|
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bakıda Nəsimi rayonu ərazisində bir neçə qızın iştirakı ilə əlbəyaxa dava baş verib.
Görüntülərdə qızların bir-biri ilə əlbəyaxa davaya çıxması öz əksini tapıb. Baku.ws verdiyi məlumata görə, tərəflər arasında mübahisənin hansı səbədən yarandığı məlum deyil.
Qızların əlbəyaxa davası ətrafdan keçən insanların müdaxiləsi ilə səngiyib.
Xankəndidə partlayış səsləri erməniləri panikaya salıb.
Yol-xeber.az sosial medianın erməni seqmentinə istinadən xəbər verir ki, 4 partlayışdan sonra bunun mina zərərsizləşdirilməsi prosesi olduğu açıqlanıb. Lakin partlayışlar davam edib.
Nəticədə ərazidə yanğın başlayıb.
Xankəndidə müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri partlayışlarla bağlı heç bir məlumat verməyib.
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi Əliağa Əsgərbəyli əmisi tərəfindən bıçaqlanıb.
Yol-xeber.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib.
Belə ki, əmisi Ə.Əsgərbəylini bıçaqladıqdan sonra intihar edib. Əliağa Əsgərbəyli yaralı halda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Əliağa Əsgərbəyli avqust ayının 19-da Siyəzən DYP-nin rəisi vəzifəsindən azad edilib.
Rusiyadan Azərbaycana gələn ailə avtomobil qəzasına düşüb. Ölənlər və yaralananlar var.
Yol-xeber.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Dərbənd şəhəri ərazisində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü - ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.
Sürücünün komada olduğu bildirilir.
Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Ağsu rayonu, Keçdiməz kənd sakini Kamran Əzimzadə həyətlərindəki ot çardaqlarının üzünü qara maska ilə gizlədən şəxslər tərəfindən yandırıldığını iddia edir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən K. Əzimzadə bildirib ki, həyətyanı sahələr bir müddətdir naməlum şəxslər tərəfindən yandırılır: “Avqustun 16-da əmim oğlunun çardağını yandırdılar. Səhəri gün yaxınlığımızda yerləşən yaşayış olmayan evin həyətyanı sahəsini yandırdılar. Daha sonra axşam saat doqquza qalmış bizim evin həyətini yandırdılar. Gördük və tez gedib söndürdük. Üstündən on dəqiqə keçəndən sonra çardağın tinindən od vurdular. Yanğınsöndürən çağırdıq, söndürdülər. Elə həmin gün gecə saat birdə həyətimizin aşağısına da od vurub yandırdılar.
Ayın 19-da axşam saatlarında çardağımıza baxmağa gedəndə qaraltı gördüm. Çağırdım, səs gəlmədi. Yaxınlaşanda gördüm ki, həmin şəxsin üzündə qara maska və onun üzərində də tül var. Üzünü açmaq istəyəndə məni yerə yıxdı, fiziki təzyiq göstərdi və paltarlarımı cırıq-cırıq etdi. Çantasından çıxarıb mənə iynə vurmağa çalışdı, qışqırdım, qaçdı".
Şikayətçinin sözlərinə görə, əvvəlki və budəfəki yanğınların hər ikisi haqda polisə məlumat veriblər: "Srağagün səhərdən axşam on birə kimi bizi polis şöbəsində dindiriblər. Bildirirlər ki, guya mənim psixoloji problemim var".
Atam neçə gündür ki, gecələr yatmır, keşik çəkir. Ailəmizə yanan otlara görə çoxlu ziyan dəyib. Nə üçün qəsdən biz özümüzə ziyan vurmalıyıq? Polisə deyəndə ki, bizi qorumalısınız, deyirlər ki, bizim işimiz sizi qorumaq deyil. Elə polis şöbəsindən çıxıb 100 metr aralanan kimi kənddən zəng gəldi ki, ot tayası yandırıldı. Biz də dərhal şöbəyə qayıdıb məlumat verdik ki, baxın, hadisəni törədən biz deyilik. Qorxu içində yaşayırıq. İstəyirik ki, polis həmin adamları tez zamanda tapıb məsuliyyətə cəlb etsin”.
DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov təsdiqləyib ki, sözügedən hadisə ilə bağlı vətəndaş iki dəfə 102-yə müraciət edib: “Kamran Əzimovun özünün dediyinə görə, qara maskalı şəxs tərəfindən iynə ilə ona xəsarət yetirilməsi ilə bağlı müraciət daxil olub. Bir də onların tövlələri yandırılıb. Hərəsində də 500 ot bağlaması olub. Hələ ki məsələ ilə bağlı konkret bir nəticə yoxdur, kənddə polis əməkdaşları tərəfindən araşdırma gedir. Bu məsələ ilə bağlı digər müraciətlər də daxil olub. Hazırda polis şöbəsində araşdırmalar aparılır. Həmin kənddə polis tərəfindən gücləndirilmiş xidmət aparılır”.
Fotoda: Qara maskalı şəxs tərəfindən fiziki təzyiqə məruz qaldığını deyən Kamran Əzimzadə
Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Bu barədə Yol-xeber.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Yol-xeber.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.
Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.
Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun "Yol-xeber.az"a verdiyi məlumata görə Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.