Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

"Yol-xeber.az" xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

Bu dəqiqəyə olan məlumata görə, xəsarət alanlardan 13 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan,  171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. 

Ölkə.Az qəza yerindən görüntüləri təqdim edir:

 

 

 

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

"Yol-xeber.az" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "report"a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır.

Oxu: Bakıda ölənlərin olduğu faciəvi qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

“Sentyabrın 29-da İsmayıl mənə zəng etdi ki, Xanım evdə yoxdur. Xanım da qorxusundan mənə demişdi ki, onun yerini heç kimə deməyək”.

Yol-xeber.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın anası Yetər Əliyeva deyib.

Onun sözlərinə görə, qızının şiddət gördüyünü oğlanın ailəsi bilsə də onu müdafiə etməyib:

“Qayınanası da oğlunun xasiyyətinə görə, onun öhdəsindən gələ bilmirdi. Qızım deyirdi ki, İsmayıl qoymurdu ki, pəncərədən paltar asım. Deyirdi ki, səhər sübh tezdən hava işıqlanmamış paltarı as, bir də gecə qaranlıq düşsün yığarsan. Xanım bunları mənə deyirdi, amma imkan vermirdi qarışmağa. Qızım bizdən nəyi necə istəyib, biz elə etmişik. İstəmirdi ailəsi dağılsın, uşaqları atasız qalsın. Deyirdi düzələcək.

Qızım savadlı idi, amma qoymurdular işləməyə. Düşünürdülər ki, qızımın öz qazancı olsa, sözə baxmaz. 42 il müəllim işləmişəm, yoldaşım icra hakimiyyətində müavin işləyib. Bizim necə ailə olduğumuzu hamı bilir. İsmayıl özü mənimlə danışanda deyirdi ki, Yetər xala sizin ailə çox yaxşıdır”.

Y.Əliyeva deyir ki, İsmayıl Məmmədov kənarda heç vaxt bu cür xasiyyətlərini göstərməyib:

“Biz sonra bilmişik ki, nişanlı vaxtı da Xanımı döyüb. Amma bir-birlərini çox sevirdilər deyə, heç biri əl çəkmirdi. Düşünürdü ki, xasiyyəti dəyişər. Heç vaxt Xanımı qınamamışıq ki, özün seçdin, ailə qurdun. Heç vaxt üz döndərməmişik qızımdan.

İsmayıl onu tez-tez döyürmüş, amma Xanım çox bərk döyüləndə əlacsız qalıb deyirdi. Bir dəfə uşaqları Xanımın əlindən almaqla təhdid ediblər. Xanım da uşaqlarsız qala bilmərəm dedi və barışdı”.

İ.Məmmədovun atasının Xocalıda şəhid olmasından travma yaşaması və bu travmanın məlum hadisələrə gətirib çıxarmasına dair səsləndirilən fikirlərə münasibət bildirən Y.Əliyeva iddia edir ki, onlar Xocalı faciəsi zamanı kənddə olmayıblar:

“İsmayılın anası Elmira xanım özü danışırdı ki, yoldaşı həmin ərəfədə ailəsini bir ay qabaq Ağdama aparıb. Xocalıda özü tək qalıb. Ona görə də uşaqlar Xocalı faciəsinə şahid olmayıblar.

Buna baxmayaraq, mən o ailəyə hörmət etmişəm, şəhid ailəsidir, qəlbləri sınıqdır, tək başına yeddi uşaq böyüdüb deyirdim, sözlərini çevirmirdik. Oğlanın bacıları da qızımı çox istəyirdilər. Həmişə qardaşlarının Xanımı döyməsinə qarşı çıxırdılar. Həmişə deyirdik ki, İsmayıl, qadına, qıza vurmaq olmaz. Hirslənərlər, bir şillə vurarlar başa düşmək olar. Amma bu dərəcədə döyüb-öldürmək olmaz”.

Y.Əliyeva deyir ki, hadisə baş verən gün İ.Məmmədov ona telefonla zəng edib:

“İşdən evə gələndə Xanımı görməyib. Mənə sentyabrın 29-da zəng elədi ki, Xanım haradadır? Mən də demədim haradadır. Xanım demişdi ki, ana, qurban olum, yerimi deməyin.

Digər baş verənləri də bilirsiniz. İsmayıl hadisədən sonra deyib ki, Xanımı vurandan sonra güllələrin yarısını da özünə vuracaqdı. Təhqiqatçı onu tutub saxlayıb ki, hadisənin qabağını alsın. Amma saxlaya bilməyib”.

İ.Məmmədovun bacıları da qardaşlarının hərəkətindən peşmanlıq duyurdular, amma bacıdırlar, onları da başa düşdüyünü deyən Y.Əliyeva ona bu faciəni yaşadanları unutmayacağını deyib.

Bakıda polislə sürücü arasında insident baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub. 

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxladıq.

"Yol-xeber.az" xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu idarə etdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:

“İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.

O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:

“Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.

"Yol-xeber.az" Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - E. Nəsirov, C. Rzazadə, F. Hadıyev, X. Qubadov, C. Nəcəfov, Ş. Hüseynov, Ə. Əliyev, R. Musayev, İ. Həsənov, R. Bağırov, X. Qasımov, Ş. Əzimov və qardaşı F. Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrliyində qaya uçqunu hadisəsi baş verib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.

Mədəniyyət nazirinin sabiq müavini, rüşvət aldığı üçün həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

"Yol-xeber.az"ın unikal.org-a istinadən məlumatına görə, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinay

Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Yol-xeber.az-ın əldə etdiyi məlumata görə, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.

Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Goranboyda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

Xəbər lenti