|
Abşeron rayonunda “AzSamand”la “Mercedes” toqquşub.
Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.
Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Sumqayıt şəhərində yerləşən məktəblərin birində valideynlərdən pul yığılır.
Yol-xeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Valideynlər şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbin direktoru İradə Məmmədovanın davamlı olaraq pul yığdığını bildirib:
“Direktor davamlı 1-5 manat pul yığır. Məktəbdə stol sınır, başqa nəsə olursa, pulunu bizdən alırlar. Direktor deyir ki, pulu dövlət istəyir”.
Valideynlərdən biri də iddia edib ki, məktəbdə övladının sinfini dəyişmək üçün 200 manat pul ödəyib.
Sumqayıt Şəhər Təhsil Şöbəsindən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, son zamanlar məktəblərdə pul yığımı və neqativ hallarla bağlı paylaşımlar edilir.
Dünən səhər saatlarında "Bakı Metropoliteni"nin "Elmlər Akademiyası" stansiyasında adı çəkilən qurumun əməkdaşı ölüb.
Yol-xeber.az xəbər verir ki, Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov özünü pis hiss edib və o, həyatını itirib.
Uzun müddət onun "Həyatda vurdun bir-birinə" şeiri sosial medialarda və real həyatda zarafat kimi işlənib. Həmçinin reklam şirkətləri onun sözlərindən və görüntüsündən istifadə edib.
Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-ci il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “Kia Rio” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində “Kia Rio” markalı maşının sərnişini 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.
S. Vəliyev Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, leytenantdır.
Bakı metropoliteninin daha bir əməkdaşı vəfat edib.
Yol-xeber.az xəbər verir ki, bu gün səhər işə gələrkən, "Bakı Metropoliteni"QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib.
1959-cu il təvəllüdlü Babaşxan Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib. Yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər idi.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki Eldar Süleymanov bu gün "Elmlər Akademiyası" stansiyasında vəfat etmişdi.
Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Əlavə məlumat veriləcək.
***
Bakıda restoranda yanğın başlayıb.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.
“Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu tərəfindən istintaq hərəkətlərinə başlanılıb.
APA-nın məlumatına görə, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazid əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.
“Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində beş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.
Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası baş prokurorunun müvafiq sərəncamı ilə işçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib, ətraflı surətdə öyrənilib, hər bir qanunazid əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.
Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik baş prokurorun birinci müavininə tapşırılıb.
Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək.
Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.
Astara rayonunda baş verən meşə yanğını məhdudlaşdırılıb.
“Report” verdiyi xəbərə görə, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər.
Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.
Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yeni közərmələr davam edir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Xəbər verdiyimiz kimi, Tovuz rayon Əyyublu kənd sakininə məxsus evdən 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlanıb. Həmin şəxslər daha sonra qızıl-zinət əşyalarını əridərək külçə halına salıblar və Bakıda satıblar. Hadisə ilə bağlı Əyyublu kənd sakinləri - Nemət Abbaso, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Qaynarinfo verdiyi məlumata görə, evində oğurluq olan şəxs 15 gün əvvəl dünyasını dəyişib.
Rasim adlı şəxs uzun illər Rusiyada bizneslə məşğul olub. Səhhətində yaranan problemlərlə əlaqədar doğulub boya-başa çatdığı Tovuzun Əyyublu kəndinə qayıdıb. Mərhum doğma kəndində müalicəsini davam etdirirmiş.
O, evinə gəldikdən sonra hadisə baş verib və 15 gün əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar. Onlar maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tovuz rayon Polis Şöbəsinə cari ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qeyr-qanuni yolla daxil olaraq oradan nağd pul və külli miqdarda qızıl-zinət əşyaların oğurlaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yol-xeber.az”a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri- Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər fərdi yaşayış evinə qeyri qanuni yolla daxil olaraq oradan 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını əridərək külçə halına salmış, daha sonra Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.