Bakıda polis əməkdaşının vurulduğu ağır yol qəzasının görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, hadisə ötən il paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Toyota Prado” markalı avtomobil, yolun kənarı ilə gedən polis əməkdaşını vurub. Nəticədə polis əməkdaşı dünyasını dəyişib.

 

Bir müddət əvvəl koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Haciyevin vəziyyəti ağırlaşıb.

Yol-xeber.az-ın apa-ya istinadən verdiyi məlumata görə, ağciyərinin çox hissəsi zədələnən sabiq icra başçısı reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, koronavirusa yoluxan Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur.

V.Haciyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasları təxirə salınıb.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsinə, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail Rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Sərhəd Хidməti tərəfindən Xəzər dənizində dövlət sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri dаvаm еtdirilir.

Dövlət Sərhəd Хidmətinin Mətbuаt Mərkəzindən bildirilib ki, oktyabrın 16-da saat 23:00 radələrində DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Xəzər dənizində cənub istiqаmə­tindən Azərbaycana mənsub sulara daxil olaraq şimala doğru hərəkət еdən üç nаməlum hədəf аşkаr оluna­raq nəzаrətə götürülüb.

Azərbaycana mənsub sulara daxil olmuş naməlum üzmə vasitələrinin saxlanılması məqsədilə Xəzər dənizində dövlət sərhədinin mühаfizəsində оlаn sərhəd gözətçi gəmiləri dərhal həmin istiqаmətə göndəriliblər.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən naməlum üzmə vasitələrinin hərəkətinin qarşısı alınıb. Təqib edilən itisürətli üzmə vasitələri sərhəd gözətçi gəmisindən açılan xəbərdarlıq atəşindən sonra bortlarında olan yükləri suya ataraq geriyə doğru hərəkət edib və Xəzər dənizinin Azərbaycana mənsub sularını tərk ediblər.

Yüklər sudan çıxarılmış, baxış zamanı ümumi dəyəri təxminən 100 min manata yaxın olan 23 780 ədəd siqaret qutusundan ibarət olması müəyyən edilib.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

 
  •  

 

 
 
Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktor işdən çıxarılıb.

"Ölkə.Az" xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.

Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.

Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir. 

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. 

***

Yanğın baş verən ticarət mərkəzinə bitişik dayanan maşın polis əməkdaşları tərəfindən hadisə yerindən çıxarılıb. Qeyd edilib ki, əks halda partlayış baş verə bilərdi. 

***

Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir  neçəsi “Qafqazinfo”ya bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: "FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".

***

İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub. 

***

Yaxınlıqdakı obyektlərdən birinin mühafizəçisi, hadisə şahidi Eldəniz İbrahimov “Qafqazinfo”ya bildirib ki, yanğın 10 dəq ərzində başlayaraq sürətlənib: “Bir xanım dedi ki, tüstü çıxır. 101-i tez yığdım, gəldilər. Təxminən 9-a işləmiş radələrində başladı. Orta hissəsindən başladı mərkəzin. Həmin vaxt obyekt bağlı olub, içəridə heç kim yox idi”.

***

Metronun yanğın baş verən əraziyə olan çıxışı bağlanılıb.

***

FHN-dən verilən məlumata görə, artıq yanğın söndürülüb. İlkin məlumata əsasən, hadisə nəticəsində 300 kvadrat metr ərazi yanıb. 

Murad Əhməd

 

 








 

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır", - məlumatda bildirilib.

"Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır".

Bunu "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib", - o vurğulayıb.

"Oktyabrın 14-də axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Məmmədov Namin Ruslan oğlunun məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Rusiyada 18 yaşlı tələbə qız babasını bıçaqlayaraq öldürüb.

Yol-xeber.az xəbər verir ki, hadisəni törədən şəxs aralarında mübahisə olduğunu və yalnız özünü müdafiə etdiyini iddia edib.

Qonşular qışqırıq səsi eşidib və polisə müraciət ediblər. Yaxınlıqda olan patrul xidmətinin əməkdaşları mənzilə daxil olub. Onlar öldürülən kişinin cəsədini və gənc qızı aşkar edib.

18 yaşlı Emina Yakubova saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

O, polisə ifadəsində babasını evdən buraxmadığı üçün bıçaqladığını bildirib.

Qız Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin birinci kurs tələbəsidir. Haqqında danışılarkən yalnız müsbət xarakterizə olunur. 

Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.

Yol-xeber.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.

Ruslan hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.

Xəbər lenti