|
Balakəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Zahir oğlu Əfəndiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yeniyetmə Z.Əfəndiyev hadisə yerində keçinib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“KaMAZ” markalı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Yaralıların olduğu da bildirilir.
Pakistanda ABŞ səfirliyinə məxsus avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 26-da paytaxt İslamabadda baş verib. Bu barədə “Dawn” nəşri məlumat verib.
Nəşrinin məlumatına görə, ABŞ səfirliyinə məxsus “Toyota Land Cruiser”, svetoforun qırmızı işığından keçərək hərəkətə də olan minik avtomobilinə çırpılıb.
Nəticədə biri qadın olmaqla 2 nəfər ölüb, daha 4-ü isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar. Qəzaya səbəb olan sürücü isə polis tərəfindən saxlanılaraq Marqalla Polis Bölməsinə aparılıb.
Qeyd edək ki, bundan əvvəl də ABŞ diplomatı Colonel Joseph Emanuel də avtomobili ilə eyni qayda pozuntusuna görə bir motosikletlinin həyatına son qoymuşdu. Toxunulmazlığı səbəbindən sərbəst buraxılmışdır.
Bakıda toy karvanında təhlükəli manevrlər edən avtomobil kameraya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, paytaxtın Heydər Əliyev prospektində hərəkətdə olan toy karvanına daxil olan "Niva" markalı avtomobilin sürücüsü qəfil sağ-sol manevrlər edib. Həmçinin avtoxuliqanlıq edərək maşını yolun ortasında 360 dərəcə döndərib.
Ümid edirik ki, Dövlət Yol Polisi bu sürücünü aşkar edərək barəsində müvafiq tədbir görəcək.
Fövqəladə Hallar Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xırdalanda iki azyaşlını vuran sürücü barəsində həbs qətimkan tədbiri seçilib.
Yol-xeber.az APA-ya istinadla xəbər verir ki, yanvarın 23-də Xırdalan şəhəri ərazisində səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı avtomobillə vurub onlara bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Cəmil Bəylərov məhkəmə qarşısına çıxarılıb. Abşeron rayon Məhkəməsinin qərarı ilə C.Bəylərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məlum hadisə yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb. Cəmil Bəylərovun idarə etdiyi Mercedes-Benz markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, zərərçəkənlər orta məktəb şagirdləri olub.
Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-nın xəbərinə görə, qəza Bakı-Salyan magistralında qeydə alınıb. Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib. Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüseynlinin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı M.Hüseynli xəsarət alıb. Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.
BakuBus”un sərnişini avtobusa hücum edib. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində naməlum sərnişin “BakuBus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb. Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.
Araşdırma aparılır.
İsmayıllı-Muğanlı yolunun Bilzan kəndindən keçən hissəsində avtobusla minik avtomobilinin iştirakı ilə baş verən qəzanın yeni videoları yayılıb. Avtosfer.az xəbər verir ki, həmin yolda hər istiqamət üçün bir zolaq təşkil olunduğu üçün yolun təhlükəli sahələrinə ötməni və manveri qadağan etmək üçün 1.1 xətti çəkilib. Lakin intizamsız sürücülər həmin xəttin tələbini pozaraq əks istiqamətə çıxırlar. Bu cür sürücülər həmin ərazidə xidmət aparan yol polislərinin işini qınayaraq avtomobilləri lazımsız olaraq saxladıqlarını bildirirdilər. Lakin baş verən qəza bir daha sübut edir ki, polis həmin ərazidə qayda pozan sürücülərə cərimə yazmağa görə yox, sırf təhlükəsizliyi təmin etmək üçün dayandırıb məsuliyyətə cəlb edirlər.
İstismar müddətini başa vurmuş, texniki cəhətdən nasaz olan avtomobillə qayda pozan zaman təhlükə iki dəfə artmış olur. Çünki bu tip avtomobillərlə qəzadan yayınmaq da olmur. Qəza nəticəsində isə ölüm insanın bir addımlığında olur. Müasir avtomobillərdən fərqli olaraq "Vaz" markalı avtomobilin təhlükəsizlik elementləri aşağı səviyyədə olduğu üçün qəza nəticəsində sağ qalmaq bir çox hallarda qeyri-mümkün olur.
Sürücülərə bir daha tövsiyə edirik ki, ötmənin qadağan olunmuş sahələrində, sərt döngələrdə, yoxuşların sonunda, görünməyən sahələrdə və məhdud görünmə şəraitində qanunun tələblərinə ciddi şəkildə riayət edərək qaydaları pozmasınlar.