İranın Culfa-Aslandüz sərhədi boyu keçirdiyi hərbi təlimlərə cəlb olunan SEPAH qüvvələri qəzaya düşüblər.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat və görüntülər yayıb.

İlkin ehtimallara görə hadisə zamanı ölən və yaralananlar var.

Xocavənd rayonun Taqavard kəndinin 35 yaşlı erməni sakini V.A "Volkswagen" markalı avtomobili idarə edərkən 3 azyaşlı  uşağı vurub, daha sonra isə özünü asaraq intihar edib. 

“Yol-xeber.az” “news.am”a istinadən xəbər verir ki, qəza sentyabrın 21-də günorta 14 radələrində baş verib. Belə ki, Qırmızı bazar kəndinə doğru hərəkət edən avtomobildə partlayış baş verib.  Hadisədən özünü itirən sürücü  avtomobili 14 yaşlı yeniyetmələrin üzərinə sürüb. Bu zaman 3 nəfər yaralanır. İdarəetməni itirən sürücü daha sonra qarşısında hərəkətdə olan "Opel Astra" ilə toqquşub. "Volkswagen" sürücüsü hadisə yerindən qaçıb.

Hadisədən bir neçə saat sonra hadisə yerindən qaçan sürücünü Qırmızı Bazar qəsəbəsində ağacdan asılı vəziyyətdə tapıblar. 

"İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsus ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb. Ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq".

"Report" xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub: "Bir faktı da qeyd edək ki, Zəngilan rayonu ərazisində Şərq çinarının azsaylı təbii areallarından biri və ən böyüyü olan Bəsitçay çinar meşəliyi 1974-cü ildə dövlət mühafizəsinə götürülüb və həmin ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Təəssüf ki, qoruğun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib.

Digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən gərgin vəziyyətə salınıb, işğal dövründə göl suyundan təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib. Aparılan tədqiqatların nəticəsi olaraq müəyyənləşdirilib ki, göldə qoruma altında olan qızılxallı balıq populyasiyası demək olar ki, məhv olub.

1982-ci ildə regionda yaşı 120 ildən 2000 ilədək olan 152 ədəd qədim ağaca, 6 xüsusi qiymətli meşə sahəsinə və 6 geoloji-palentoloji obyektə təbiət abidəsi statusu verilərək dövlət mühafizəsinə götürülmüşdür. Bu təbiət abidələri də uzun illər ciddi təsirlərə məruz qalmış, qədim ağaclardan 131-i kəsilmiş və izlərinin itirilməsi məqsədilə kök hissələri belə yandırılmışdır. Bununla yanaşı, xüsusi qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib. Təəssüflə bildirmək istərdik ki, məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq".

Qeyd edək ki, işğaldan əvvəl Azərbaycan ərazilərində 2 000-dən çox ali bitki növünə rast gəlinirdi ki, bu da ölkə florasının 42%-ni təşkil edirdi. Bu növlərdən 72-si nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlər kimi “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na və dünyanın qırmızı siyahılarına salınıb. Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Bunlardan 10-a qədəri yalnız Şərqi Zəngəzur və Qarabağ bölgələrində bitən endemiklər olmaqla, dünyanın heç bir yerində təbii halda rast gəlinmir. Bu bölgələrdə yayılan fauna növlərindən 127-si “Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərdir.

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan "Yol-xeber.az"a daxil olan məlumatda deyilir:

"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşdü

Ağdamda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Xaçınçay ərazisində baş verib.

Hadisə nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

"Yol-xeber.az" xəbər verir ki, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Düztahir kənd sakini Şənlik Ağakərimovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalar zamanı Ş.Ağakərimov həmin narkotik vasitəni Kamran adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə rayon sakini Kamran Hacıbabayev saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı satış məqsədilə saxladığı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bundan başqa, RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik birkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Urva kənd sakini Valerik Əhmədov saxlanılıb.

Həmin şəxsin meşəlik ərazidə aqrotexniki qaydada çətənə (kannabis) bitkilərini əkib-becərdiyi müəyyən edilib.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Xəbər verdiyimiz ki, Xızı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Faiq Əbülhəsənov ötən gün dünyasını dəyişib.

"Yol-xeber.az"ın məlumatına görə, 52 yaşlı rəis müavini qaraciyər transplantasiyası zamanı vəfat edib. 

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin eyvanına yığılan istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarixi torpağımız Zəngəzurda məskunlaşan ermənilər narahatlıq içindədir. Başının üstündəki Azərbaycan əsgərinin qorxusundan onlar yavaş-yavaş kəndləri boşaldırlar.

Mövcud vəziyyətdə hökumətlərini günahlandıran ermənilərin gələcəklə bağlı ümidləri yoxdur.

Qarabağdan gələn Boris adlı erməni vətəndaşı ürək ağrısı ilə danışaraq nə vaxtsa Zəngəzurdan da qovulacağını deyir.

“Vəziyyət elə də yaxşı deyil. Bilmirəm bunu sonu necə olacaq”, – deyə o qeyd edib.

Daha ətraflı süjetdə:

Erməni hərbi ekspert Van Ambarçumyan 2020-ci ilin Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi ilə bağlı Ermənistanın yalanlarını ifşa edib.

"Yol-xeber.az" "qafqazinfo"-ya istinadən xəbər verir ki, hərbi ekspert  "Budrooo news" yutub kanalında Armen Qriqoryan ilə müsahibəsi zamanı bir sıra maraqlı faktların üstünü açıb.

O, 2020-ci ilin iyul ayında baş verən hadisələrdən danışarkən bildirib ki, Ermənistanın Azərbaycanın xüsusi təyinatlılarının "UAZ" markalı maşın ilə bu ölkənin dövlət sərhədini pozmağa cəhd etməsi ilə bağlı iddiasına görə ölkəsinin adına utanc hissi keçirib.

"Azərbaycanın xüsusi təyinatlıları nəyə görə gündüz vaxtı adi "UAZ" ilə hər hansı cəhd etmək istəsin ki? O hadisələrin təşəbbüskarı Ermənistan oldu. Ağlıma yalnızca bir fikir gəlir: hazırkı rəhbərlik göstərməyə çalışdı ki, 2016-cı ildə hektarlarla torpaq itirən əvvəlki rəhbərlərdən fərqli olaraq yalnızca irəli hərəkət edirlər və geri çəkilmirlər. Əslində isə azərbaycanlı hərbçilər sadəcə öz nəzarətləri altında olan ərazilərdə patrul həyata keçirirdilər. Ermənistan tərəfi isə bu "UAZ"ı atəşə tutmağa başladı. Nəticədə isə, o yandı", - deyə ekspert qeyd edib.

Hərbi ekspert, həmçinin vurğulayıb ki, vəziyyəti kəskinləşdirmək münaqişədə açıq-aydın zəif tərəf olan Ermənistanın maraqlarına uyğun deyildi. Lakin Ermənistan tərəfi bu addımı atdı: "O zaman mən bunu bilirdim, lakin deyə bilmirdim, məni başa düşməzdilər".

Van Ambarçumyan bildirib ki, Ermənistan tərəfi həmin dövrdə İsrail istehsalı olan və istənilən hava şəraitinə uyğun taktiki pilotsuz uçuş aparatı "Hermes-900"u vuran dünyada ilk ölkə olduqlarını iddia edəndə də utanc hissi yaşayıb. Ermənistan tərəfi o zaman iddia edirdi ki, sözügedən dronu "OSA-AK" zenit raket kompleksinin köməkliyi ilə vurub:

"İnformasiya müharibəsi aparmaq istəyirsinizsə, bunu etməyi bacarın. Bu məlumat tamamilə yalandır. Pilotsuz uçuş aparatı 9100 metr hündürlükdə uçur. Bu aparat vurulması çətin olsun deyə xüsusi olaraq layihələndirilib. "OSA-AK" zenit raket kompleksinin maksimum zərbə hündürlüyü 5000 metr təşkil edir. Düşünürəm ki, başqa nəsə demək əhəmiyyət kəsb etmir. Onlar özlərini gülünc vəziyyətə salıblar".

Hərbi ekspert, həmçinin ölkə rəhbərliyini Rusiyanın "Su-30SM" təyyarələrini almasına görə kəskin tənqib edib: "Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Bu təyyarəyə 120 milyon dollar xərclənib. Bu dövlətin piarı üçün edilmişdi. Çünki o vaxt Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı".

Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən danışan erməni ekspert Ermənistanın Azərbaycanın Xankəndini və dinc sakinləri bombardman etməsi ilə bağlı bütün iddialarını yalanlayıb. O bildirir ki, Azərbaycan istəsəydi, Xankəndinin əsas meydanındakı "hökumət binaları"nı asanlıqla vura bilərdi: "Onlar nəinki Qarabağda, hətta İrəvandakı hədəfləri vura bilərdilər".

Hərbi ekspert əlavə edib ki, Ermənistan 4 dəfə "İskəndər" taktiki raket komplekslərindən istifadə edib:

"Onlar iki dəfə Şuşaya, iki dəfə Bakı istiqamətində atəş açıblar. Lakin raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib".

Xəbər lenti