Evdə toy etmək istədilər, polis müdaxilə etdi
Xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Dəmirçilər kəndində kənd sakini İlqar İsmayılovun özünə məxsus fərdi yaşayış evində toy məclisi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı İ. İsmayılov və daha 2 nəfər barəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

 

 

[center][img]https://qafqazinfo.az/uploads/1608532636/toy.jpg[/img][/center]
Çayxanaya gedən şəxslər polis şöbəsinə gətirildi

Şabran polisi rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıb. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

 

 
Bu gecə 2 maşın yandı

Sumqayıt şəhərində “LADA” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Bakı şəhəri, Xətai rayonunda isə “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş prokurorluqdan "Ölkə.Az"a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranmışdır.

17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Ermənistan əldə olunmuş razılığa əsasən, bu gün saat 17:00-da Qafan rayonunda nəzarət altında saxladığı 13 yüksəkliyi Azərbaycana geri qaytarmalıdır.

Modern.az xəbər verir ki, Rusiya slühəmramlılarının vasitəçi olduğu razılaşma Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası çərçivəsində həyata keçirilir.

Amma qərarın icrasından yayınmaq üçün cəhdlər də qeydə alınıb. Belə ki, Gorus rayonunun Şurnuxu kəndinin icma sədri Akop Arşakyan kəndin yaxınlığındakı Azərbaycan ərazilərini tərk etməməyə çağırış edib.

O, kəndin Azərbaycanın Qubadlı rayonuna düşən hissəsini əldə saxlamaq üçün Ermənistan vətəndaşlarından könüllü döyüşmək üçün Şurnuxa gəlməsinə çağırış edib. Arşakyan razılaşmanın icra olunacağı təqdirdə Şurnuxu kəndinin bir hissəsi ilə yanaşı, Gorus-Qafan yolunun bəzi hissələrinin də Azərbaycanın ərazisinə düşəcəyini əlavə edib.

Ermənistanda daha 861 nəfərdə koronavirus aşkarlanıb.

“Ölkə.Az” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 152 392 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 15 nəfər artaraq 2 596-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 648-ə yüksəlib. İndiyədək 131 213 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 796 aktiv koronavirus xəstəsi var.

Bu gün Mingəçevirdə zəlzələ baş verib.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3 olub.

Yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.

Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.

Xəzər dənizinin şimalında buzun qalınlığı həmişəkindən 30 faiz çoxalıb.

Oxu.az xəbər verir ki, bu barədə Rusiyan Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “RİA Novosti”yə danışıb.

Onun sözlərinə görə, Rusiyanın Avropa hissəsinin cənubunda şaxtalar qeydə alındığına görə donma baş verib.

“Əvvəlcə Taqanroq Körfəzində Azov dənizində suyun donması başlayıb.

Xəzər dənizinin şimalı da donub. Və dənizin səthindəki buz örtüyü hazırda həmişəkindən təxminən 30 faiz çoxdur.

Söhbət buzun qalınlığı və sahəsinin əhatə etdiyi yerdən gedir”, - Vilfand bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti tərəfindən narkotik vasitələrin insanın həyat və sağlamlığına vurduğu bərpası mümkün olmayan yaralardan bəhs edən yeni sosial çarx hazırlanılıb.

"Ölkə.Az" xəbər verir ki, video materialda narkotik vasitələrdən istifadə edən şəxslərin təkcə özlərinə ziyan vermədiyi, həmçinin gələcək nəsillər üçün də böyük təhlükə mənbəyi olduğu öz əksini tapıb.

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.

Həmin şəxslərdən altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər altı nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.

Xəbər lenti