![]() |
|
10-13 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 müraciət daxil olub.
ANAMA-dan bildirilib ki, daxil olmuş 17 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 40 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 11 ədəd partlamamış hərbi sursat (PHS), 84 ədəd tank əleyhinə mina, 68 ədəd piyada əleyhinə mina və 50 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 137 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
“Vestnik Kavkaza” nəşrinin məlumatına görə, bu sözləri erməni idmançı-peşəkar döyüşçü Eduard Vartanyan deyib.
Eduard Vartanyan xüsusilə cəbhənin Cəbrayıl istiqamətində erməni əsgərlərin, zabitlərin, hətta generalların döyüş meydanından qaçmasından bəhs edib.
O, qeyd edib ki, Qarabağa göndərilən humanitar yardımın yalnız 20 faizi çatıb, qalanı isə talan edilib.
Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Ölkə.Az” xəbər verir ki, istintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.
***
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov Səbail Rayon Məhkəməsinə gətirilib.
"Ölkə.Az" “Report”a istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb.
İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. (report)
Sosial şəbəkələrdə yeni video görüntü yayılıb.
İşğaldan azad olunan Laçın şəhərində xidmət aparan Azərbaycan əsgərləri erməni əsgərləri ilə rastlaşıb. Meşənin ortasından keçən yolda qarşılaşan əsgərlər özlərini itiriblər. Bu zaman erməni hərbçiləri qorxaraq meşəyə girib.
Həmin anları təqdim edirik:
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 7-də 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ölkə.Az-a verilən məlumata görə, onlardan 13 nəfəri evlərinə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Həmin şəxslərdən 13-ü barəsində müvafiq polis rayon idarə şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Zərərçəkən xanımın müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs təqib edilərək “isti” izlərlə yaxalanıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) təhvil verilən şübhəli şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu məlum olub.
Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkar edilərək götürülüb. Niyazi Fərəməzovun 5-ci PB-də ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Binəqədi rayonunda hündürmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub.
Niyazi Fərəməzov barəsində 5-ci PB-də toplanan materialları Binəqədi RPİ İstintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, birinci müavini Mənsur Məmmədov, Ərazi özünü idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyevin saxlanıldığı deyilir. Bakupost
19 saylı Şəhər Poliklinikasının baş həkimi dünyasını dəyişib.
Faktı “Report”a təsdiqləyən poliklinikanın əməkdaşı bildirib ki, Əzizağa Şıxəliyev 63 yaşında dünyasını dəyişib.
Poliklinikadan bildirilib ki, koronavirusa yoluxan mərhum bülleten götürərək evində müalicə alırmış. O, ötən həftənin şənbə günü vəfat edib.
Qeyd edək ki, Ş.Əzizağa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Xəbəri ilk olaraq unikal.org saytı yayıb.