Balakəndə ağır yol qəzası olub.

Yol-xeber.az xəbər verir ki, hadisə Talalar kəndi ərazisində baş verib. Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun idarə etdiyi “VAZ-2107” toqquşub. Nəticədə “VAZ”dakı 4 sərnişin xəsarət alıb.

Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 40 yaşlı N. Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.

Hadisə 2020-ci ilin noyabrında baş verib.

Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova (ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı özüylə götürüb.

Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və çirkin əməlinə zorla nail olub.

Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşayiəti ilə zorlanıb.

Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından sonra açılıb.

Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov isə 13 il azadlıqdan məhrum edilib. Hər üç şəxs əməllərinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Hacıqabul, Ucar və Kürdəmirdə fərdi təsərrüfatlardan silsilə oğurluq edən dəstə ifşa olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul rayonunun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4 000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllə törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

Xəbər verildiyi kimi, Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzası baş verib.
 
Rayonun Xarxatan kəndində yaşayan 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi "Mersedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb.
 
Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
 
Qeyd edək ki, vəfat edən şəxs Lənkəranda məşhur "Nat petrol” yanacaqdoldurma məntəqəsinin sahibi olub və iş adamı kimi tanınıb.
 
Vəfat edən biznesmenin fotosunu təqdim edirik.//publika.az
 

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 15:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində - Şəhər şossesində “VAZ 2107” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 55 yaşlı qadın hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:

Xankəndi şəhərində odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd tüfəng, 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadisəsinin baş verməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olur.

 
Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu çıxır. Araşdırmalar zamanı məlum olur ki, həmin ünvandakı 28 saylı binanın 5-ci mərtəbəsində yaşayan, 1997-ci il təvəllüdlü Aytən Abbasova qızları - 2019-cu il təvəllüdlü Sofiya və 2020-ci il təvəllüdlü Sara ilə birgə özünü pəncərədən atıb. Nəticədə Sara Abbasova hadisə yerində dünyasını dəyişib. Qadın və digər qızı Sofiya isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Amma bir müddət sonra ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Aytən Abbasova iyulun 18-də ad gününü qeyd edən qayınanası Elmirə Abbasova mübahisə edərək, qarşılıqlı dava zamanı bir-birilərinə zərbələr endiriblər. Bundan sonra, Elmirə Abbasova Rusiyanın Yamalo-Nenets vilayətinin Noyabrsk şəhərində yaşayan oğlu Suslan Abbasova zəng edib, mübahisə etmələri barədə ona məlumat verib. Buna əsəbiləşən Suslan Abbasov arvadına zəng edərək tezliklə Bakıya qayıdacağını və onu cəzalandıracağını bildirib. Ərindən və qayınanasından qisas almağı düşünən Aytən Abbasova, özünü uşaqları ilə birlikdə yaşadığı mənzildən yerə atmaqla, övladlarını öldürmək qərarına gəlib. Saat 23:10-da yatmış vəziyyətdə olan uşaqlarını götürərək, onlarla birlikdə yataq otağının pəncərəsindən aşağı tullanıb. Nəticədə Sara Abbasovanı xüsusi amansızlıqla qəsdən öldürüb, digər qızı Sofiya Abbasovanı isə qəsdən öldürməyə cəhd edib.

İş üzrə dindirilmiş Aytən Abbasova bildirib ki, ailə quranadək Astara rayonunda valideynləri, bacısı və qardaşı ilə birlikdə yaşayıb. Qohumu Suslan Abbasovla aralarında sevgi münasibətləri yaranıb və 2017-ci ilin oktyabr ayında onlar evləniblər.

Amma nigahları qayınanası Elmirə Abbasovanın ürəyincə olmayıb, evləndikdən sonra bir müddət rayonda yaşayıblar. Mütəmadi maddi məsələlərə görə mübahisələri olub. Astarada yaşayarkən Suslan dövlət işindən çıxaraq, ticarətə qoşulub. Sonra əri və qayınanası ilə birlikdə qayını Kamranın yanına, Rusiyayanın Noyabrsk şəhərinə köçüblər. Suslan orada kiçik meyvə-tərəvəz dükanı işlədib, qazandığı pullarla əsasən borclarını ödəyib. Daim maddi sıxıntıları olub, bu və müxtəlif məişət problemləri səbəbindən Aytənin qayınanası Elmirə ilə mübahisələri yaranıb.

Aytənlə Suslanın 2019-cu ildə Sofiya, bir ildən sonra isə Sara adlı uşaqları dünyaya gəlib. Aytən Bakıda yaşadığı dövrdə saç ustalığını öyrənib, işləyib ailə büdcəsinə kömək etmək qərarına gəlib, yoldaşı da bunu dəstəkləyib. Qayınanası onun gözəllik salonunda işləməsini istəməsə də, o işi öyrənib, müxtəlif kurslara gedib və sonunda “28 May” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən salonların birində saç ustası köməkçisi kimi işə başlayıb. 2022-ci ilin əvvəllərində Yeni Yasamalda kirayə ev tutublar. Eyni zaman uşaqlara baxmaq və salonda işləmək mümkün olmayıb. İş saatı səhər 9-dan 19-a qədər olub. Buna görə Suslan məsləhət görüb ki, uşaqlara anası baxsın. Buna görə qayınanası Rusiyadan Bakıya qayıdıb. Ara-sıra qayınanası ilə məişət məsələləri ilə bağlı mübahisələri yaranıb, dava vaxtı bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

Aytən iyulun 18-də işdən icazə alıb. Qayınanasının gözü əməliyyat olunmalı olduğu üçün ona xəstəxanaya gedib müayinə olunmağı təklif edib, eyni zamanda qızı Sara yıxılıb əzildiyi üçün onu da xəstəxanaya aparmalı olub. Qayınanası Masallı rayonunda əməliyyat olunmaq istədiyini söyləyəndə, o işdən qala bilmədiyini, Bakıda tanış həkimin yanına getməsini, rayona gedib-gəlsə eyni xərc çıxacağını deyib. Növbəti mübahisədən sonra Elmirə Rusiyada olan oğluna ondan şikayət edib.

Əri zəng edib, nə baş verdiyini soruşanda, o qayınanasının rayonda əməliyyat olunduğu təqdirdə, işdən bir həftəlik qala bilməyəcəyini deyib, həm də uşaqlara kimin baxacağından gileylənib. Sonra Saranı həkimə aparıb. Günorta saat 15 radələrində evə qayıdıb. Mənzilə daxil olanda Elmirənin Rusiyada olan qızı Təranə ilə onun barəsində danışdıqlarını eşidib.

Qonaq otağına keçərək qayınanası və telefondan səsini eşidən qızı ilə mübahisə etməyə başlayıb. Qarşılıqlı olaraq bir-birlərini söyüblər. Qaynanası ilə mübahisə zamanı əlbəyaxa çəkişmələri də olub. Elmirə eyvana çıxaraq qonşuları köməyə çağırıb. “Gəlinim məni öldürür, mənə kömək edin” deyə qışqırıb. Bundan sonra yaşayış kompleksinin mühafizəçisi qapılarını döyərək, nə baş verdiyini soruşub, o isə problem olmadığını deyərək qapını örtüb.

 

Aytən əri ilə “WhatsApp” tətbiqində yazışarkən, Suslan Bakıya gələcəyini, hər şeyin bitdiyini, boşanacağını və uşaqlarını onun əlindən alacaqlarını bildirib. Suslanın, onu öldürəcəyi barədə hədəsini real qəbul etməyib. Saat 23 radələrində uşaqları yataq otağına aparıb, yatızdırıb, bundan sonra qapını adəti üzrə içəridən kilidləyib. Daha sonra Aytən özünü öldürmək məqsədi ilə sakitləşdirici dərman həbləri qəbul edib. Sonra məlum hadisə baş verib. Aytən özünə gələndə isə Kliniki Tibbi Mərkəzdə olub.

Aytən Abbasova əlavə edib ki, aprelin 27-də “İnşaatçılar” metrostansiyasına düşərək, qızları ilə özünü qatarın altına atıb, intihar etmək istəyib. Lakin sonra fikrindən daşınıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Suslan Abbasov ifadəsində, 2016-cı ilin sentyabr ayında qohumu Aytən Abbasova ilə evləndiyini bildirib. Rusiyada yaşadıqları ilk aylarda anası ilə Aytənin arasında bir dəfə güclü mübahisə baş verdiyini deyib:

“2019-cu ilin may ayında Bakıya qayıtdım, Yasamal rayonunda kirayə ev tutdum. 2022-ci il iyulun 18-də anamın 60 illik yubileyi günü onların arasında yenə də mübahisə düşdü. Mübahisəyə anamın göz problemi ilə bağlı Masallı rayonunda həkimə getmək istəməsi səbəb olub. Anam zəng edib, bu barədə mənə məlumat verdi. Sonra bildim ki, buna görə onların arasında ciddi mübahisə düşüb və hətta dava ediblər. Həmin gün Aytən mənə yazdı ki, təcili pul göndərməsəm anamı evdən qovacaq. Baş verənləri görüb, Aytənin qardaşı Rəsula xəbər verdim və ona sabah Bakıya qayıdacağımı dedim. Qaynım isə mənə səbirli olmağı, özünün rayondan şəhərə gedəcəyini və məsələni həll edəcəyini dedi. Sonra da yoldaşıma “WhatsApp” tətbiqi ilə mesaj yazdım. Ona hər şeyin yekunlaşdığını və birlikdə yaşamaq mümkün olmadığını bildirdim. Aytən isə ağrı yaşadacağını və hər şeyimi itirəcəyimi yazdı. Bundan təxminən 10 dəqiqə sonra Aytənin uşaqlarla birlikdə özünü yataq otağının pəncərəsindən aşağı atmasını öyrəndim”.

Suslan dəhşətli xəbəri eşidib, yaşadığı şəhərdən Surquta, sonra Moskvaya, oradan isə Bakıya gəlib.

Şahid Elmirə Abbasova ifadələsində göstərib ki, gəlini Aytən Abbasova ilə amansız rəftar etməyib, şəxsiyyətini və ləyaqətini alçaltmayıb. Hər evdə olduğu kimi onların evində də kiçik söz-söhbətlər olub. Gəlini ilə dəfələrlə mübahisələri yaranıb, hətta bir dəfə Aytən onu evdən qovub. Gəlini işə başlayandan sonra, uşaqlara o baxıb. O qeyd edib ki, hadisə baş verən gün Aytən yataq otağına girərək qapını kilidləyib. Otağının qapısını döysə də, açan olmayıb. Bir qədər sonra aşağıdan səs gələndə, digər otaqdan həyətə baxıb, Aytəni və qızları yerdə uzanılı vəziyyətdə görüb.

Kompleks stasionar, təkrar məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Aytən Abbasova ittiham olunan əməli törədən zaman «isterik tipli şəxsiyyət pozuntusu»ndan əziyyət çəkib. Bu psixi patologiyadan əziyyət çəkən şəxslərə diqqət yetirmədikdə onların tez bir zamanda əhval-ruhiyyələri dəyişir. Gərginlik yaranarsa özlərinə qarşı diqqət və qayğı tələb edirlər, özünə və ətrafdakılara xəsarət də yetirə bilərlər. İyulun 18-də özünü və övladlarını mənzildən atarkən emosional halından asılı olaraq hərəkətlərini dərk etmək iqtidarında olmayıb. Buna görə də, Aytən Abbasova törətdiyi cinayət əməli üzrə anlaqsız hesab olunmalıdır.

Məhkəmə iclasında Aytən Abbasova törətdiyi əməli qismən etiraf edərək göstərib ki, iyulun 18-də səhər həyat yoldaşı ilə dalaşıb və sonra uşaqlarını həkimə aparıb. Övladları ilə birgə özünü pəncərədən atması yadında deyil. Onun iki qızı hazırda sağdır. İstintaqda nə danışdığını xatırlamır.

Məhkəmə hesab edib ki, Aytən Abbasova Cinayət Məcəlləsinin 120.2.4-sü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,120.2.4, 29,120.2.7-ci və 29,120.2.9-cu (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən Aytən Abbasova cinayət məsuliyyətindən və cəzadan azad edilib. Barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməklə o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bakıda restoranda başlayan yanğın yolda sıxlığa səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.

***
Bakıda restoranda yanğın başlayıb. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə, Badamdar qəsəbəsi ərazisində yerləşən "Shaurma N1" restoranının dam örtüyündə qeydə alınıb.
Məlumata görə, hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib. 

Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti