Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Nazim Əyyub oğlu Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusla 1973-cü il təvəllüdlü Elxan Qulu oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı 521 saylı marşrut mikroavtobusu toqquşub.

Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Elmina Məhəmməd qızı Məmmədova, 1973-cü il təvəllüdlü Vəfa Qardaşxan qızı Adıyeva, 2007-ci il təvəllüdlü Sevda Zaur qızı Məmmədli və 1998-ci il təvəllüdlü Türkan Atakişi qızı Atakişiyeva xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

Sumqayıtın Corat qəsəbəsindəki “Yeddi qapı” piri el arasında çıldaq kimi tanınır. Çıldaq qədim zamanlardan qorxunu götürmək məqsədilə müalicə üsulu kimi istifadə olunub.

Sakinlər deyirlər ki, bura müalicə üçün gələn insanlar şəfa tapıblar.

İlahiyyatçı Gülağa İsmayılov isə bildirir ki, dində bu kimi metoda rast gəlinmir:

“Din adı ilə insanları bu işlərə cəlb etmək yolverilməzdir”.

Ətraflı Baku TV-nin süjetində:

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə,

Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb, оnların 20-i Azərbaycan, 6-ı Pakistan, 7-i İran, 3-ü Hindistan, 2-i Əlcəzair, 1-i Tacikistan, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 22 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 834 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 357 min 830 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, gözyaşardıcı qaz balonu, ov tüfənginə məxsus patronlar, spirtli içkilər, müxtəlif adda dərman preparatları, tütün məmulatları və külli miqdarda priotexniki vasitələr saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan vəfat edib.

O, ötən il dekabrın sonunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpgilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.

Həkim-infeksionistin müayinəsindən sonra xəstəyə qızılca diaqnozu qoyulub və ambulator müalicəyə yazılıb. Lakin dekabrın 30-da xəstədə kəskin ağırlaşma baş verib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. O, təcili qaydada intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, Sevil İbayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Arzu Cəfərli Baku TV-yə bu barədə açıqlama verib:

Azərbaycanın tarixi şəxsiyyətlərinin qəbirləri erməni vandalizminə məruz qalıb.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər.

AzTV-nin Ağdamdan hazırladığı süjeti təqdim edirik:

Ağdaşda narkokuryerdən külli miqdarda narkotik vasitə və “Kalaşnikov” avtomatı götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

 

 

 

Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların gücü 3,3 maqnitudada olub. Zəlzələ olcağı yerin 11 kilometr dəriniyində yerləşib.

 Xezerxeber.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir və belə kiçik təkanların olması normal haldır. Bu cür hiss edilməyəcək zəlzələlər tez-tez olur. 

Bu arada qonşu Gürcüstanda da 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tbilisidən 260 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri Amblouri şəhəri yaxınlığındakı Biji kəndi ərazisində 13 kilometr dərinlikdə olub. Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib. Bölgənin qubernatoru Papuna Marqvelidze bildirib ki, zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.

 

Ətraflı süjetdə:

yalan-melumat-verib-dovlet-qurumlarini-herekete-kecirdi

Dünən axşam saatlarında Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə yalan məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, polisə, FHN-ə və təcili tibbi yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə məlumat verib. Qəza səbəbindən xəsarət alan şəxslərin olduğunu bildirərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Lakin ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş verməməsi, daxil olan məlumatın həqiqəti əks etdirməməsi məlum olub.

Dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

mustentiqle-goruseceyini-olmasa-ozunu-oldureceyini-dedi

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda vəkil Zaur Məmmədov özünü yandıraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü “whatsApp” vasitəsilə danışıblar: “Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi”.

Aşur Bədəlsoy bildirib ki, işin yiyəsinin də onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini deyib: “Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat etdiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...”

Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Fransada baş verib.

Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır.

Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub.

Qeyd edək ki, N.Axundova İnstitutun "Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisidir.

Xəbər lenti