|
Azərbaycandan İrana qanunsuz yolla gəlməyə çalışan Banqladeş vətəndaşları saxlanılıb.
oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıb.
R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir ne¬çə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İslam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.
Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qazax rayonunda balıq tutan 29 yaşlı gənc ölüb.
hadisə oktyabrın 29-da rayonun Abbasbəyli kəndində baş verib.
1989-cu il təvəllüdlü Abdullayev Elmar Fərman oğlu kəndin ərazisində yerləşən göldə balıq tutarkən onu elektrik cərəyanı vurub. E.Abdullayev hadisə yerində vəfat edib.
Qazax rayon prokurorluğunda araşdırılma aparılır.
Oktyabrın 28-də paytaxtın Nizami rayonu ərazisində qəbiristanlıqda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini C.İsmayılovu döyərək pulunu və 2 ədəd mobil telefonunu alıblar.
quldurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Sənan Səlimov və Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nicat Abdullayev saxlanılıb. Onların oktyabrın 27-də soyğunçuluq yolu ilə Bərdə rayon sakini olan bir yeniyetmənin pulunu və mobil telefonunu aldıqları da müəyyən edilib.
Nizami RPİ-də araşdırma aparılır.
Bakıda gənc oğlan küçədə bıçaqlanıb.
Hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.
Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan narkotik istifadəsində ittiham edilib.
Bu barədə “Politik.am” saytı məlumat yayıb. Nəşr iddia edib ki, Avinyan dostları ilə birgə iş vaxtı hökumət binasında marixuanadan istifadə edib.
Məsələ ilə bağlı baş nazir müavini saytı məhkəməyə verməyə hazırlaşır. Bu barədə Avinyan feysbuk hesabında yazıb. O bildirib ki, bu kimi situasiyalarda nəinki ictimai təkzib, eyni zamanda jurnalistka fakültəsinin tələbələrinin təhsil haqlarının ödənilməsinə yönəldiləcək kompensasiya da tələb ediləcək.
Sumqayıtda gənc qadın anası ilə əlbir olaraq körpəsini öldürüb.
şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb.