|
"Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır".
"Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub: "Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib. Bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək. Bununla belə, proses qısamüddətlidir".
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən bu ilin ilk 10 günü ərzində 127 kiloqram narkotik dövriyyədən çıxarılıb, 31 nəfər həbs edilib.
DİN Mətbuat xidmətindən “Yol-xeber.az”ya verilən məlumata görə, ilk tədbir zamanı Beyləqan rayon sakinləri əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar.
Bu şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 2 ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və 1480 ədəd satışı qadağan edilən psixotrop tərkibli preqabalin həbi aşkar olunub.
Sabirabad rayonunda saxlanılan Hidayət Məmmədova külli miqdarda narkotik maddələr göndərən Şirvan şəhər sakini Orxan Nağıyev Binəqədi rayonunda tutulub. Bu şəxslərdən və Orxan Nağıyevin avtomobilindən ümumilikdə 35 kiloqram, o cümlədən 21 kiloqram heroin, 10 kiloqram metamfetamin, 4 kiloqram marixuana və elektron tərəzi aşkar olunub.
Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar olunub.
Adları sadalanan 7 nəfər beynəlxalq narkoşəbəkənin üzvləri olublar. Onlar qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışıblar.
Baş İdarənin paytaxt, eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 19 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.
Lənkəran şəhəri və Astara rayonunda saxlanılan 8 nəfərdən 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Yol-xeber.az"ın sorğusuna cavab olaraq bildirib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.
Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.
Ağsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim Dərgahlının atası onun əvvəlcə 10 nəfər tərəfindən döyüldüyünü iddia edib.
Sabirabad rayonunun Balvar kənd sakini Kərim Dərgahov “Kriminalqafqaz”a müraciət edərək oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu Rayon Prokurorluğundan şikayətçi olduğunu bildirib.
K.Dərgahov bildirir ki, oğlu dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedib: “Axşam saat 8-9 radələrində orada 10 nəfər oğlumu döyüb. Daha sonra bir neçə nəfər onun əl-qolundan tutublar və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı”.
Mərhumun atasının sözlərinə görə, Ağsu Rayon Prokurorluğu oğlunun ölümündə günahkar olan 10 nəfərdən sadəcə birini məsuliyyətə cəlb edib: “Qalan 9 nəfər azadlıqdadır, amma onlar da həbs edilməli idi. Ağsu Rayon Prokurorluğuna getməkdən artıq bezmişəm. Həmin işi aparan Kamran Ağayev bu cinayətkar dəstəni qoruyur. Onları sudan quru çıxarmaq istəyir. Mən narazılıq edəndə deyir ki, “hara istəyirsən, şikayət et”. Ağsu rayon prokuroru Rəşad Mansurovla Kamran Ağayev əlbir olub bu işi ört-basdır etmək istəyirlər”.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq bildirilib ki, 13 dekabr 2021-ci ildə Ağsu rayonu ərazisində Məmmədkərim Dərgahlının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb: “Orxan Qaçayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmişin qohumu ifadəsində cinayətin törədilməsində Qaçayev Orxan Gülxan oğlunun qohumlarının da iştirak etdiyini bildirib. Bu səbəbdən ifadəsində göstərdiyi şəxslərin həmin cinayət hadisəsində iştirak edib-etməmələrini müəyyən etmək məqsədilə bütün lazımi istintaq hərəkətləri yerinə yetirilməklə yanaşı müvafiq ekspertizalar da təyin edilib.
İstintaqın hazırkı mərhələsində həmin cinayətin Qaçayev Orxan Gülxan oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hazırda Ağsu Rayon Prokurorluğunda cinayət işi üzrə ibtidai istintaqın aparılması davam etdirilir”.
İddialara görə məşhur ağır atletimiz Allahyar Abışovun ölüm anının görüntüləri yayılıb.
Yol-xeber.az xəbər verir ki, bir müddət öncə 26 yaşlı idmançının qəflətən ölümü şübhələr doğurub. Ekspertizadan sonra müəyyən olunub ki, A.Abışov “patı” kimi tanınan metamfetamindən istifadə edirmiş.
Bu barədə idmançının bacısı Rəna Abışova sportfm.az-a açıqlamasında bildirmişdi:
“Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.
Patıdan dünyasını dəyişən dünya və ölkə mükafatçısı olmuş idmançımızın ölüm anını təqdim edirik:
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib, saxlanılanlar var.
Bu barədə Yol-xeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Onun üzərində olan çantaya baxış zamanı 7 büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib.
Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyin bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "Makarov" markalı tapança və 6 ədəd patron aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxil olan əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb.
Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, 1 ədəd “F-1”, eləcə də 1 ədəd “RDQ-5” qumbaraları və partlayıcı aşkar edilib.
Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb.
Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən və əlindəki alət çantasından ümumilikdə 2 kiloqram 805 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər -Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açılıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Kəlbəcər istiqamətində sərhəddə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin sayı artıb.
“Yol-xeber.az” “sputnikarmenia”ya istinadən xəbər verir ki, əsgər Vahan Babayan aldığı güllə yarası nəticəsində ölüb.
Ermənistan Müdafiə nazirliyini verdiyi xəbərə görə, 2003-cü ilə təvəllüdlü Babayan yanvarın 11-də aldığı güllə yarasından ölüb.
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.
Oxu.Az xəbər verir ki, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.
Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə “başını itirib”.
Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcəkdir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsınlar!