|
Bakı Ağır Cinayətlər Məhkəməsində "Rabitə işi” ilə bağlı daha bir yüksək vəzifəli şəxsin, mənimsəmədə təqsirləndirilən Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin məhkəməsi keçirilib.
Hakimi Fikrət Qəribovun icraatında olan prosesdə Qəbələ Telekommunikasiya Qovşağının sahə rəisi Namiq Eyyubov deyib ki, Qəbələ şəhərində kabel çəkilməsinə rəhbərlik edib: "Mal-materialı qovşaqdan qaimə şəklində götürürdük. Qovşağa pul daxil olmasından xəbərim olmayıb. Katirovka komissiyasında da iştirak etməmişəm, sadəcə qol çəkmişəm".
Prosesdə iştirak edən digər şahidlər də eyni məzmunlu ifadələr verib.
Məhkəmə oktyabrın 17-də davam etdiriləcək.
İttihama görə, Ş.Tağıyev vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 168 min manat mənimsəyib. O, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.
Ş. Tağıyev dəyən ziyanı nazirliyə ödədiyini deyib. Onun Qəbələ rayonunda yerləşən 2 mərtəbəli, 300 min manatlıq villasının üzərinə həbs qoyulub.
Gömrük əməkdaşları xeyli miqdarda xaricu valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.
Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Mazımçay” gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyənnamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinasında radio-moqnitafon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əskinazlar-16085 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qəbələ rayonunda ərəb turistlərin qaldığı ev yanıb.
hadisə bu gün səhərə yaxın baş verib. Ərəblərin kirayə tutduğu ev qəfildən yanıb.
Yanğın zamanı evdə 4 nəfər olub, onlardan üçü qaçaraq çölə çıxıb, yatmış vəziyyətdə olan bir nəfər isə yanaraq ölüb. Onun şəxsiyyəti müəyyənləşməsə də, xarici ölkə vətəndaşı olduğu bildirilir.
Araşdırma davam etdirilir.
***
Məlumata görə, evdəkilər bir ailənin üzvləri olublar.
Səhiyyə Naziriyindən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb, 1nəfər vəfat edib: “Ölən şəxs 1995-ci il təvəllüdlü qadındır, yaralılardan biri evə buraxılıb, qalanlarının vəziyyəti orta ağırdır. 1 kişi, 3 qadın və 1 azyaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ehtiyac olarsa, onlar Bakıya köçürüləcək”.
Murad Əhməd
Evin yanğından əvvəlki fotosu
07.10.2018-ci il tarixində, saat 11:21-də, FHN-in “112” Zəng mərkəzindən,Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi-Məhərrəmli kəndi ərazisindən keçən hissəsində,suyun üzərində 1 nəfər qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.
Rusiya iqtisadiyyatı neftin qiyməti və sanksiyalardan daha az asılı olmağa başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Maliyyə naziri Anton Siluanov deyib.
“Biz tətbiq edilən məhdudiyyətlərə cavab verməyi öyrəndik. Öz iqtisadiyyatımızı, sənayemizi, kənd təsərrüfatımızı inkişaf etdirməyi öyrəndik”, - deyə nazir bildirib.
Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.
Report-un məlumatına görə, hadisə ötən gün baş verib.
Daxil olmuş şikayət əsasında saxlanılaraq polis şöbəsinə aparılan rayon sakini Cavid Qafarov polis avtomobilindən özünü atıb. Nəticədə xəsarət alan C.Qafarov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, Balakən rayon sakini olan bir qadın (etik normalara görə şikayətçi qadının və onun yaşadığı kəndin adı açıqlanmır) rayon Polis Şöbəsinə müraciət edərək gecə saat 03 radələrində qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib: “Qadın hay-küy saldıqda evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb. Vətəndaşın ərizəsi dərhal Rayon Polis Şöbəsində qeydiyyata alınıb və ərazi üzrə sahə müvəkkilinə məsələnin araşdırılması ilə bağlı tapşırıq verilib. Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o evdə olmadığı və mobil telefonunu söndürüldüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib. Bu məqsədlə də onu polisin avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyi ilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir”.
E. Zahidov həmçinin qeyd edib ki, baş vermis hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda sexdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki qızıl əşyalarının təmiri sexlərinin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.