![]() |
|
Ağcabədi rayonunda xoşagəlməz hadisə yaşanıb. Yoldan keçən iki qadın təmizlik işçisi olan kişini döyməyə başlayıblar. Ətrafda olan təmizlik işçiləri onları ayırmağa çalışıblar. Bu zaman ərazidə olan oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb. Bildirilir ki, döyülən kişi Ağcabədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisidir.
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçədə kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, baş verən hadisə Ağcabədi Rayon Polis Şöbəsində qeydiyyata alınıb: “Məsələ barədə RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır”.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub.
Yol-xeber.az Oxu.az-ın istinadən məlumatına görə, bunu dünən jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.
Şöbə rəisi 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol-nəqliyyat hadisəsinin qeydə alındığını, yol qəzalarında 738 nəfərin öldüyünü, 1535 nəfərin isə xəsarət aldığını söyləyib. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.
Diqqət etsək görərik ki, yol qəzalarının az qala yarısı piyadaların vurulması ilə baş verir. Əksərən sürücülər baş verən piyada vurulmalarında qarşı tərəfi ittiham edirlər və onlara bu yöndə haqq da vermək olar. Amma bəzən piyadalarda günah olmadığını da vurğulamaq lazımdır. Yol hərəkətində piyadaların hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumların öz işlərini lazımınca yerinə yetirməməsi, qəzalara şərait yaradır.
Aşağıda təqdim etdiyimiz görüntülər “Gənclik” metrosunun qarşısından keçərək Tibb Universitetinə qədər gedən Nəsib bəy Yusifbəyli küçəsindəndir. Yol kənarına əkilən şam ağaclarının baxımsızlığı piyadaları çətin duruma salır. Ağacların qol-budaqlarına qulluq edilmədiyi üçün demək olar bütün səki bağlanıb. Hər gün yüzlərlə tələbə səkinin keçilməz hissəsinə görə maşın yoluna çıxmaq məcburiyyətində qalır. Burada baş verəcək hər hansı bir qəzada isə günahkar yenə piyada olacaq.
Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan 20-CB-185 dövlət qeydiyyat nişanlı “QAZ-31” markalı minik maşını 20-EF-357 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza zamanı “Qaz 31”-də olan yaşlı qadın həyacandan huşunu itirib. Hadisə yerinə Təcilli Tibbi Yardım birqadası və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza aeroport şossesində qeydə alınıb.
Bir neçə minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri - 1963-cü il təvəllüdlü Bayramzadə Rafiq Əyyub oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası, qarının küt travması diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin olan həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hər ikisi sıxılmış vəziyyətdə maşında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq vaxtı, Aeroport yolunda, şəhər istiqamətində, "Olimpiya stadionu"nun yaxınlığında baş verib. Üzərində soyuducu yüklənmiş "VAZ 2102" markalı avtomobil yolun ortasında dayanır. Görünür hansısa nasazlıq baş verir. Bu zaman sürücü təhlükəsizlik qaydalarına əməl etmir. Arxadan gələn digər maşın isə onu görmür və yüksək sürətlə avtomobilə çırpılır.
Hadisə nəticəsində ağır qəza baş verir. "VAZ 2102"ni digər avtomobilin sürüsünün görə bilməməsinə əsas səbəb isə arxa stop işıqlarının yanmaması olub.
Dəfələrlə qeyd edirik ki, avtomobildə nasazlıq yarandığını hiss edən kimi yolun hərəkət hissəsindən kənara çəkmək lazımdır. Bu mümkün olmadıqda isə təcili olaraq təhlükəsizlik qaydalarına əməl etmək zəruridir. Əks halda bu cür ağır qəzadan xilas olmaq mümkünsüz olur.
Videonu təqdim edirik:
Bu ilin 11 ayı ərzində respublika ərazisində 1681 yol nəqliyyat hadisəsi baş verib.
Bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib.
O bildirib ki, qəzalar nəticəsində 738 nəfər ölüb, 1535 nəfər isə xəsarət alıb: "Bu qəzalardan 42.7 faizi piyadaların vurulması ilə bağlı olub ki, həmin qəzalarda 298 piyada olub".
Dünən Bakı-Şamaxı yolunda piyada vurma hadisəsi baş verib. Avtosfer.az-a verilən məlumata görə yol nəqliyyat hadisəsi Müşviq qəsəbəsində Niva markalı avtomobilin iştirakı ilə baş verib. Yerüstü piyada keçidindən istifadə etməyən 17 yaşlı qız yolu müəyyən olunmayan hissədən keçən zaman avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində piyadanın ayağı sınaraq xəsarət alıb.
Bir daha piyadalara tövsiyə edirik ki, yolu keçərkən piyada keçidindən istifadə etsinlər. Tələsərək qadağan olunmuş yerdən keçməyiniz doğmalarınızı gözü yaşlı qoya bilər.
“Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb”
Bu barədə Bakı şəhər baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib.
Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.
Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib. Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protolok tərtib olunaraq sərbəst buraxılıb.