Bərdədə gənc təzə paltarlarını geyinib intihar etdi
Bərdədə 20 yaşı gənc intihar edib.

Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Kənd sakini Rəşad Məmmədov yaşadığı evin həyətində özünü asıb.

Anası işdən qayıdan zaman oğlunun təzə pencək və ağ köynəyini geyinərək, intihar etdiyini aşkarlayıb.

Azərbaycanda avtomobili dərədən belə aşırdılar
Sosial şəbəkədə BMW markalı avtomobilin dərədən aşırılmasının görüntüləri yayılıb.

Oxu.az xəbər verir ki, hadisənin dəqiq harada baş verdiyi məlum deyil. 

Videoda BMW-nin digər eyni markalı avtomobili qəsdən vuraraq, dərədən aşırması görünür. 

Videonu çəkən şəxs isə sürücüyə bunu etməklə bağlı göstəriş verib. 

Həmin görüntüləri təqdim edirik:


 Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Unikal.org-a açıqlamasında bildirib ki, 3000 kvadratmetr ərazi yanıb.
Azərbaycanda daha 70 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197 545 test aparılıb.

DTX daha bir rayonda əməliyyat keçirdi?
Dövlət Təhlükəsizliyi Xidmətinin Sabirabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında Sabirabad İH İnformasiya təminatı və təhlil sektorunun müdiri Aftandil Həsənov deyib. O bildirib ki, İcra Hakimiyyətinin hər hansı işçisi saxlanılmayıb.

Qeyd edək ki, mətbuatda Sabirabad rayon İcra Hakimiyyətində DTX-nin əməliyyat keçirməsi, əməliyyat zamanı başçının müavini Həsən Həsənovun və bir sıra şəxslərin saxlanılması barədə məlumat yayılmışdı. axar.az

Bakıda yol polisinə tabe olmayan sürücü həbs olundu - VİDEO
10 gün müddətində inzibati qaydada həbs edilib

Mayın 9-da, səhər saatlarında paytaxtın Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindən başlayaraq mərkəzi küçələrində 10 NR 230 dövlət nömrə nişanlı, "VAZ" markalı avtomobilin sürücüsü kobud qayda pozuntularını edir. Yol-xeber.az xəbər verir ki, sürücünün bu hərəkətləri yol polisinin diqqətindən yayınmır.

Yol polisinin saxla əmrinə tabe olmayan sürücü 1988-ci il təvəllüdlü Nicat Qayıbov bir müddət sonra saxlanılır.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Rövşən Qayıbov polisin qanuni tələbinə tabe olmadığı üçün 10 gün müddətində inzibati qaydada həbs edilib.

 

 

Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. 

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili işləmiş Azər Qasımovun məhkəmə prosesinə hakim Faiq Qasımov sədrlik edəcək. O, dələduzluq və rüşvət verməyə təhrik etmək maddələri məhkum olunub.

Qeyd edək ki, Azər Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərlə barışığın əldə edilməsi, himayəsində azyaşlı övladlarının olması məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdə göstərilib ki, Azər Qasımov Fatimə İsmayılovanın həbsdə olan oğlu Vüqarın işini həll etməyi, onu azadlığa çıxarmağı vəd edib. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul alıb.

Məhkəmə prosesində məlum olub ki, Fatimə İsmayılovanın oğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilib. Ana oğlunun şərləndiyini və onun günahsız olduğunu deyib. Bildirib ki, oğlunu azadlığa çıxarmaq üçün Azərin dedikləri ilə razılaşıb. Hətta Azər Fatimə İsmayılovanı inandırıb ki, oğlunu şərləyənləri ifşa edəcək. Belə ki, Azər müştərisi Fatimə İsmayılovaya oğlu Vüqarın işindəki zərərçəkmiş qızın yalan danışdığını ekspertizada xüsusi cihaz vasitəsi ilə sübut etməyi də vəd verib. İsmayılova deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüblər. Bundan sonra Azər Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər. Məhkəmədə ifadə verən Fatimə İsmayılova deyib ki, Azər Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib: “Azər müəllim qaynımın qonşusudur. Deyirdi ki, lazım olan yerlərdə tanışları var, bizə kömək edəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım. Azər birinci dəfə Vüqar təzə həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyi dedi. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğu bildirdi. Mən onda 600 manat verdim. Sonra Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul aldı. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verdim. Sonra dedi ki, artıq istintaqı Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10 min manat vermək lazımdır. Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə getməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdı. O qədər düzəldə bilmədik, 3800 manat verdik”.

Suallara cavab verən F.İsmayılova deyib ki, bu məbləğləri banklardan götürülən kreditlərlə, qohumlarının qızıllarını girov qoymaqla lombarddan götürülən pullar hesabına düzəlib. Fatimə İsmayılovanın dediyindən məlum olub ki, Azər Qasımov onları aldatmaq, yalanlara inandırmaq üçün müxtəlif üsullardan istifadə edib. Belə ki, Azər müxtəlif dövlət orqanlarının, ekspertiza idarələrinin binalarına gedərkən özü ilə İsmayılovları da aparıb. Orada onları gözlədərək həmin idarələrə daxil olub və inandırmağa çalışıb ki, vəzifəli şəxslərlə əlaqələri var.

Qeyd edək ki, A.Qasımov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham edilir. Azər həbs edilən zaman polis kapitanı olsa da, onun əməlləri barədə DİN rəhbərliyinə məlumat verilib və o, Daxili İşlər Orqanlarından azad edilib.    /Yeni Sabah/

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi vaş verib. 

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Gənc oğlan Neftçilər metrosu yaxınlığında yerləşən körpüyə çıxaraq özünü oradan atmaq istəyib.

Telefonla danışan gənci polis xilas edə bilib. Qəfil yaxınlaşan polis əməkdaşı gənci dəmir arakəsmənin üzərindən götürərək kənara çəkib.

Həmin görüntüləri təqdim edirik:

/Yeniavaz.com/

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu polis şöbəsinə gətiriblər.  /Publika.az/

İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü
İsmayıllı rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

 Baku.Tv xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Qatilin dayısı Alim Tapdıqov Baku.Tv-yə bildirib ki, Bakıda olduğu üçün hadisədən gec xəbər tutub: 

“Evə gələndə gördüm ki, ahılların əli, ayağı bağlanıb, sifətləri tanınmaz hala salınıb. İstifadə etdiyi alət isə armatur olub. Evdən pulları, qızılları götürüb gedib. Çıxarkən isə nənəsini boğaraq öldürüb, hətta ağzındakı qızıl dişini də götürüb. Öldürməmişdən əvvəl isə onlarla söhbət edib”. 

Qeyd edək ki, qatil evdə 15 min manata yaxın pul olduğunu bilirmiş.

Hadisəni törətdikdən sonra, V.Qədirov qardaşının evinə gedib və onu öldürmək istəyib. Qardaşının qaçdığını görəndə isə onun evini yandırıb.

Daha ətraflı süjeti təqdim edirik:

Xəbər lenti