“Ford” şirkəti “Takata” hava təhlükəsizlik yastıqlarının dəyişdirilməsi məqsədilə bütün dünyada 953 min avtomobilini geri çağıracağını bəyan edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, “Takata” hava təhlükəsizlik yastıqlarının qəza olmayan normal şəraitdə partlaması və üzərindəki metal hissələri bütün salona yayması ehtimalı var. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnə bilər. Əsas problem sürücünün yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. “Takata” hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya səbəb ola bilər.

Geri çağırılan modellərə “Ford Edge” və “Lincoln MKX” (2010), “Ford Ranger” (2010-2011), “Ford Fusion” və “Lincoln MKZ” (2010-2012), “Mercurу Milan” (2010-2011) və “Ford Mustang” (2010-2014) daxildir. Şirkət bu avtomobilləri fevralın 18-dən başlayaraq geri çağıracaq. Onların 782 mini ABŞ ərazisindədir. Tədqiqatlara görə, müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək 23 nəfərin ölümünə səbəb olub. Bununla yanaşı, “Ford”un təmsilçiləri qeyd ediblər ki, hazırda geri çağırılan avtomobillərlə bağlı onlara bədbəxt hadisə haqqında heç bir məlumat daxil olmayıb. Lakin potensial qəzaların qarşısını almaq üçün şirkət bu hissələri dəyişəcək.

İsveçin Ençöpinq şəhərinin xəstəxanasında təcili yardım şöbəsi müvəqqəti olaraq bağlanıb.

Trend-in məlumatına görə, buna xəstələrdən birinin Ebola virusuna yoluxma şübhəsi səbəb olub.

Qeyd olunur ki, həmin xəstə digərlərindən tam təcrid olunub. Ondan bütün analizlər alınıb.

Həmin xəstəni müayinə etmiş personal yoxlamadan keçirilib.

Analizin cavablarının yaxın zamanlarda açıqlanacağı deyilir.

ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. “Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Life.ru” məlumat yayıb.

“Anti-reytinqdə” birinci yerdə Quql (“Google”) şirkətinin istehsal etdiyi "Piksel 3XL" (“Pixel 3 XL”) smartfonu gəlir.

Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).

İkinci yerdə "Quql Piksel 3" (“Google Pixel 3”) (1,34 Vt/kq), üçüncü yerdə isə "Van Plus" (“OnePlus”) qaceti gəlir.

Ardıcıl olaraq siyahıda “LG V40”, "Ayfon XS"(“iPhone XS Max”) və XS smartfonları öz yerlərini tutur. Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.

Əpl, Quql və Samsunqun (“Apple”, “Google” və “Samsung”) yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur.

Son vaxtlar valideynləri, xüsusən anaları narahat edən əsas məsələ uşaqların tez-tez xəstələnməsidir.

Ardını oxu...

Kivinin vətəni Çindir. Bu meyvə yalnız 20-ci əsrin ortalarından dünyada tanınmağa başlayıb.

Lakin buna baxmayaraq kivi hal hazırda ən sevilən meyvələrdən biridir. Qeyri-adi xoş dada malik olan bu meyvə həmçinin çox faydalıdır.

Axar.az Sağlamolun.az-a istinadən kivinin faydalarını təqdim edir:

1. Tərkibində olan C vitamininə görə kivi əsl çempiondur. Sitrus meyvələrində bu vitamin daha azdır. Belə ki, gün ərzində yalnız 1 kivini yeməklə orqanizmin C vitamininə olan tələbatını tam ödəmək olar.

C vitamini damarlarımızı qoruyur, onları elastik və möhkəm edir və bununla da infarkt və insultun riskini azaldır.

2. Kivi kaliumla zəngindir. Kalium üzəyin normal fəaliyyəti üçün ən vacib olan mineraldır.

3. Tərkibində kalium və qidalı liflərin olduğuna görə kivi bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Həkimlər qəbizlikdən əziyyət çəkənlərə yatmazdan əvvəl 2 kivi yeməyi tövsiyə edirlər.

4. Kivi həzm proseslərini (xüsusilə zülalların parçalanmasını) yaxşılaşdırır, yeməkdən sonra köp və ağırlığın əmələ gəlməsinin qarşısını alır.

5. Kivi arıqlamağa da kömək edir. Bu səbəbdən bu meyvə tez-tez pəhrizlərə daxil edilir.

6. Kivi dərinin cavanlığını təmin edən kollagen liflərinin sintezini stimullaşdırır, dərini cavanlaşdırır, qırışların əmələ gəlməsini ləngidir.

7. Kivi kişi cinsiyyət sistemi üçün çox faydalıdır.

8. B qrupu vitaminləri ilə zəngin olan kivi sinir sisteminə müsbət təsir edir, insanın əhvalını yaxşılaşdırır, stresi azaldır.

ABŞ həkimləri və diyetologiya sahəsindəki mütəxəssisləri 2019-cu ilin ən yaxşı pəhrizini açıqlayıblar.

Axar.az xəbər verir ki, nəticələr “U.S. News & World Reрort” jurnalında çap edilib.

40-dan artıq məşhur qidalanma növünü analiz edən mütəxəssislər belə nəticəyə gəlib ki, ən optimal variant Aralıq dənizi pəhrizidir.

Mütəxəssislərin fikrincə, bu qidalanma növü bədənin artıq çəkisini atmağa, ürək-damar xəstəlikləri və şəkərin inkişafını azaltmağa kömək edir. Bundan başqa, bu pəhriz nisbətən təhlükəsiz, sadə və sağlam yemək elementlərini özündə ehtiva edir.

Aralıq dənizi pəhrizi çoxlu təzə meyvə və tərəvəz, paxla, qoz-fındıq, kəpəkli çörək və makaron məmulatları deməkdir. Bu pəhrizdə qırmızı ətin yeyilməsi məhdudlaşdırılmalı, balıq və dəniz məhsullarına üstünlük verilməlidir.


Hakerlər yüzlərlə alman siyasətçiyə aid məlumatları internetdə paylaşıblar.

Axar.az xəbər verir ki, bu barədə “Rbb İnforadio” radiostansiyası informasiya yayıb.

Məlumata görə, hakerlər Tvitterdə alman siyasətçilərə aid telefon nömrələri, ünvanlar, həmçinin partiyadaxili sənədləri yayıblar. Bundan əlavə hakerlər bir sıra siyasətçilərin şəxsiyyət vəsiqələrinin surətini, ailə üzvlərinin kredit kartlarına dair informasiya və yaxınları ilə yazışmalarını da internetə yükləyib.

Hücum Bundestaqda təmsil olunan bütün partiyaları əhatə edib.

Hazırda kiber-hücumun arxasında hansı dəstənin dayandığı məlum deyil. Məlumatların dərc olunduğu sosial şəbəkə hesabı 16 mindən çox izləyiciyə sahib olub. Hesab operatoru Hamburqda yerləşən internet-platformasına məxsusdur.

Hazırda Gürcüstanda Acarıstan Muxtar Respublikasında müalicə olunan uşaqlar da daxil olmaqla, 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur. Onların böyük əksəriyyətində donuz qripi virusu aşkarlanıb.

Azərtac xəbər verir ki, Gürcüstanda H1N1 virusuna yoluxmuş daha iki nəfər həlak olub. Bununla da qonşu ölkədə donuz qripindən ölənlərin sayı 8 nəfərə çatıb.

Gürcüstanın səhiyyə naziri David Sergeyenko ölkədə qripə yoluxma hallarının çoxaldığını etiraf edib. Bununla belə o, ölkədə epidemiya üçün heç bir əsasın olmadığını bildirib.


Böyük Britaniyanın Kembric Universitetində hazırlanan və xərçəng xəstəliyinə nəfəsdəki molekulların təhlili vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilməyə başlanılıb.

Axar.az xəbər verir ki, tədqiqatçılar cihazdan ilk mərhələdə mədə və qida borusu xərçənginin diaqnozunda istifadə etməyi nəzərdə tutublar. Daha sonra onun prostat, böyrək, qaraciyər və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün sınanması planlaşdırılıb.

Alimlər cihazın xərçəngin erkən mərhələdə aşkarlanmasına və xəstələrin yaşama şanslarını artıracağına kömək edəcəyini deyiblər.

Qeyd edək ki, cihaz İngiltərədə 1500 nəfər üzərində sınaqdan keçiriləcək.

 

12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Azərbaycan istehsalı olan kərə yağları satılır.

Axar.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.

Erməni mediası, “Yeni il sürprizi. Bəli, Ermənistan paytaxtının ticarət pavilyonlarında “qardaş Azərbaycanın” yüksək keyfiyyətli kərə yağlarını tapmaq mümkündür”, – sözlərini yazan Sona Aqekyanın statusunu paylaşıb.

Aqekyan satılan yağın Azərbaycanda “Farmer” şirkətinə məxsus “Moskovskoye” yağları olduğunu deyib.

Sputnik Ermənistan” saytına danışan erməni ekspertlər isə belə mallara marketlərdə rast gəlmədiklərini bildiriblər. Onlar bu tip malların daha çox küçələrdən alına biləcəyini söyləyiblər.

Xəbər lenti