![]() |
|
Axar.az AzEdu.az-ın xüsusi istedadlı uşaqlar barədə yazını təqdim edir:
Məktəbəqədər yaş dövründə bütün uşaqların müəyyən ehtiyacları olması təbiidir. Xüsusi istedadlı uşaqların isə yaşıdlarından fərqli ehtiyacları da olur. Belə uşaqların yaşıdları ilə ortaq maraqları olsa da, onlardan fərqli olaraq mövzuya daha diqqətli yanaşır və çox informasiya almağa çalışırlar.
Xüsusi istedadlı uşaqlar fərqli xüsusiyyətlərə malik olurlar:
- Körpəlik dövründə qeyri-adi hərəkətlilik;
- Uzun müddət diqqətlilik;
- Valideyinlərini və yaxın adamları tez tanımaq və onlara gülümsəmək;
- Səs və ağrıya reaksiya;
- Yerimə və danışma kimi bacarıqlarda sürətli inkişaf;
- Güclü yaddaş;
- Sürətli öyrənmə bacarığı;
- Erkən və sürətli dil inkişafı;
- Kitablara qarşı xüsusi maraq;
- Yumor bacarığı;
- Düzgün mühakimə və problemləri həll etmə bacarığı;
- Xəyalında canlandırma;
- Diqqətlilik və mehribanlıq;
- Tez-tez sual vermək;
- Yaşıdları ilə oyun oynayarkən həmişə lider olmaq.
Xüsusi istedadlı uşaqların yaradıcılıq sahəsində göstərdiyi xüsusiyyətlər:
Verilən suala ya da qarşılaşdığı problemə özünəməxsus, ağıllı və qeyri-adi çoxsaylı həll yolları tapmaq;
Düşündüklərini ifadə edərkən bəzən qarşı tərəfin fikirlərini qeyri-adi formada müdafiə edirlər. Eyni zamanda rahat şəkildə riskə girirlər, macəra yaşamağa maraqlı olurlar;
Çox kəskin yumor anlayışları var, hadisələrin içindəki icnə mənaları tez görürlər;
Gözəlliyə maraqlıdırlar,
Bu gün İTV-də “Dağıntılar altında” adlı yeni serial başlayır.
Kult.az xəbər verir ki, serialda Azər Aydəmir, Səmimi Fərhad, Xəyalə Cavad, Eldəniz Rəsulov, Nəsibə Eldarova və digər aktyorlar rol alır.
Ekran işində miras üstündə ailələr arasında baş verən mübahisə və keçmişdən qalan düşmənçiliklərin yenidən ortaya çıxması əks olunub. Serialın ssenari müəllifi İkram Əliyev, quruluşçu rejissoru Tural Baxış, quruluşçu operatoru Şahmar Səfəroğlu, bəstəkarı Qara Dərviş, montaj rejissoru Fərəc Süleymanov, quruluşçu rəssamı Qoşqar Fətəliyevdir.
Qeyd edək ki, serial həftənin bazar ertəsindən cümə axşamınadək, hər gün 21:45-də İctimai TV-də yayımlanacaq.