Avqustun 25-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evində qeydə alınıb.

Əflatun Kərimov "Xəzər Xəbər"ə deyib ki, mətbəxdən çıxıb oğluna kömək etmək istəyərkən həmin şəxslər ona da hücum edərək döyməyə başlayıblar. Daha sonra onlardan biri evdə axtarış aparmağa başlayıb.

Basqınçıların soyuq silahda olduğunu görən Əflatun Kərimovun həyat yoldaşı dərhal dəhlizə çıxaraq qonşulardan kömək istəyib. Qonşular hadisə yerinə gələn kimi iki nəfər oradan qaçıblar.

Xalq artistinin qardaşı hadisə ilə bağlı polisə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva, və Jalə Mahmudovanı saxlayıb. Onlar ifadələrində bildiriblər ki, sözügedən mənzili səhv salıblar.

Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Avqustun 11-də Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Avqustun 21-də dənizdə ("Şüvəlan" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bakı Şəhər Dövlət Yol Polisi sosial şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video ilə bağlı açıqlama verib. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti əleyhinə edilmiş qayda pozuntularında inzibati xəta iki formada aşkarlanır birincisi xüsusi texniki vasitələrlə bu zaman sürücü və polis arasında təmas olmur qayda pozuntusunun video və foto materiallları şəxsin elektron kabinetinə yerləşdirilməklə elektron qərar qəbul (EQ) edilir:

“Digəri isə YPX əməkdaşının vizual olaraq aşkarladığı qayda pozuntusudur ki, bu zaman sürücüyə etdiyi qayda pozuntusu izah olunur misal üçün qırmızı işıqda keçmisiniz, giriş qadağan olan yola daxil olmusuz, qarşı hərəkət zolağına keçib nəqliyyatın axınına doğru hərəkət etmisiniz və ya nişanın tələbini pozmusunuz və s. Bu hallardan biri və ya digəri olduqda Yol Hərəkəti Haqqında Qanunun pozulan tələbi və həmin maddə üzrə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xətanın maddəsi izah olunmaqla yerində şəxsin iştirakı ilə inzibati xəta üzrə protokol tərtib olunur (İXP) bu zaman sürücü YPX əməkdaşından yerində görüntü tələb edə bilməz, protokolla razılaşmaya bilər. Həmin protokol qərarsız qalmalı və sürücüyə daha sonra həmin sübutlar aidiyyəti üzrə onun iştirakı ilə təhlükəsiz şəhər kameralarından çıxarılmaqla təqdim olunur”.

A.Əsgərli bildirib ki, ümumiyyətlə son illərdə vətəndaş polis təmasının azaldılması məqsədilə DİN məqsədyönlü formada bu addımları atmaqla qayda pozuntularının demək olar ki 70 %-ni elə xüsusi texniki vasitələrlə aşkarlayır:

“Paytaxt ərazisində əməkdaşlarımızın gündəlik xidməti o qədər ağırdır ki, hər gün yollarda hərəkətin nizamlanması və təhlükəsizliyin təmini məqsədilə görülən tədbirlərin nəticəsində milyonlarla insanın mənzil başına çatması üçün ağır iş rejimində xidmət təmin olunur.  Bir sözlə, paytaxt ərazində YPX əməkdaşının elə boş vaxtı yoxdur ki, kiminləsə qeyri-müəyyən bir vəziyyətə görə uzun müzakirələr aparsın.

Bu gün ölkəmizdə hamı bilir ki, qayda pozmayan sürücünü heç kim nə əsassız, nə də qanuni izahsız formada saxlamır. Belə hallar olanda isə həmin əməkdaşlar barədə çox sərt formada tədbirlər görülür. Bu videoda da sürücü polisi çəkməklə onu öz işindən uzaqlaşdırmağa cəhd edir. İşini ləyaqətlə, düzgün şəkildə icra edən hər bir polis əməkdaşı üçün belə çəkilişlər əhəmiyyətsizdir. İstər sadə vətəndaş, istərsə də dövlət məmuru hüquqlarını və vəzifələrini düzgün bilsə, ləyaqətli olsa, işini və vətəndaşlıq borcunu dürüst formada icra etdikdən sonra kimin nəyi çəkib paylaşmağının heç bir əhəmiyyəti yoxdur. Onsuz da indiki zəmanədə hamı hamını çəkir. Kim kimə nəyi sübut etmək istəyirsə birinci ona gərək özü inansın və dürüst olsun. Gəlin, qaydaları pozmayaq, qanunlara hörmətlə yanaşaq, insanları yerli-yersiz çəkib paylaşmaq əvəzinə, intizamlı olaq. Bizdə həmin dialoqun lap əvvəldən çəkilişi var. Amma onları paylaşmağı etik hesab etmirik!”

***19:23

Sosail şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video yayılıb. 

"Avtosfer.az xəbər verir ki, görüntülərdə sürücü qayda pozuntusunun videosunu tələb edir. YPX əməkdaşları isə bunun yalnız İdarədə mümkün ola biləcəyini qeyd edirlər.

Mübahisə zamanı yol polisi inspektoru sürücünün ona rüşvət təklif etdiyini və özününü bundan imtina etdiyini idda edir. Eyni zamanda sürücüyə protokol tərtib olunacağını deyir.

Laçında 2 hərbçimiz minaya düşüb.

Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Çoxmənzilli binanın zirzəmisində faciəvi şəkildə öldü

Cəlilabadda ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 21-i saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

"Hadisələrinin təhlili və aparılan araşdırmalar onu deməyə əsas verir ki, yanğın hadisələrinin baş verməsinin başlıca səbəbi insan amilidir".

Bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğına Nəzarət Xidmətinin əməkdaşı polkovnik-leytenant Cəmil Xudiyev bildirib.

 FHN rəmisi əlavə edib ki, yanğınlar baş verən ərazilər hər hansı enerji daşıyıcı infrastrukturunun nəql olunmadığı ərazilərdir.

 

Lənkəranda şəxsin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb", məlumatda qeyd olunub.

Qeyd edək ki, M.Bağırov stomatoloq işləyirmiş.

Avqustun 20-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.

Xəbər lenti