Tovuzda səhər saatlarında inzibatı binada yanğın baş verib.

FHN-dən Axar.az-a verilən məlumata görə, rayonunun Abulbəyli kəndində ümumi sahəsi 450 m2 olan birmərtəbəli 10 otaqdan ibarət inzibati binanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və 2 otağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

Məlumata görə, binanın qalan hissəsi və bitişik evlər yanğından mühahizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qadınları aldadan saxta zərgər tutuldu

Sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq sonradan onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bakı şəhər sakini olan qadın avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20.000 manat dəyərində qızıl əşyalarını aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, özünü Nadir kimi təqdim edən Arif Bayramov sosial şəbəkədə qızıl-zinət əşyaları satan qadınla əlaqə saxlayaraq paytaxt ərazisində bir neçə qızıl satışı dükanının olduğunu bildirib və onda olan qızılları almaq istədiyini bildirib. Qadın Gəncədə olduğunu deyərək qızılların əmisi vasitəsilə göndərəcəyinə razılaşıblar. 
Avqustun 26-da həmin şəxs paytaxt ərazisində qadının əmisi ilə görüşüb, onun avtomobilində qızıl əşyalarına baxaraq bəyənib və onların qaşlarını yoxlatdırmaq məqsədilə dükanda göstərmək istədiyini bildirib. Bunun üçün qadının əmisi ilə avtomobildən düşən saxtakar zərgər qızılları da götürərək aradan çıxıb.

İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.

Soyğunçuluq etməkdə şübhəli bilinən A.Bayramovun başqa cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

 

Sumqayıtda 34 yaşlı qadın özünü damdan atdı

Sumqayıtda intihar hadisəsi baş verib. 

hadisə 6-cı mikrorayon ərazisində baş verib.
 
Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.
 
İntiharın səbəbi hələlik məlum deyil.

 

Tovuzda yeznəsini benzin töküb yandıran kişi saxlanıldı

 

Tovuzda yeznəsini benzin töküb yandıran şəxs saxlanılıb.

 bu barədə Trend-ə Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəcəsində hadisəni törədən Ələkbərov Vüqar İman oğlu saxlanılaraq Tovuz rayon Prokurorluğuna təhvil verilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə oktyabrın 4-də gecə saat 1 radələrində rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, Ələkbərov Vüqar İman oğlu bacısının əri, 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurub.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən hadisə E.Ələkbərovun ailəli olduğu halda başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib. Gecə saat 1 radələrində V.Ələkbərov E.Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu bildirib. Nəticədə qayın və yeznə arasında münaqişə başlayıb.

Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

Pambıq yandı

Sabirabad rayonunun Qalağayın kəndində yanğın baş verib.

 ümumi sahəsi 180 m² olan talvarın altına yığılmış 1,2 ton pambığın 20 kq, yaxınlıqdakı "QAZel" markalı yük avtomobilinin ban hissəsi və banına yığılmış 800 kq pambığın 30 kq yanıb. 

 

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin və pambığın qalan hissəsi yanğından mühafizə olunub. 

 

300 min manat pul alıb, qaytarmır...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin məhkəməsi keçirilib. 

 hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər dindirilib. 

Asif Cavadov deyib ki, 2011-ci ildə Lerik rayonunda su kanallarının çəkilməsi ilə bağlı Türkiyədən gətirilən plastik borularla yüklü 40 ədəd "TIR" tipli maşınlar gömrükdən buraxılmayıb: "İxtiyar məni və Türkiyə şirkətinin rəhbərini Əziz müəllimin ofisinə apardı. O, bizim yanımızda 300 min pulu Əziz müəllimə verdi. Mən şəxsən bu söhbətin içində olmuşam. Əziz Əbdüləziz "TIR"ların ölkəyə keçirilməsinə söz verdi. Həmin pul da Türkiyə şirkətinin rəhbərinin idi. Sonra Əziz müəllim işi həll edə bilmədi, İxtiyar da şirkət rəhbərinin pulunu geri qaytardı".

 

Ə. Əbdüləziz deyib ki, zərərçəkmiş İxtiyar Hüseynov ona şər atır: "Mənim İxtiyarla heç bir danışığım olmayıb. Asif Cavadovu da tanımıram, ilk dəfə istintaqda görmüşəm".

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. 

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.  

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Muğam Teatrının keçmiş direktoru, tanınmış rejissor Arif Qazıyev in də adı şahid qismində keçir.

Meyiti asılmış vəziyyətdə tapılan məmurla bağlı

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin itkin düşən əməkdaşı Ramis Azaqovun meyiti meşədə ağacdan  asılı vəziyyətdə tapılıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Ramis Azaqov sonuncu dəfə Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.

Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Onun meyiti tanınmaz halda tapılıb. 

 

Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Ramis isə pulu geri alacağını bildirib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən  bildirilib ki, Azaqov Ramis Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib: “İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”.

 

Rusiya Baş prokurorunun müavini vertolyot qəzasında ölüb
 

Rusiya Baş prokurorunun müavini Saak Karapetyan vertolyot qəzasında ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfax” mənbəsinə istinadən məlumat yayıb. Qəza zamanı helikopterdə olan daha bir neçə şəxs dünyasını dəyişib. 

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır. 

 

Qeyd edək ki, qəza ötən gün axşam saatlarına baş verib. Karapetyanın ölümü ilə bağlı rəsmi açıqlama verilməyib. 

 

Yeznənin üstünə benzin töküb yandırdı

Tovuzda dəhşətli hadisə baş verib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.

 

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.

Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

 

Oğurluq maşını 350 manata satıblar

 

Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil  qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.

Araşdırma aparılır.

Xəbər lenti