![]() |
|
Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 171 hərbi qulluqçusu itkin düşüb.
Oxu.az xəbər verir ki, Ermənistan rəhbərliyinin məlumatına görə isə, həmin ərazidə 73 erməni hərbçi itkin düşüb.
“Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə onlar haqqında hər hansı bir məlumat əldə etmək üçün təcili işlər aparılır”, - deyə məlumatda bildirilir.
Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general-polkovnik Onik Qasparyanın vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün Qarabağa gəldiyi qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi rüşvət aldığı üçün həbs edilib.
Qafqazinfo verdiyi xəbərə görə, Nazirliyin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin rəisi Məmmədov Oruc Nüsrət oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində istintaq davam etdirilir.
O.Məmmədov təxminən 20 gün əvvəl bu əməllərinə görə vəzifəsindən çıxarılıb.
Masallı rayonunda 3 maqnitudada zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Ölkə.Az"a bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Rusiya sülhməramlıları ilə bağlı məlum xəritə narahatlığı bitdi. Azərbaycan Ordusunun nəzarət etdiyi hissəyə uzadılmış “əyri burun” xəritədən silindi. 44 günlük müharibə Azərbaycan cəmiyyətində elə bir həssaslıq yaradıb ki, indi də bir qarış torpaq, bir kənd uğrunda yenidən silaha sarılmağa hazırdır.
Xocavənd rayonunun iki kəndi - Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yolların niyə bu qədər strateji əhəmiyyəti olduğunu qısaca izah etməyə ehtiyac var. Məlumdur ki, Füzulidən Şuşaya yol çəkilişinə başlanıb. Belə görünür ki, yaxın üç ildə Cəbrayıl yoluna çıxmaqla Laçın koridoruna keçib Şuşaya getmək mümkün olmayacaq.(Halbuki koridoru həftənin üç günü azərbaycanlıların istifadəsinə vermək müzakirə ediləcək mövzu ola bilər). Bu səbəbdən çəkilişinə başlanan Şuşa yolu, onun keçəcəyi marşrutun təhlükəsizliyi həyati əhəmiyyət kəsb edir. Xəritədə həmin “əyri burunun” reallaşması ermənilərin (həm də silahlılarının) o ətrafda qalması, olduqca təhlükəli proseslərin başlanğıcı, eləcə də sülhməramlıların Şuşa yolunu nəzarətə götürməsi demək olardı. Bunu Azərbaycan hakimiyyətinin tez bir zamanda Moskva ilə diplomatik yollarla həll etməsi təfərrüata varmadan, Bakının aktivinə yazılmalıdır.
“Rusiya məsələsi” həmişə həssas mövzu olub, indi isə sözün həqiqi mənasında Azərbaycanın döyünən ürəyində rusiyalı əlisilahlı əsgərlər var. Bu səbəbdən Rusiya sülhməramlı qoşunlarının hər bir addımı ciddi həssaslıqla izlənəcək və bu ən azı yaxın 5 ildə belə davam edəcək.
Sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradovun erməni hərbi əsirləri gətirərkən quldurbaşı Araik Arutyunyanla bir-birlərinə sarılması da narazılıq yaradıb. Biz ya bilərəkdən, ya da səmimi olaraq belə düşünürük ki, general Muradov bizim hərbçilərlə sıcaq görüşə, şəkil çəkdirə, süfrəmizə ürəklə otura bilər, amma erməniləri görəndə onlardan ya yan qaçmalı, ya da üz-gözünü turşutmalıdır. Bəlkə də məsələn, onu qucaqlayan Araikin arxasına bir hərbçi dürtməyi vurmalıdır. Yəni biz Rüstəm Muradovun Putinin təyin etdiyi Rusiya ordusunun generalı, peşəkar hərbçi olduğunu sanki unuduruq. Deyirik ki, haqlı olduğumuz, bizim torpaqda, hətta müsəlman(tabasaran) olduğu üçün də yalnız bizim generallarla görüşməli, bizim hərbçilərin süfrələrinə dəvətini qəbul etməli, bəlkə də sağlığımıza tost deməlidir. Sovet vaxtı hərbi xidmətdə olan azərbaycanlıların “komandirin qızı ilə sevgi məcaraları” haqda danışdıqları hekayələr dövrü lap çoxdan keçib axı... Nə Rusiya ordusu SSRİ ordusuna, nə rus həmin rusa bənzəyir. İndi Rusiya dünyanın supergücləri ilə kəllələşən, ordusunu hər an müharibəyə hazır vəziyyətə gətirməyə qadir olan ciddi gücə söykənən ölkədir.
Araik terrorçudur, Azərbaycan xalqının qanını töküb. Amma Rusiya sülhməramlılarına onu Xankəndində divara dirəyib güllələmək əmri verilməyib. Verilsəydi, Araik və onun ətrafı indi “o dünyada” etdikləri cinayətlərə görə tonqalda yanardı. Amma demirəm ki, onlara Araik(və ya digər erməni cinayətkarları) öpmək kimi göstəriş də var. Əlbəttə ki, belə göstəriş də yoxdur. Rusiya sülhməramlıları hansısa tərəfi tutarsa, bu missiya alınmayacaq, daima gərginliklər olacaq. Bu isə daha çox Qarabağa və regiona qalıcı sülhün gəlməsində hələ də maraqlı olmayan Ermənistanın istəyinə uyğundur. Bu səbəbdən bizi Rusiya sülhməramlıları ilə üz-üzə gətirməyə hələ çox çalışacaqlar.
Rusiya sülhməramlılarının missiyasından kənara çıxdığı haqda çoxlu xəbərlər var. Ermənilərə ev tikməkdə kömək edirlər, həkimləri xəstələrinin yanına iynə vururlar, psixoloq qrupları Ermənistandan qayıtmış qaçqınlara “qorxma-qorxma” deyib dəstək verirlər. Bu gün isə Laçında konsert də veriblər. Ermənilər də rusların gözünə girmək, özlərini şirin göstərmək üçün ənənəvi yaltaqlıq xislətlərinə qaz veriblər. Küçədə xidmət edən əsgərlərə şirniyyat, isti yemək gətirirlər. Bir foto isə diqqətimi xüsusi çəkdi. Erməni məktəbli rusiyalı sülhməramlının ona verdiyi silahı elə onun özünə tuşlamışdı. Erməni millətinin əslində kimliyini göstərən simvolik şəkildir...
Bizim o narahatlığımız da var ki, birdən ermənilər rusları orada “bişirib” öz tərəflərinə çəkərlər, silahlanarlar, hətta ermənilər üçün “yeni ərazilər geri alarlar” və sair...Narahatlıq anlaşılandır, nə qədər ki, sülhməramlılar o həssas bölgədədirlər, narahatlığımız keçməyəcək də, qoy keçməsin də. Həmişə diqqət edək, baş verən prosesləri təhlil edək.
Təəssüf ki, bəzi siyasi korazehinzlərin, erməni dəyirmanına hələ də su daşıyanların insanlarımızda əsassız narahatlıq yaratmaq cəhdləri var. Azərbaycan Prezidentinin rəhbərliyi altında Ordumuz elə bir misilsiz uğur qazanıb ki, buna “sülhməramlılar gəldi, qələbəmiz yarımçıq qaldı”, “Rusiya Qarabağda hərbi baza yaradacaq” kimi iddialarla kölgə salmaq mümkün deyil. Prezident Əliyev həm də elə bir uğurlu siyasi kombinasiyalar, strategiya hazırlayıb ki, bunu heç bir kənar qüvvə poza bilməyəcək. Amma belə narahatlıqların, gərginliklərin, hətta təxribatların gələcəkdə də olması mümkündür.
Biz bir məsələni də unutmamalıyıq ki, Rusiyanın siyasi elitası-yəni ümumi götürsək, Kreml ilə ölkənin güc strukturları- generaliteti arasında müəyyən məsələrdə fikir ayrlığı, ziddiyyətlər olur. Rusiyanın Müdafiə Nazirliyinə Prezident Putinə çox yaxın bir şəxsin, hətta onun varisi olacağı deyilən Sergey Şoyqunun rəhbərlik etməsi hələ o demək deyil ki, bu strukturda baş verənlərə bütün detallarınadək nəzarət etmək mümkündür. 150 milyonluq Rusiyanın Müdafiə Nazirliyi nəhəng bir stukturdur. Baş Qərargah rəisi istisna olmaqla, Şoyqunun 11 müavini (biri də qadındır) var. Maraqlananlar internet seqmentindən baxa bilər: Qarabağdakı sülhməramlı missiyasının tərkibindəki texnikadan tutmuş, kommunikasiya, maliyyə, psixoloji yardım, həkim-sanitar mərkəzləri ən azı dörd nazir müavini tərəfindən kurasiya olunur. Yəni xəritədə edilən təxribatı dərhal Rusiya Prezidentinin və ya ordu rəhbərinin vicdanına yazmaq, hətta “gördünüz, biz deyirdik axı Rusiya...” kimi uzaqgedən nəticələr çıxarmaq mövzuya peşəkar yanaşma deyildi. Bəli, Rusiya ordusu bizim içərimizdədir, amma bunun Moskvanın regionda qələbəsi olub-olmadığını, maraqlarının müdafiəsinə necə xidmət edəcəyini hələ zaman göstərəcək. Unutmayaq ki, Rusiya cəmiyyəti Suriya bataqlığına görə hələ də Kremli ittiham edir. Rusiyanın əsgər anları da övladlarının başqa ölkələrdə ölmələrinə, terrorçuların hədəfinə çevrilməsini arzulamır.
Bəli, Qarabağ Suriya deyil, amma ruslarla nəfəs-nəfəsə dayanan ermənilərin heç də hamısı onları səmimi olaraq qucaqlamaq istəmir. Əksinə, onları arxadan vurmaq üçün fürsət də gözləyirlər...
Nazim Sabiroğlu
Musavat.com
Dünən evdən çıxan 49 nəfər COVID-19 xəstəsi aşkar olunaraq geri qaytarılıb.
Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji istehsalı idarəsinin rəis müavini Əli Yusifov vəfat edib.
"Ölkə.Az" xəbər verir ki, o, koronavurusdan dünyasını dəyişib.
Ə.Yusifov həm də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran birgə komissiyasının üzvü olub.
Allah rəhmət eləsin!
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, 100-ə qədər erməni silahlısı Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, belə tədbirlərdən biri kimi “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilənlərlə əlaqədar, Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülüb.
Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Şəmkir rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. RPŞ əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar.
Mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib. 5 nəfər barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Şəmkir rayon Məhkəməsinin qərarı ilə restoranda inzibatçı işləyən Orxan Rzayev 10 sutka inzibati həbs edilib, təşkilatçılar- Yusif Əhmədov, Sünbül Məmmədova Nazilə Məmmədova, Cəmilə Ələkbərova və Nəcibə Aslanova isə 200 manat həddində inzibati cərimə edilib.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məlumat yayıb.
Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.