|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Yol-xeber.az"a bildirib ki, yayılan həmin video görüntülərlə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəhidləri təhqir etdiyi deyilən və onu cəzalandıranların kimliyi hələlik açıqlanmır.
"Hadisə səhər saat 6:50 radələrində Suraxanı dairəsi yaxınlığında baş verib. İlkin ehtimal sürücünün sükan arxasında yuxulamasıdır".
Yol-xeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan DYP-nin baş inspektoru bildirib.
O əlavə edib ki, hadisə baş verdikdən sonra əraziyə dərhal polis əməkdaşları gəliblər: "Sürücünün DYP əməkdaşlarına hadisə yerində bildirdiyi səbəb yuxulu olması olub".
Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Narkotik, əkin-biçin işləri və meşələrin qırılması. İran Qarabağ işğalda olan zaman məhz bu vasitələrlə torpaqlarımızdan istifadə edərək külli miqdarda gəlirlər əldə edib. Vətən müharibəsində əldə olunan qələbədən narahat olan bu ölkənin əsas məqsədləri gün keçtikcə ortaya çıxır. Mövzunu politoloq Fərhad Məmmədov şərh edib.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra İranın əsl siması üzə çıxmağa başladı. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının xarabalığa çevrilməsi, bu ərazilərdə bir evin belə salamat qalmaması, Ermənistanın İranla hansı səviyyədə əlaqələrinin olduğunu ortaya çıxardı.
Mövzunu şərh edən Politoloq Fərhad Məmmədovun sözlərinə görə,Birinci Qarabağ döyüşlərində qeyd olunan rayon və şəhərlərin ərazisində şiddətli döyüşlər baş verməmişdi. Yəni, 1990-94-cü illərdə həm Azərbaycanın, həm də Ermənistanda elə bir silah-texnikası yox idi ki, bu qədər dağıntılara səbəb olsun. Döyüşlərdən sonra Ermənistana qardaş ölkə olan İran, işğal dövründə Qarabağda vətəndaşlarımıza məxsus yaşayış evlərindən tikinti materiallarını və digər əşyaları bu ölkəyə daşımağa başladı.
İran Azərbaycanın işğal altında olan torpaqlarında narkotik bitkilərinin əkilməsindən, bəzi rayonlarda torpaqlarda əkin-biçin işlərinin aparılmasından, eləcədə meşələrin qırılmasından milyonlarla dollar qeyri-leqal gəlirlər əldə edib.
Fərhad Məmmədov bildirdi ki, ümumilikdə işğaldan azad olunan ərazilərə dəymiş ziyanın ölçülməsi prosesinə start verilib və bu məqsədlə də xüsusi komissiyalar yaradılıb. Bir sözlə demək olar ki, İran tərəfinin bir vaxtlar torpaqlarımızdan əldə etdiyi qeyri-qanuni gəlirlər səbəbindən Azərbaycandan üzr istəmək əvəzinə, hazırda uydurma ittihamlarla çıxış etməsi yolverilməzdir.
Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Yol-xeber.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan üç nəfərin, eləcə də 3 saylı Kliniki Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti stabil ağır olaraq qalır.
3 saylı Kliniki Şəhər Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.
Qeyd edək ki, ötən gün baş verən ağır yol nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi dünən səhər saatlarında Bakıda 5 nəfərin ölümü ilə nəticələnən qəzanın görüntülərini yayıb.
“Yol-xeber.az” xəbər verir ki, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.
Yol-xeber.az xəbər verir ki, həmin səs yazılarında Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilməsi hallarından danışılır.
Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girərək uşaqları aparmağa çalışır. Hətta bildirilir ki, bu barədə polisə də şikayət edilib.
Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, “Whatsapp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.
“Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.
"Ölkə.Az" xəbər verir ki, qocaların biri Oxu.Az-a deyib ki, “Qocalar evi”nin sabiq direktoru Qətibə Əsədovanın rəhbərlik etdiyi dövrdə burada qalmaq üçün hər ay 100 manat pul ödəyirmiş:
“Keçmiş direktor sakinlər arasında ayrı-seçkilik salırdı. O, məni yola vermirdi. Mən qocalar evinə pulla gəlmişəm. Hər ay Qətibə Əsədovaya 100 manat pul ödəyirdim. Məni çox incidirdi, bilmirdim ki, nə edim. Mən ona dedim ki, sən işdən çıxarılanda nəzir verəcəyəm.
Elə oldu ki, onun vəzifəsindən azad edilməsi barədə qərar verildi. Mən bunu etdim, yəni nəzir verdim. Hətta Qətibə Əsədova bildirdi ki, bəs mənim nəzirim? Dedim ki, sənin nəzirini də çatdıracağam. O işdən çıxanda ona 50 manat verdim və dedim ki, bu da sənin nəzirindir. Götürdü də”.
Ahıl iddia edib ki, Q.Əsədova “Qocalar evi”ndə ahıllara kiminləsə intim münasibət qurmağı, başqa sözlə fahişəlik təklif edirmiş. Həmin pulun bir hissəsi qocaya, digər hissəsi isə Q.Əsədovaya çatmalı imiş.
“Çıxanda məni otağına çağırdı, dedi ki, mən gedirəm, amma sənə ürəyim yanır. Mənə dedi ki, bu xasiyyətlə burda çox qalmayacaqsan. Çünki mən buraya gələndə Qətibə Əsədova mənə dedi ki, burda qalmaq üçün ya ailə həyatı qurmalısan, ya da kiminləsə pul qarşılığında görüşəsən, yoxsa, burda qala bilməyəcəksən”, - deyə, o, əlavə edib.
Qeyd edək ki, qocaların əksəriyyəti keçmiş direktorun dövründə çətin vəziyyətdə yaşadıqlarını, vaxtı-vaxtında yeməklə təmin olunmadıqlarını bildiriblər.
İddialarla bağlı Q.Əsədova ilə əlaqə saxladıq. Keçmiş direktor iddiaları təkzib edib:
“Orda kişi var idi? Hamısı qoca adamlardır”.
O qeyd edib ki, bu iddia ilə çıxış edənləri məhkəməyə verəcək.
Xatırladaq ki, Qətibə Əsədova keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun dövründə “Qocalar evi”nin direktoru təyin edilib.
Onu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edib.
“Bunu "Real TV"yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov deyib.
O qeyd edib ki, yaralılardan ikisi əməliyyat olunub: “Dörd nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə yüngül olduğu üçün amblator müalicəyə göndərilib. Digərləri isə hazırda həkim nəzarətindədir. Bizim xəstəxanaya gətirilənlərdən dünyasını dəyişən olmayıb. Yaralanalardan birinin dalağı zədələndiyi üçün çıxarılıb. Digər bir nəfərdə isə ayaq baldırdan amputasiya olunub. Qalan şəxslərin vəziyyəti orta və kafidir”.
Şamaxı Rayon Prokurorluğundan "Yol-xeber.az"a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlama verib.
"Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiz" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik. Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.
Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbr, xəsarət alanlara şəfa diləyirik!", - o qeyd edib.