|
Qarabağda separatçı erməni əsgəri ölüb.
“Ölkə.Az” erməni mediasına istinadən xəbər verir ki, Azərbaycanın Qarbağ ərazisində 2002-ci il təvəllüdlü Qor Martirosyan adlı şəxs güllə yarasından ölüb.
Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin "112" qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində "QAZ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü yolun birinci zolağında hərəkətdə olan zaman qəflətən onun qarşısına moped çıxıb. Mopedin sürücüsü idarəetməni itirdiyindən avtomobil ona çırpılıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, mopedi sürən şəxs bir neçə metr irəliyə atılıb.
Moped isə qəfil alışmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb edilib. Yanğın söndürülüb. Ağır xəsarət alan şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vasitəsi ilə xəstəxanaya çatdırılıb. Mopedi idarə edən şəxs komaya düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.
Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.
Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Bakıda intihara cəhd hadisəsi baş verib.
“Report məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Şahbazova Məryəm Tofiq qızı gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Şahbazova cərrahi əməliyyat edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
VAZ-2107 avtomobilinin sürücüsü naməlum səbəbdən maşını irəli və geri sürərək, digər nəqliyyat vasitələrinə çırpıb.
Həmin görüntüləri təqdim edirik:
Hacıqabulda axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.
Hadisə Hacıqabul Rayon Polis Şöbəsinin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Hacıqabul RPŞ-nin keçmiş əməkdaşı olub. Əldə etdiyimiz məlumata görə, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.
Emin Səfərov
14 hərbçinin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması hadisəsi Azərbaycan ictimaiyyətində rezonans yaratdı.
Bu barədə “Caliber”in növbəti təhlilində qeyd olunub.
“Caliber” isə öz mənbələrinə əsasən qeyd edib ki, ilkin ehtimala görə qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
“Caliber”in təhlilində həmçinin son illərdə bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə baş vermiş helikopter qəzaları ilə bağlı məlumat da yer alıb.
Ətraflı videoda:
Noyabrın 30-u saat 1 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Beyləqan rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, həmin kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirmiş, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirmiş, E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yol-xeber.az report-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov ifadə verib.
O bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində A.Abdullayev qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edib:
“Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş dörd texnika var. Bu da məişət tullantılarının daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. Çəkilişlərdə tez-tez rayon rəhbərliyinin adını hallandırırdı. O, məndən müəyyən məbləğdə pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın, balalarına versin. Ona razılaşmadı.
Sonra məndən 10 min manat istədi, razılaşmadım. Daha sonra 6 min manat tələb etdi. Təbii ki, mən yenə də razılaşmadım və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Mən Ataya 6 min manat pul verməmişəm”.
Daha sonra prosesdə Ş.Həsənovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Ərizədə göstərilir ki, məmurun şikayət və tələbi var. O deyib ki, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxır:
“Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. Çünki səhhətimdə ciddi problem var”.
Eyni zamanda, ölkə xaricində olan Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib.