşdirilmişdi. Yəni erməni ilə Azərbaycan kəndləri, erməni rayonu ilə Azərbaycan rayonu arasında bir rus postu dururdu. Demək, istər biz olaq, istərsə də ermənilər olsun, həmin postun yanından ötüb keçməklə gedib istədiyimizi edib, yanından keçməklə də qayıdırdıq. Rus da gəlirdi harada ki, həmin hadisə olubsa, orada 5-6 dənə güllə atıb gedirdi. Yəni rus da burada ölmək istəmirdi. 

 

 

Ehtiyatda olan polkovnik Azay Kərimov

 

Erməni təxribatları davam edəcək, o vaxta kimi ki, sülh müqaviləsi imzalanmayacaq. Hətta sülh sazişi də imzalansa belə, bu cür erməni təxribatları mütəmadi olaraq davam edəcək. Məsələn, mənim yadımdadır, ermənilər var idi Xankəndidə, kim ki posta getmirdi, girib evdən posta getməyənlərin analarını, bacılarını aparırdılar ya zorlayırdılar, ya da güllələyirdilər. Camaatın gözünü belə qorxuda-qorxuda başladılar terror işləri ilə məşğul olmağa. Bu qanunsuz silahlı erməni dəstələri Qarabağdan son nəfərinə kimi təmizlənməyincə terror aktları, cəhdləri davam edəcək.

Erməniləri müdafiə edən də rusdur. Rusiya bu şəraiti yaradır ki, bu gün ermənilərin yenə əli-qolu açılıb. Mən bir hərbçi kimi buna qətiyyən təəccüblənmirəm. 

Əgər erməni maşını bizim posta yaxınlaşırsa, gərək hərbçilərimiz çox diqqətli olardılar. Hətta videodan da görürük ki, erməni qumbaranı atandan sonra maşını sürüb gedib. Bura Azərbaycan ərazisidir, Azərbaycanın ərazisində bu hadisə baş verib. Norayr Mirzoyan adlı bu terrorçunu ruslara vermək lazım deyildi. Qanunla tələb etmək, sıxışdırmaq lazımdır. Amma təəssüf ki, bizim çox əsgərimiz, zabitimiz, hərbçilərimiz rus dilində bilmirlər. O postlara professional hərbçilər, I Qarabağ savaşında iştirak etmiş müharibə veteranlarını, o əraziləri tanıyan insanları qoymaq lazımdır. 

Məsələn, vaxtı ikən Şuşa polisində işləyən kifayət qədər polislər, o cümlədən hərbçi zabitlər olub. Hamımız bu gün gedib postda durmağa və o əraziləri yaxşı tanıyan kimi orada xidmət etmək istəyirik, özü də təmənnasız istəyirik. Xidmətə razı olmasalar da, heç olmasa, ərazini tanıyan insan kimi yanlarında olaq, başa salaq.

Yadımdadır ki, ruslar o vaxt bir BTR-lə gəlmişdilər. Hamısının da belində "skorpion" şəkilləri. Mən də erməni dilində yaxşı bildiyim üçün, bunlara yaxınlaşdım. Birdən rus hərbi geyimində bir oğlan yaxınlaşdı ki, bu gün bu Kərcəhan kəndini darmadağın edəcəyik. Amma bunu ermənicə dedi, çünki o elə bildi ki, mən erməniyəm. Biz onların məqsədini öyrəndikdən sonra komandirlərini götürüb zirzəmiyə saldıq, üstünə də qranat çəkdik ki, o ermənini (rus hərbi geyimində olan şəxsi - red.) bizə verməsən, sən buradan sağ-salamat çıxmayacaqsan. Komandirləri özü də polkovnik idi. Yarım saat söhbətdən, qışqırmaqdan, bağırmaqdan sonra məcbur oldu ermənini bizə verdi. Ona görə deyirəm ki, rusdan qorxmaq lazım deyil. Elə hərəkət etmək lazımdır ki, rus səndən çəkinsin. 

Hazırda həmin ərazilərə əvvəl oralarda işləyən, döyüşən şəxsləri göndərmək lazımdır. Çox demirəm, indi elə Şuşa rayonunun keçmiş post-patrul xidmətini ora yığsan işimiz yüngülləşər. Rusiya sülhməramlılarının üstünə gedib haqqımızı tələb etmək lazımdır. Çalışıb rusu da ələ almaq lazımdır ki, bütün o tərəfdəki məlumatlardan xəbərdar olasan. Amma tərsi baş verir, ermənilər rusları ələ almağı bacarırlar. 

Hələ Xankəndinə, Xankəndinin ətrafında erməni terrorçuları var, Şuşanın ətrafında erməni kəndləri var. Demək istədiyim odur ki Şuşaya bu dəqiqə ən azı 10 min əsgər yerləşdirmək lazımdır, o cümlədən də hərbi texnika. Çünki vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin başçısı Viktor Polyoniçka, həm də Azərbaycanın ikinci katibi idi, - mən onun cangüdəni olmuşam, - deyirdi ki, "Şuşa kimdədirsə, Qarabağ da ondadır". Ona görə də Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik".

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Bu barədə "Yol-xeber.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır", - Baş Prokurorluqdan bildirilib.

Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 nömrəli uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinifə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Bu barədə "Yol-xeber.az"a Siyəzən Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinifə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinifə buraxılmaması müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.

Nazirlikdən daxil olan xəbərdarlıqda deyilir:

"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrı 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Müdafiə Nazirliyindən bildirilib.

 

 

 

Şuşada təxribat törədən erməni ilə bağlı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri  cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində  terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb.

Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə  qəsdən öldürülmələrinə cəhd edib.

Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.

Şuşada təxribat törədən erməninin saxlanılma anı

Xəbər verdiyimiz kimi, erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu posta qumbara atıb. 

“Yol-xeber.az” xəbər verir ki, həmin şəxsin kimliyi məlum olub. "Caliber"in məlumatına görə, təxribata əl atan  erməni 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır. 

O, artıq ərazidə xidmət edən hərbçilər tərəfindən saxlanılıb.  

Ermənilər Qarabağda təxribat törədib.

“Yol-xeber.az” xəbər verir ki, erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu posta qumbara atıb. 

Həmin terrorçu ərazidə xidmət edən hərbçilər tərəfindən saxlanılıb. 

***

"Caliber"in yaydığı məlumata görə, insident zamanı 1 hərbçimiz yüngül xəsarət alıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir. 

Riçard Kirakosyan: “İkinci Qarabağ müharibəsi bölgədəki mənzərəni tamamilə dəyişdi”

“Ötən il baş verən İkinci Qarabağ müharibə regionun xəritəsini tamamilə dəyişdi və bu da Türkiyə-Ermənistan, münasibətlərinin normallaşması üçün böyük üstünlük yaratdı. Əvvəlki protokollardan fərqli olaraq Azərbaycan da artıq Ankara-İrəvan normallaşmanın əleyhinə deyil”.
“Bunu “Anadolu”ya açıqlamasında Regional Araşdırmala Mərkəzinin direktoru Riçard Kirakosyan İkinci Qarabağ müharibəsinin nəticələrini və təsirlərini şərh edərkən deyib.

Erməni ekspertin fikrincə, artıq Türkiyənin Ermənistanla normallaşmasında nəqliyyat, ticarət və infrastruktur kimi sahələrdə regionun bərpasında daha aktiv rol oynamaq üçün çox mühüm motivasiya var: “Bu həm də Rusiyanın bölgədəki təsirini balanslaşdırmağa imkan yaradar. Çünki Türkiyə bir çox aspektlərdə Rusiyaya qarşı mühüm alternativdir”.

O əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təkcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan deyil, həm də Azərbaycan Prezidenti İlham Əliyevdən daha müsbət mesajlar alır: “Yəni liderlər daha yaxşı bir mühitin formalaşması çalışırlar. Xüsusən də kommunikasiyaların, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulmasını istəyirlər. Qarabağ müharibəsindən sonra normallaşma istiqamətində atılacaq addımlar daha güclü sülhə doğru atılmış bir addım olacaq”.

Bölgədə reallaşacaq nəqliyyat dəhlizi, xüsusən də zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunun Kirakosyan deyib ki, bu qaçılmaz bir prosesdir. “Odur ki, Naxçıvanı dəmir yolu ilə birləşdirəcək sazişin yaxın vaxtlarda açıqlanmasının gözlənilir”.

Ekspert onu da əlavə edib ki, sadəcə siyasətçilər bundan öz məqsədləri üçün istifadə edib məsələni şişirdib, spekulyasiya etməyə çalışırlar: “Amma bir analitik kimi deyə bilərəm ki, burada heç bir real təhlükə və ya risk yoxdur. Məsələn, hətta Naxşıvanla əlaqə yartamaq istəyən Azərbaycan da Ermənistanın suverenliyini qəbul edir. Odur ki, münasibətlərin normallaşması artıq “əgər” məsələsi deyil, “nə zaman” məsələsidir. Odur ki, mən gələn il bu istiqamətdə konkret addımlaırn olmasını gözləyirəm”.

Xəbər lenti