Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.

Bakıda həyat yoldaşını və qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Anar Hacıyev və qardaşı Sakit Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Zərnişan Hacıyevanın əri 1988-ci il təvəllüdlü Anar Hacıyev və onun 1992-ci il təvəllüdlü qardaşı Sakit Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.

İstintaqla müəyyən olunub ki, Anar Hacıyev 2020-ci ilin yanvarından etibarən arvadı Zərnişanla həmkəndlisi və qonşusu olmuş Natiq Talıbovun intim münasibətləri barədə söz-söhbət eşidib.

O, həqiqəti bilmək adı ilə arvadı Zərnişanla evdə təklikdə söhbət edib, onun Natiqlə əvvəllər danışdıqlarını, amma hazırda heç bir münasibəti olmadığını aydınlaşdırıb. Anar arvadının qonşusu ilə intim münasibətləri barədə danışıqlanların həqiqətən baş verdiyi qənaətinə gəlib. O, arvadını və qonşusu Natiqi öldürməklə onlardan qisas almaq qərarına gəlib.

Anar niyyətini qardaşı Sakitə bildirib. Qardaşı ona hər iki şəxsin qətlə yetirilməsində razılığını ifadə edib. Onlar Natiqi və Zərnişanı qisas almaq məqsədi ilə öldürmək qərarına gəliblər.

Martın 5-də saat 23 radələrində Anar Natiqə SMS yazıb, onun narkotik aludəçisi olmasını bildiyi üçün özündə narkotik vasitə olduğunu, gəlib götürməyi təklif edib. Görüşü Zabrat-Maştağa yolunun kənarına, Daş bazarı kimi tanınan yerə təyin ediblər.

Ölkə.Az-ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Anar və qardaşı Sakit sonuncuya məxsus “Daewo Nexia” markalı maşınla Zabrat-Maştağa yolunun kənarına, kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəliblər. Gecə saat 1 radələrində Natiq taksi ilə həmin əraziyə gəlib. Avtomobilin qabaq oturacağında oturan zaman Anar açılıb-qatlanan bıçaqla Natiqin bədənin müxtəlif nahiyyələrinə ümumilikdə 43 dəfə zərbələr endirib. Talıbovun öldüyünə  əmin olduqdan sonra meyiti avtomobildən düşürüb yaxında olan çuxura atıblar. Daha sonra Anar qətlə yetirilmiş Talıbovun cinsiyyət orqanını kəsib ağız boşluğuna yerləşdirib.

Cinayətkar hərəkətlərini davam etdirərək ikinci şəxsi qəsdən öldürmək məqsədi ilə saat 2 radələrində Məmmədli qəsəbəsinə gəliblər. Anar Hacıyev yaşadığı mənzilə girərək Zərnişan Hacıyevaya Natiq Talıbovu öldürdüyünü bildirib:

“Zərnişana Natiqi öldürdüyümü dedim. Başa düşdü ki, onu da öldürəcəm. Zərnişana özünü asmasını dedim. O isə uşaqların xətrinə bağışlamağımı istədi. Biz mübahisə etməyə başladıq. Evdə ip axtaranda Zərnişan bloka qaçdı. Onu blokda tutaraq evə dartdım. Səs-küyə qonşular da bloka çıxdı və iki qadın, bir oğlan məni sakitləşdirmək istədi.

Bu zaman Zərnişan qaçaraq qonşunun evinə girdi. Qonşular da bizi sakitləşdirməyə çalışırdı. Bir neçə dəqiqə sonra atam Əlirza, anam Zərövşən və qardaşım Kazım da gəldi. Onlar məndən niyə mübahisə etdiyimizi soruşdular. Onlara əsl səbəbi demədim, Natiqi öldürdüyümü də heç kimə bildirmədim. Atam və və anam başımı qatdığı üçün Zərnişan aşağı düşdü. Zərnişanın arxasınca qardaşım Kazım da düşdü. Mən də valideynlərimi razı salaraq Zərnişana heç nə etməyəcəyimi dedim. Sonra həyətə düşdüm. Zərnişanın qolundan tutaraq Sakitin idarə etdiyi avtomobilə tərəf apardım.

Şüvəlan qəsəbəsi ərazisində yerləşən ziyarətgahın yaxınlığında, ziyarətgaha çatmamış Sakiti avtomobildən düşürtdüm. Dedim ki, Zərnişanla bir az gəzib, söhbət etdikdən sonra anasının evinə aparacağam, sonra geri qayıdaraq onu da götürəcəm. Sakiti avtomobildən düşürtdüm, avtomobili bir qədər irəlidə torpaqlıq ərazidə saxladım. Zərnişanı da avtomobildən düşürtdüm. Şalvarımın cibindən açılıb-qatlanan, Natiqi öldürən zaman istifadə etdiyim bıçağı çıxardım və Zərnişanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Zərnişan yerə yıxıldıqdan sonra onun boğaz nahiyəsini də bıçaqla kəsdim. Meyiti avtomobildən təxminən 5-7 metr aralıda daşlara yaxın yerə atdım”.

Cinayəti törətdikdən sonra hava limanına gedərək Zərnişanın Moskvada yaşayan qardaşına bacısını xəyanət etdiyinə görə öldürdüyünü demək üçün oraya gedib. Ölkəyə qayıdan zaman isə hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesi zaman Anar Hacıyev ittiham üzrə özünü təqsirli bilib. Sakit Hacıyev isə özünü təqsirli hesab etməyib.  

Zərərçəkmiş şəxsin hüquqi varisləri bildiriblər ki, təqsirləndirilən şəxslərdən şikayətçidilər.

Məhkəmə Anar Hacıyevin qardaşı Sakitin təqsirli olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edib ki, onun ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan müdafiə xarakteri daşıyıb.

Məhkəmə sübutlara qiymət verərrək nəticəyə gəlib ki, Anar və Sakit Hacıyevlər CM-nin 120.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) 120.2.4(xüsusi amansızlıqla qəsdən adam öldürmə) 120.2.7(iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və meyit üzərində təhqir edici hərəkət etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidilər.

Sonda məhkəmənin hökmü ilə Anar Hacıyev 19 il, Sakit Hacıyev isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Salyanın "kiçik padşahı” kimi təqdim olunan, 2011-2016-cı illərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimov özünə yeni futbol komandası yaradıb.

Yol-xeber.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonunda Tahir Kərimova məxsus futbol komandası fəaliyyətə başlayıb. Komandanın nəzdində yeniyetmələrin futbola cəlb olunması üçün futbol məktəbi də açılıb.

Qeyd edək ki, Tahir Kərimov həm də iş adamı kimi tanınır. Azərbaycanın müxtəlif bölgələrində onun özünə və ailə üzvlərinə məxsus bir sıra şirkətlər var.

Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

“Yol-xeber.az” xəbər verir ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirir.

Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

 

 

 
 
 

Sabirabadda kütləvi dava olub.

Report məlumatına görə, hadisə Sabirabad rayonunda qeydə alınıb.

Dava zamanı 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Səfərxan oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona üz və baş nahiyələrinin əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib.

Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib.

Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

Müəyyən edilən faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

 

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.

"Yol-xeber.aza daxil olan məlumatda deyilir:

"İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumatla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edirik.

Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq".

Xatırladaq ki, Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir. 

Ölkə.az xəbər verir ki, Mehriban Süleymanova “Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək, damdan atıldığını bildirib:

“Avqustun 30-u qızım Aytən Niftəliyeva bizdə Sumqayıtda qonaq idi. Ayın 29-u bizə yığıncağa gəldi, oğlumun toyu olmuşdu, gəlinimin qohumları bizdə idi. Ayın 30-u da tək taksi ilə yola saldım. Ailəsində axır vaxtlar münaqişələr olurdu. Ümumiyyətlə, əvvəldən yoldaşı Rəhman Niftəliyev tez-tez dalaşırdı qızımla. Yoldaşım öləndən sonra dava-dalaş daha da böyüdü. Yoldaşım Qarabağ qazisi idi, ötən il koronadan rəhmətə getdi”.

Ananın sözlərinə görə, evə getdikdən sonra qızına zəng edib: “Dedi ki, çatmışam. Sonra Rəhman zəng etdi ki, bezmişəm, gəl apar qızını. Uşaq da ağlayırdı. Mən də fikirləşdim ki, yenə döyüblər qızımı. Sonra qayınatasına yığdım, dedi ki, rayondan çıxmışıq çatanda baxarıq. Qayınanası zəng etdi ki, gəl apar qızını, tərbiyəsizdir. Mən də taksiyə minib Sumqayıta gedirdim ki, yolda zəng gəldi ki, tez gəl. Çatana yaxın zəng gəldi ki, qızın atdı özünü”.

Mehriban Süleymanova deyir ki, qonşular ona qızının sağ olduğunu bildiriblər: “Dedilər ki, DTX hospitalına apardılar, amma uşağın öldüyünü dedilər. Qızım 3 mərtəbəli şəxsi mülkün damından özünü uşağı ilə birgə atdı. Bunlar dedilər ki, qızım  birinci uşağı, sonra da özünü atıb damdan, amma qız oyananda dedi ki, Rəhmanla dalaşanda ayağım sürüşdü, o da mənə kömək etmədi, uşaq əlimdən düşdü, mən də yıxıldım. Həmişə dalaşanda şantaj eliyirdilər ki, uşağı əlinizdən alacağıq, atam əlinizdən alacaq uşağı. Qızım deyir ki, ayağım sürüşəndə Rəhmana dedim ki, kömək elə, o da eləmədi. Uşağı dartanda damdan düşüb. Qızım da yıxılıb. Hazırda qızımın vəziyyəti ağırdır. Daxili qanaxması var. Nə qədər sümükləri sınıb. Qan köçürürlər. Qızımı qayınanası ilə kürəkənim döyüb. Yoldaşım ölənə kimi, hər gün bizi dava-dalaş üstündə evlərinə çağırırdılar. Rəhman hər gün evdədir. Onlayn proqram dərsi keçir. 3 il idi ki, evli idilər. Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılıb. Amma qızım intihar etməyib”.

***

Mehriban Süleymanovanın saytımıza müraciətindən bir neçə saat sonra onun reanimasiyada olan qızı Aytən Niftəliyeva vəfat edib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, hadisə  Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı, 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Nadir qızına çoxsaylı bıçaq zərbələri vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra orada dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Ümin Hüseynov könüllü polisə gələrək təslim olub və hadisəni qısqanclıq zəmnində törətdiyini bildirib. Lakin istinataqın gedişində məlum olub ki, qadını heç bir əsas olmadan xuliqanlıq zəmnində qətlə yetirib.

İş üzrə dindirilən Emin Hüseynov ifadəsində bildirib ki, daim həyat yoldaşı Nürəngiz Hüseynovanı qısqanıb. Hadisədən iki il əvvəl münasibətləri kəskinləşib. 3 aya yaxın müddət olar ki, Nürəngizdən ayrı başqa otaqda yatıb.

Hadisədən təxminən 1 ay əvvəl yoldaşının telefonunu əlindən alıb özündə saxlayıb ki, ona gələn zənglərə baxsın. Həmin gündən qadının telefonuna heç bir zəng gəlməyib. Amma sonradan ona məlum olub ki, qadının gizli işlətdiyi daha bir telefonu var və o, köhnə nömrəsinə zəng edilməməsi üçün hər kəsi xəbərdar edib:

“Ona demişdim ki, telefon işlətmə. Sonra bildim ki, məhdən xəbərsiz gizlin telefon işlədir”.

Emin Hüseynov ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü Nurəngiz xalası qızları ilə birlikdə qonaq otagında oturub. Ora girərək onlara otaqdan çıxmamağı tapşırıb və Təranənin əlindən telefonu alaraq baxış keçirməyə başlayıb. Məqsədi Nürəngizin təzə işlətdiyi telefon nömrəsini tapmaq olub. Bu vaxt qızı gəlinin otağına getmək bəhanəsi ilə otaqdan çıxıb. Ardınca Nurəngizdə həmin otağa yollanıb. Arvadının telefonu gizlədəcəyini düşünən Emin gəlinin otağına daxil olub

“Girdim otağa hamısını çıxartdım bayıra. Nürəngizin qolundan tutub saxladım. Qapını arxadan bağladım. Dedim, telefonundan çox şeylər çıxıb. Oda başladı qışqırmağa ki, belə şeylər yoxdur. Üstümdə də bıçaq var idi, otaqdan götürmüşdüm. Çıxardıb bir neçə zərbə vurdum, yıxıldı yerə”.

Emin daha sonra qeyd edib ki, Nurəngizi bıçaqaldıqdan sonra oğlu İlqar otağın qapısını sındıraraq içəri girib. Özünə gələndən sonra təslim olmaq üçün polisə yollanıb və arvadının birinci telefonunu polis əməkdaşına təqdim edib.

Telefona baxış keçirilən zaman qadının telefonundan istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməyib.

Məhkəmə prosesi zamanı Emin Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Qadını xüsusi amansızlıqla öldürməsi ilə bağlı prokurorluğun gəldiyi nəticəni əsassız sayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cazə təyin edilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Emin Hüseynovun həyat yoldaşını öldürməsinə əsas kimi göstərdiyi qısqanclıq motivi, yəni qadının əlavə mobil elefon işlətməsi və ərinə xəyanət etməsi, iş materialarındakı protokollarla tam təkzib olunub.

Təqsirləndirilən şəxs heç bir səbəb olmadan qadını qəsdən həyatdan məhrum edin.

Sonda məhkəmənin hökmü ilə Emin Hüseynov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər lenti