Sabiq MTN rəhbəri Eldar Mahmudovun bu gecə ürək tutmasından vəfat etməsi barədə xəbər yayılıb.

Gununsesi.info-ya açıqlamasında sabiq nazirin ailə vəkili Cavid Rzazadə xəbəri təkzib edib:

“Boş söhbətdir. Eldar Mahmudova heç nə olmayıb”.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib.

Bu barədə E-huquq.az məlumat yayıb.

Bildirilib ki, E.Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Onun vəkili Cavid Rzazadə isə xəbəri təkzib edib.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.
Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib.
Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə olan civə aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Ukraynada əsir düşən Azərbaycan vətəndaşının atası məsələnin əsli barədə məlumat verib.

Baku TV əsir düşmüş Haqverdiyev Əziz Bədirxan oğlunun ailəsindən hadisənin təfərrüatını öyrənib.

Onun atası bildirib ki, oğlu Ukraynaya təhsillə əlaqədar gedib:

“Dövlət imtahanını verib, diplomunu alıb, qayıtmalı idi. Getdi, ilişdi qaldı orada. May ayında diplomunu almalı idi. Ona biletini aldım və dedim ki, orada vəziyyət qarışacaq. Vaxtında qayıtmasını istədim. O isə dedi ki, lazım gəlsə mən də qalıb vuruşaram”  

Daha ətraflı sujetdə:

“Kiyevdə olan azərbaycanlı tələbələr çıxılmaz vəziyyətdədir. Onların əksəriyyəti parkinq yerlərində qalıblar. Qida ehtiyyatları tükənib, cəmi iki çörək, iki ədəd suları qalıb”.

Bu barədə oxu.az-a Ukraynanın Kiyev şəhəri, Svyatoşinski Rayonunda, Mikola Uşakova 8a ünvanında yerləşən Avropa Universitetinin yataqxanasında qalan azərbaycanlı tələbə Orxan Səfərovun əmisi Tamerlan Səfərov məlumat verib.

T.Səfərovun redaksiyamıza göndərdiyi videoda Ukraynanın Kiyev şəhərində çarəsiz vəziyyətdə qalan tələbə Orxan Səfərovun müraciəti əks olunub.

Belə ki, Orxan Səfərov video mürciətdə qeyd edib ki, hazırda qaldıqları yerdən çıxmaq imkanları yoxdur:

“Biz də sözügedən yataqxanada üç nəfər – iki azərbaycanlı oğlan və bir türkmən qız tələbə qalmışıq. Bizdən başqa bir azərbaycanlı ailə də var bura yaxın ərazidə. Komendant saatı olduğundan giriş-çıxışa icazə verilmir. Cəmi 1 çörəyimiz və bir suyumuz qalıb, ərzaq tamamilə tükənib. Sabaha çatar ya çatmaz bilmirik. Komendat saatı sabah bitir, lakin uzadılıb-uzadılmayacağını da bilmirik. Soyuq zirzəmidə yatıb-dururuq. Bizim vəziyyətimiz pisdir, bombalar dünən gecə bizim qaldığımız yataqxananın yanına düşüb. Artıq dörd gündür biz bu zirzəmidə qalmışıq. Dövlətdən xahiş edirik ki, imkan daxilində bizi burdan çıxarsınlar. Artıq bura təhlükəsiz deyil. Çölə çıxa bilmirik, çıxanları vururlar. Mağazalarda çörək, qida heç nə yoxdur. Ruslar mağazaları da talan edib. Bu vəziyyətdə çox dözə bilməyəcəyik”.

Sumqayıt hadisələrindən 34 il ötür.

1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.

İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.

Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.

Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Görülən tədbirlər nəticəsində qeyd olunan qurumda müvafiq sektorda mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət edən ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq şöbəsində ekspert vəzifəsində işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib olunması və çıxarışların verilməsi üçün müraciət edən vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr aşkar edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

APA xəbər verir ki, hadisə "City Garden" layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

Xaçmaz rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.

F.Ağamalıyev ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı F.Ağamalıyev alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozub və piyadanın vuraraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.

Hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Məhkəmədə ifadə verən F.Ağamalıyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, dindirilən zaman 1 avqust 2021-ci il tarixdən 30 günlük növbəti məzuniyyətə buraxıldığını deyib.

Göyçay Rayon Prokurorluğu iş adamının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir".

APA-nın əldə etdiyi məlumata görə, hər iki şəxs iş adamı olub.

Xəbər lenti