İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Yol-xeber.az"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yol-xeber.az"ın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prouror sabiq icra başçısına 11 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə saxlanılıblar və onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Son bir neçə aydır başlayan “Kapital Bank” adından vətəndaşlara zəng edərək kart məlumatlarını oğurlamaq cəhdləri hələ də davam edir.

Sözügedən kibercinayətkarlıqla bağlı banklar və eləcə də, hüquq mühafizə orqanları tərəfindən vətəndaşlara dəfələrlə xəbədarlıqlar edilib. Buna baxmayaraq, bu cəhdlərə aldananalar hələ də olur. Bu dəfə cinayətkarların yeni növ kiber hücumlar təşkil etdiyi deyilir.

 "Yol-xeber.az" xəbər verir ki, İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas belə cəhdlərdən birini videolentə alıb. Onun sözlərinə görə, həmin şəxslər saxta nömrədən “Spoofing” ilə zəng edərək zəngin gəlmə yerini gizlədir və zəngi istənilən şəxsin adından təşkil edir:

“Kapital Bank” adından “spoofing” ilə mesaj göndərir. Əsas məqsəd “BirBank”a daxil olmaq üçün köhnə dediyi parolu ələ keçirməkdir”. 

F. Prədəşünasın sözlərinə görə, bu yeni növ kiber hücumdur. “Dostlarınıza, xüsusən valideynlərinizə bu barədə xəbərdarlıq edin”, - deyə o bildirib. 

Bakıda evdə partlayış olub.

Report verdiyi məlumata görə, hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə mənzildə kirayəşin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıb. Onlar təcili yardım vasitəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı ümumilikdə sahəsi 80 kv/m. olan ev 3 otaq və 1 mətbəxtdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb.

Partlaşın baş vermə səbəbi araşdırılır.

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
" 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub.

Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.

Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

 O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:

“Bununla bağlı artıq hüquq-mühafizə  orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.

O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb.

 

 
  •  

 

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
“2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 14 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hər iki polis əməkdaşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.

Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Yol-xeber.az"a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, “Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili ilə toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Ananın övladlarını bir neçə müddət əvvəl öldürməsinin təfərrüatları məlum olub. Belə ki, iki uşağının boynunu kəsən valideynin törətdiyi əməl barədə ətraflı ifadəsi ortaya çıxıb.

“Yol-xeber.az” xatırladır ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq öldüyünü, digərinin isə ağır vəziyyətdə olduğunu aşkar ediblər.

Xəstəxanaya yerləşdirilən digər yaralı uşağa tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

271960

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Ölkə.az-ın məlumatına görə, iş üzrə dindirilən Sədaqət Babayeva ifadəsində bildirib ki, 1996-cı ildə Saatlı rayonunda anadan olub. Gəncə şəhəri Xətai küçəsində qeydiyyatda olub. 2011-ci ildə Ramal Əliyevlə ailə həyatı qurub. Həmin nikahdan onların Vaqif və Yəhya adlı iki övladları olub.

271963

Həyat yoldaşı ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan korlanıb. Tez-tez mübahisələri olub və boşanmaq qərarına gəliblər. 

“Hər gün aramızda mübahisə olurdu. Məni döyürdü, söyürdü təhqir edirdi. Dolanışığımız pis idi. Hər dəfə kirayə qaldığımız evləri dəyişdirmək məcburiyyətində qalırdıq. Artıq bezmişdim. İstədim uşaqları evdə qoyub gedib”, - o deyib.

Sədaqət Babayeva ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü Ramal işə gedəndən sonra o da uşaqları evdə qoyub getmək istəyib. Lakin çölə çıxanda Ramalın hələ də getmədiyini və küçədə dayanıb kiminləsə söhbət etdiyini görüb. Buna görəndə əsəbləşib evə qayıdaraq mətbəxdə yemək hazırlamağa başlayıb. Bu zaman azyaşlı uşaqları Vaqif və

Yəhyanın yataq otağında ağladıqlarını eşidib. Əlindəki soğan doğradığı bıçaqla həmin otağa keçib.

“Girdim otağa, ikisi də uzanmışdı. Səslərindən əsəbiləşib birinci bıçaqla Yəhyanın bədəninə bir neçə zərbə vurum sonra da boğazını kəsdim. Vaqif ağlaya-ağlaya baxıb dedi ki, mama neyləyirsən? Sonra o biri otaqdan yorğan götürüb Yəhyanı yorğana bükdüm ki, qanı görməyim. Çıxdım çöldə bıçağın qanını yuyub yenidən otağa qayıtdım. Bilmirdim nə edim. Gördüm Vaqif oturub ağlayır. Onun da həmin bıçaqla boğazını kəsdim”.

271961

Babayeva ifadəsinin davamında bildirib ki, dəhşətli cinayəti törətdikdən sonra həyətə çıxıb  paltar asılan iplə özünün əl ayaqlarını bağlayıb.

“Elə bir səhnə yaratmaq istəyirdim ki, elə bilsinlər evə oğru girib və cinayəti oğrular törədib. Əl-ayağımı bağlayıb qışqırdım ki, kömək eləyin, uşaqlarımı öldürdülər”. 

Təxminən bir neçə dəqiqə sonra səsə qonşular gəlib, hadisə barədə polisə xəbər veriblər. Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan azyaşlı Vaqif həkimlərin səyinə baxmayaraq orda dünyasını dəyişib.

Polis bölməsində dindiriləndə Sədaqət Babayeva hadisə barədə əvvəl yalan ifadə versə də, sonradan uşaqlarını öldürdüyünü etiraf edib.

Məhkəmə psixoloji ekspertizanın rəyinə əsasən, Sədaqət Babayeva hadisəni törədən zaman anlaqlı vəziyyətdə olub.

Sədaqət Babayeva Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.

Məhkəmə prosesi zamanı Sədaqət Babayeva ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.

Sonda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədaqət Babayeva 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti