Tovuzda evlərdən qızıl oğurlayan şəxslər tutuldu   - FOTO

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Əli Cəfərov saxlanılıb. 

Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda 20-yə yaxın vətəndaşın evindən qızıl-zinət əşyaları oğurladığı məlum olub. Satdığı əşyalardan 18 000 manatdan çox pul əldə edən Ə. Cəfərov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. Ə. Cəfərovun digər analoji cinayət hadisələri törətməsi istisna olunmadığından hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub, oradan 800 manat dəyərində qızıl-zinət əşyası və 400 manat nağd pul oğurlamaqda şübhəli bilinən rayonun Cəlilli kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Məmmədov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar edilib. Belə ki, S. Məmmədov həmkəndlisinin evindən 150 manat dəyərində qızıl-zinət əşyası və 50 manat nağd pul oğurlayıb.

Şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə rayon sakininə məxsus avtomobildən 300 manat nağd pul oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan rayon sakini saxlanılıb. Qeyd edək ki, həmin şəxs cari ilin iyul ayında vətəndaşa məxsus ümumi dəyəri 400 manat olan elektrik avadanlıqlarını oğurlayıb.

Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bakıda polis genişmiqyaslı əməliyyatlar keçirib, 16 narkotacir saxlanıldı  - FOTO - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi, yəni satışı ilə məşğul olan 16 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a məlumat verilib.

Belə ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilib.Onun üzərində şəxsi axtarış zamanı 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan narkotik vasitələrin satışını həyata keçirən şəxsdən aldığını bildirib.

Bundan başqa, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Elxan Zeynalabdinov və oğlu Fərid Zabrat qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan 11 büküm ümümi çəkisi 15 qram olan heroin, 14 büküm psixotrop maddə metamfetamin və 28 ədəd kibrit qutusunda satış üçün nəzərdə tutulan 71 qram marixuana aşkar edilib. Elxan və Fərid Zeynalabdinovlar ifadələrində Sabunçu rayonunun kənd və qəsəbələrində narkotik vasitələlərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər - İlqar Həsənov, Mahir Əliyev, Famil Əzimov, Fazil Qədimov, Kazım Orucov, Zamin Sadıqzadə, Malik Məmmədov, Taryel Səlimov, Rəcəb Bağırov, Elçin Əliyev, Nadir Kərimov, İranə Quliyeva və Ləman Abdullayeva saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdiririlir.Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yol-xeber.az" xəbər verir ki, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmdən əvvəl qeyd edilib ki, Elnur Mövlamov zərərçəkmişlərdən Rəşadət Fərzəliyevə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq olub. Daha sonra dövlət ittihamçısı çıxış edərək, Elnur Mövlamova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Elnur Mövlamov isə Rəşadət Fərzəliyevlə barışdığı halda ona 180.2.4 maddəsi ilə ittiham elan olunmasını düzgün saymayıb. O, yalnız 178.3.2 maddəsi ilə özünü qismən təqsirli bilib. Digər zərərçəkmiş, Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub. Elnur Mövlamov ittiham olunduğu hər iki maddə üzrə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılıb.

Göygöl rayon prokurorluğundan "Yol-xeber.az"a verilən məlumata görə, aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Polislər Bakıda koronavirus xəstəsini avtobusda yaxaladı - VİDEO

Paytaxtın Binəqədi rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb. DİN-in mətbuat xidmətindən Yol-xeber.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərasidə profilaktik tədbir keçirilən zaman bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər.  Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb. Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib. Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.

 

 
Yeni Ələt dəmir yolu stansiyasında vaqonlardan oğurluq edilib  - FOTO - VİDEO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq edilib.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Naməlun şəxslər vaqonların alt hissəsində quraşdırılan hava ötürücü və elektrik xətlərinin keçdiyi boruları kəsərək oğurlayıb.

Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ələt qəsəbəsi sakinləri Asim Süleymanov və onun qohumu İlqar Hüseynov saxlanılıblar.

Onların idarə etdikləri avtomobilə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar və hadisə zamanı istifadə etdikləri kəsici alətlər aşkar olunaraq götürülüb.

Hər iki şəxs ifadəsində Yeni Ələt dəmir yolu stansiyasında parkalanmış vaqonlardan oğurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır.

Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İmişli rayon sakininin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Yol-xeber.az"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini, 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanan dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır.

Yol-xeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Ölkə.az-a verdiyi məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynov saxlanılıb.

Həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və ümumi çəkisi 7 kiloqramdan çox olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tdbirləri zamanı rayon sakini Zahid Tahirov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” “şüşə” adlanan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı istintaq aparılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşı və atası koronavirusdan vəfat edib.

Yol-xeber.az-ın oxu.az-a istinadən məlumatına görə, SHXÇDX-nin Zərdab rayon bölməsinin rəis müavini mayor Vüsal Mirzəyev və atası Cərulla Mirzəyev COVID-19-un qurbanı olub. 

Ata və oğul ötən gün vəfat edib.

Xəbər lenti