Qondarma rejimin liderinlərindən biri olmuş Araik Aratunyanı ifşa edən daha bir görüntüsü ortaya çıxıb.

Videoda quldurbaşının Azərbaycanı hədələdiyi əks olunub.

O, Qarabağla bağlı çağırışlara məhəl qoymayaraq özündən razı sima ilə “hər şey əvvəldən bəllidir, 1994-cü ildəki kimi məğlub olacaqsınız” sözlərini deyib.

“Bizimlə güc dili ilə danışmağa cəhd etməyin. Bu, Azərbaycanın məhvi ilə sonlanacaq” – deyə Arutyunyan deyib. 

Xatırladaq ki, bundan öncə yayılan videoda Araik çıxışı zamanı Gəncənin raketlə vurulması əmrini şəxsən verdiyini demişdi.

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.

ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.

Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.

Araik Arutyunyan saxlanılıb - Bakıya gətirilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

"Hazırda o Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Separatçıların keçmiş lideri Arayik Arutyunyanın əmisi oğlu Artur Arutyunyanın bu gün Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldığı iddia edilir.

Bu barədə erməni mənbələri yazır.

Xatırladaq ki, Xankəndidəki qondarma rejimin sonuncu lideri Samvel Şahramanyan onu özünə qondarma “dövlət naziri” təyin etmişdi.

Qeyd edək ki, keçmiş separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan hələ də Xankəndindədirlər. Onların taleyi ilə bağlı danışıqlar davam edir.

Bu barədə yazan TASS öz mənbəsinə istinadən bildirib ki, onların Ermənistana köçməsi ilə bağlı məlumatlar təkzib edilib. Onlar Xankəndində gizlənməkdə davam edirlər.

Bundan öncə separatçı liderlərin Qarabağdan çıxa bildiyi deyilirdi.

Daha sonra erməni media nümayəndəsi də yayılan xəbərlərin doğru olmadığını söylədi.

Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib.

Onların adları Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əlavə olunub.

Siyahı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Laçın sərhəd-keçid məntəqəsində daha bir separatçının saxlanıldığı bildirilir.

Qarabağdakı qondarma rejimin “dövlət təhlükəsizlik xidməti”nin direktoru Ararat Melkumyanın tutulduğu iddia edilir.

Bu barədə erməni mənbələri məlumat yayıb. Bildirilib ki, o, Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Xankəndidə un, yağ, makaron və s. ərzaqlarla dolu olan anbarın görüntüsü yayılıb.

Bu barədə erməni jurnalist Bella Lalayan paylaşım edib. O,  ləğv edilmiş separatçı xunta rejimin rəhbərlərini Qarabağ ermənilərinə qarşı sui-istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurla başa çatan lokal antiterror əməliyyatlardan əvvəl xunta rejimi Azərbaycanın guya Qarabağdakı erməniləri blokada şəraitində saxladığını deyərək humanitar problemlər yaşandığını iddia edirdilər.

Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda baş tutan görüş zamanı nümayəndələrin Azərbaycan mərkəzi hökumətindən ilk istəyi ərzaq və yanacaq yardımı ilə bağlı olmuşdu.

"Koronavirus yeni "pirola" ştammının təhlükəsi onun immun müdafiədən yayına bilməsidir. Buna baxmayaraq, yeni ştamın xüsusi patogen xüsusiyyətlərə malik olduğuna dair hələ heç bir sübut yoxdur".

"Bu barədə "Arquments and Facts"a virusoloq Albert Rizvanov məlumat verib.

"Pirola" ştammı niyə təhlükəlidir?

Rizvanov deyib ki, "pirola" omikron ştammının bir növüdür, lakin digər omikron variantlarından fərqli olaraq onun genomunda 30 mutasiya var.

Virusoloq sözlərinə görə, çoxlu sayda mutasiya, ştammı peyvənd və ya əvvəlki xəstəliyə cavab olaraq inkişaf etdirilən toxunulmazlığa daha davamlı edə bilər .

"Xəstəlik çox güman ki, omikronun digər variantları ilə eyni şəkildə nisbətən yüngül formada baş verir", - virusoloq bildirib.

Rizvanov əlavə edib ki, narahatedici məqam odur ki, yeni ştamm demək olar ki, bütün qitələrdə qeydə alınır.

Onun sözlərinə görə, bu, "pirola"nın kifayət qədər canlı olduğunu və artıq bütün dünyaya yayıldığını göstərir.(Publika.az)

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİAzərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik:

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət nisbətən sakitdir.

APA xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan brifinqdə bildirib.

Sarkisyanın sözlərinə görə, Qarabağdakı rejim ləğv ediləndən sonra oradakı silahlı dəstələrdə xidmət etmiş şəxslər Ermənistan silahlı qüvvələrinin sıralarında xidmətini davam etdirə bilərlər.

Xəbər lenti