Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb.

Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobillərin üzərində olan qondarma “respublika”nın qondarma “bayrağ”ını elə yerindəcə süngü ilə qazıyıb.

Bununla bağlı görüntülər sosial şəbəklərdə yayılıb.

Sözügedən görüntüləri təqdim edirik:

Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Oxu.Az-a onun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, M.Quliyevin səhhətində hər hansı yenilik yoxdur:

"Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.

Vəkil onu da əlavə edib ki, M.Quliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixinin sentyabr ayı ərzində təyin edilməsi gözlənilmir. 

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib. 

Yol-xeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Neftçala rayon polis şöbəsi rəisinin müavini, polkovnik-leytenant Heydər Əzizov vəfat edib.

Yol-xeber.az-ın qaynarinfo-ya istinadən verdiyi məlumata görə, rəis müavini 36 yaşında dünyasını dəyişib.

Bir müddətdir səhhətində problem olan Heydər Əzizov yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta “COVID-19” vaksin sertifikatı təqdim edən şəxslərə cinayət işi açılıb.

Bu barədə "Yol-xeber.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara “COVID-19” əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Kürdəmir rayonunda bacısını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə "Yol-xeber.az"a rayon prokurorluğundan məlumat verilib.

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndi ərazisində ümumi çəkisi üç ton 117 kiloqram olan 2150 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Nəsimi rayonu MKTB-nın 14 saylı MİS-in vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Yol-xeber.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 667-yə çatıb.

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

"Yol-xeber.az"ın “Report”a istinadən məlumatına görə, hadisə səhər saatlarında Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “VAZ-2107” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti