AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verməsi nəzərdə tutulan Günəş tutulmalarının vaxtını açıqlayıb.

Rəsədxanadan Axar.az-a verilən məlumata görə, bu il üç Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması 6 yanvar 2019-cu ildə Bakı vaxtı ilə saat 03.34-də başlayacaq, 05.40-da maksimum həddə çatacaq, 07.49-da isə sona yetəcək.

Növbəti Günəş tutulması 2 iyul 2019-cu il tarixində yerli vaxtla saat 20.55-də baş verəcək və 3 iyul 01.50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə 26 dekabr 2019-cu ildə Bakı vaxtı ilə saat 06.30-da start götürəcək və 12.06-da yekunlaşacaq. Bakıda 08.03-dən 08.52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.

Kubanı güc yolu ilə qorxutmaq olmaz, ancaq biz ABŞ-la qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafına hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri Kubanın Dövlət Şurasının sədri Raul Kastro deyib.

“Güc və təhdid dili bizi qorxutmur. Xalqın birliyi sarsılmaz həqiqətdir. Bu gün biz inqilabı qoruyan bir xalqıq”, - Kastro bildirib.

“Elmed” klinikası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə aksiya keçirir.

Bu barədə Axar.az-a klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı məlumat verib. O bildirib ki, aksiya çərçivəsində bütün həkim müayinələri tam pulsuz olacaq:

“Digər müalicə və laborator analizlərə isə 30 faiz endirim tətbiq edilir. Müxtəlif istiqamətləri əhatə edən və ən müasir tibbi avadanlıqlarla təchiz edilən klinikada müalicə prosedurları professional tibbi personal tərəfindən həyata keçirilir”.

Y.Osmanlı bildirib ki, aksiya yanvarın 3-dən 5-nə kimi davam edəcək.

Hindistanın məşhur aktyoru Qədir Xan 81 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, aktyorun oğlu onun Kanadanın Toronto şəhərindəki xəstəxanada uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib.

Qeyd edək ki, Qədir Xan daha çox 1980-90-cı illərdə Hindistan filmlərində canlandırdığı mənfi obrazlarla yadda qalıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti öz loqosunu yeniləyib.

Kult.az xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi, 2019-cu ilin ilk dəqiqəsində İTV yeni loqosunu təqdim edib.

Kanal bunu xüsusi keçidlə və maraqlı formada izləyicilərinin diqqətinə çatdırıb.

“Yeniləndik. Daha aydın gələcək üçün işığımızı bol elədik. Bayramınız mübarək olsun!", - yenilənmiş loqo ilə bağlı kanaldan qeyd edilib.

Dünyada bir çox ölkələr Yeni ili xüsusi coşqu ilə qeyd edir və bu ölkələrdə müxtəlif adət-ənənələr mövcuddur.

Kult.az Azvision.az-a istinadən müxtəlif ölkələrə aid olan Yenil il adətlərini təqdim edir:

Braziliya - Yeni ilin ilk günü bütün evlərdə ya mərci şorbası içilir, ya da plov yeyilir. Həmçinin, Yeni il axşamı, içi güllər və şamlarla dolu kiçik qayıqlar İpenama çimərliyində okeana buraxılır. 1992-ci ildən bəri adət halına çevrilmiş digər ayin isə minlərlə hava şarını səmaya buraxmaqdır.

Finlandiya - Yeni il axşamı kiçik bir tavanın içində qurğuşun əridilir. Daha sonra tava buzlu suya salınır. Donub müxtəlif şəkillərə bürünən qalay parçalarına baxılaraq gələcək oxunmağa çalışılır.

Cənubi Koreya - Yeni il gecəsi qapının önünə süpürgə, dırmıq, ələk qoyub, şeytanın və pis ruhların evə girməsinin qarşısını almağa çalışırlar. Ertəsi gün təzə paltarlar geyinərək ailənin yaşlıları ziyarət edilir. Yeni ilin ilk günü isə gözəl bir süfrə açılır. Mütləq bir kasa düyü şorbası içirlər. Bunun sağlam və uzun bir həyat təmin edəcəyinə inanırlar.

İspaniya - Ölkədə yeni ilə qədəm qoyanda hər kəs 12 ədəd üzüm yeyərək arzu tutur. Bu ənənə 1850-ci ildə bir üzüm istehsalçısı tərəfindən başladılıb.

Sibir -Yeni il ağacını Baykal gölünün diblərinə buraxmaq orada yaşayanların inancına görə bol şans gətirir. Ancaq bu ənənəni peşəkar dalğıclar tətbiq edirlər, digərləri isə seyr edir.

Yaponiya - Buddist məbədləri Yeni il gecəsi zınqırovları 108 dəfə çalaraq, Yeni il tanrısı Toshiqamiyə "xoş gəldin" deyirlər. Yapon qadınları o gecə evlərini təmizləyirlər.

Argentina - Gecə saat 12 olmadan lobya yeyilərsə, bunun yeni ildə uğur gətirəcəyinə inanılır. Bu səbəbdən həmin gün bütün evlərdə bu yemək bişirilir. Bəziləri isə gecəyarısı evlərinin qarşısında çamadanla gəzirlər. Bunun növbəti ildə çox səyahətə çıxmalarını təmin edəcəyini söyləyirlər.

Yunanıstan - Yeni il axşamı qapılara bir baş soğan asılır. Bu, yenidən doğulmağın simvolu kimi qəbul edilir. Ana-atalar ertəsi səhər qapıdakı soğanı uşaqlarının başlarına vuraraq onları oyandırırlar. Həmçinin, yeni ilin ilk günü qapının kandarında nar kəsərək bərəkətli bir il diləyirlər.

İrlandiya - Subay qadınlar Yeni il gecəsi yorğanlarının altına xüsusi ot qoyurlar. Bu otun gələcək ildə xeyirli bir ər tapmalarına kömək olacağına inanırlar. Həmçinin, yeni ilin ilk günü evə gələcək ilk qonaq da gələcək üçün əhəmiyyət kəsb edir. Əgər evə ilk gələn uzun boylu, yaraşıqlı bir kişidirsə, yeni ilin şanslı keçəcəyinə inanırlar. Əgər ilk gələn qonaq qırmızı saçlı bir qadındırsa, uğursuzluqlarla dolu yeni il olacaq.

Şotlandiya - Mənşəyi vikinqlərə dayanan adətə görə, saat 12-yə əlində məşəllərlə "atəş rəqsi” edərək girmək uğur gətirir.

Kolumbiya - Hər kəs evinin qarşısındakı kağız və taxtadan hazırlanmış, pis ruhları təmsil edən kuklaları yandırır. Beləliklə, yeni ilə pisliklərdən təmizlənərək girəcəklərinə inanırlar.

İtaliya - 1946-cı ildən yaranan ənənəyə görə, Tiber çayına baş vuraraq problemlərinizdən təmizlənirsiz.

Cənubi Afrika - Yeni ildə Yohannesburq küçələrində gəzmək istəyirsinizsə, diqqətli olun! Orada pəncərələrdən aşağı köhnə əşyanı, boşqabı atmaq köhnə bir ənənədir. Beləliklə, köhnələrə vida edilir, yeniler üçün yer açılır.

Rumıniya -İnsanlar ayı maskası geyinərək küçələrdə rəqs edirlər. Məqsəd şeytanı qorxudaraq qaçırmaqdır.

Almaniya - Bayramı müxtəlif peçenyelər yeyərək keçirən almanlar həmin gecə bütün televiziya kanallarında qara-ağ yayımlanan 1920-cı il istehsalı olan ingilis musiqili tamaşası "Dinner For One”ı ("Bir nəfər üçün nahar") izləyirlər.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Axar.az atəşfəşanlıqdan fotoları təqdim edir:

2019-cu ilin 6 fevralından Sarı Torpaq Qabanı hökmranlıq etməyə başlayacaq.

Axar.az xəbər verir ki, qarşıdan gələn Qaban ili Çin təqvimində güvənilən tip kimi tanınır. Son dərəcə həssas, romantik, insanların əlaqələrinə əhəmiyyət verən heyvandır. Evliliyə, bağlanmağa çox uyğundur. Qarşısındakı insanı olduğu kimi qəbul edən Sarı Qaban, əslində, fiziki cazibədarlığa və ruh gözəlliyinə qarşı da həssasdır. Yoldaşının diqqətdə olmasından qürur duyur, amma qısqanmaqdan da özünü saxlaya bilmir.

Qaban ilində evinizi sarı çalarlarlı bəzəklərlə bəzəməyiniz arzu olunandır. Çinlilər inanır ki, Qabanın təsvirini mebeldə, divarlarda və ya adi güzgülərdə yerləşdirmək yaxşı əlamətdir.

2019-cu ilin ilk günündə masaya müxtəlif yemək vermək lazımdır, çünki Qaban bolluğu sevir. Onları istənilən məhsuldan hazırlamaq olar – qaban (donuz) ətindən başqa. Amma arzu olunandır ki, masada da sarı rəng üstünlük təşkil etsin.

Kult.az Teleqraf.com-a istinadən tanınmış astroloq Səbuhi Rəhimlinin 2019-cu ildə bürclər barədə fikirlərini təqdim edir:

Qoç

Sizə elə gəlməsin ki, həyat həmişəki kimi bəsit və cansıxıcı keçəcək. Əslində qarşınızda elə bir il durub ki, malik olacağınız enerji ilə dağı-dağ üstünə qoya biləcəksiniz. Bu istiqamətdə etibarlı dostlarınızın köməyini daha yaxından duyacaqsınız. Amma hər şeydən əvvəl buraxdığınız səhvlərdən nəticə çıxarmağı, günahlarınızı etiraf etməyi bacarmalısınız.

Astroloji göstəricilər maddi durumunuzun ilin ilk yarısında daha qənaətbəxş olacağını bildirməkdədir. Tez-tez iş yerini (və ya iş üslubunu) dəyişəcəyiniz də gözlənilir. Hər halda nə baş versə də, karyeranızın yüksəlişinə xidmət edəcək. Peşənizdən asılı olaraq bu il məşhurlaşmaq, nüfuz qazanmaq imkanınız da olacaq. Yeni tərəfdaşlarınız sizi mövcud sıxıntılardan çıxaracaqlar. Düzdür, payızda səhhətinizlə bağlı problemlər də gözlənilir, amma vaxtında üstünə düşsəniz, yatağa düşməyə bilərsiniz. İl ərzində diş, bel və daxili orqanların nasazlığından əziyyət çəkəcəyiniz mümkündür.

Ulduzlar məhəbbət müstəvisində azacıq passivləşəcəyinizi bildirir. Belə ki, Qoç bürclülərdə toy etmək halları azalsa da, elçilik və nişan bol olacaq. Bu istiqamətdə maddi problemləri əsas gətirmək, qeyri-səmimilik və yalançı vədlər ümumi işlərinizi poza bilər.

Buğa

Qaban ili üçün üzərinizə düşən başlıca vəzifə Böyük Yaradana inamınızı daha da artırmaqdır. Çünki astrologiyada ən ateist Zodiak işarəsi kimi sizin bürc qələmə verilir. Həyatınızdakı qəfil enişlər də məhz bu mövqedən irəli gəlir. Deməli, iman dərəcənizi yüksəltməklə, həmçinin bütün baş verənlərin Rəbbin iradəsi çərçivəsində baş verdiyinə inanmaqla uğurlara yiyələnə bilərsiniz.

İlin elə ilk aylarında fəaliyyətinizlə bağlı böyük dönüş əldə edəcəyiniz gözlənilir. Düzdür, maddi gəlir sizin üçün qənaətbəxş olmayacaq, lakin lazımi zirvələrə yetişmək, nüfuz qazanmaq baxımından kifayət qədər səmərəli olacaq. İnsanlara obyektiv nəzərlərlə baxın ki, haqqı nahaqqa qurban verməyəsiniz. Əmin olun ki, hər ədalətli qərar və addımınız beş qat artıqlaması ilə qarşınıza çıxacaq. Unutmamalısınız ki, Qaban işgüzarlığı, səmimiyyəti və ədaləti sevir.

Şəxsi büdcənizin durumu ilin ikinci yarısında sizi qane edəcək. Bu isə öz-özlüyündə əksər sahələrdə sizi problemsiz qoyacaq. Payıza doğru şəxsi həyatınızda, xüsusən də ailə-sevgi münasibətlərində uğurlu gedişlər etməyi bacaracaqsınız. Qan təzyiqini və oynaqlardakı ağrıları nəzərə almasaq, il boyu gümrah olacaqsınız. Bu il maraqlı səfərləriniz də bol olmalıdır.

Əkizlər

Sübut olunmamış, fakta söykənməmiş hadisələrə inanmaq kimi vərdişlərdən əl çəkin. Qarşıdan gələn Qaban ili sizdən ilk növbədə bunu tələb edir. Ötən ilin uğursuzluğundan nəticə çıxarın. Əgər deyilənlərə əməl etsəniz, il boyu rahatlığınız daha çox olacaq. Karyerada yüksəlişiniz az olsa da, maliyyə imkanınız ötən üç illə müqayisədə daha yaxşı olmalıdır. Bu isə daha çox maddiyyata bağlı olan problemlərinizin həllində əsaslı dönüş yarada bilər.

2019-cu ildə dərk edəcəksiniz ki, siz heç də zəif fiqur deyilmişsiniz. Özünüzə inam, gücünüzə etibar hissiniz xeyli artacaq. Düzdür, yay aylarında və qışın sonlarında bəzi naxələf adamlar ucbatından geriləmələr olacaq, amma bu amil sizi əsas hədəfdən yayındırmayacaq. Onu da unutmamalısınız ki, Qabanın "hakimiyyətdə" olması sizi məhəbbət dəryasına atacaq. Necə deyərlər, subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlilər isə bir-birinə qarşı daha mərhəmətli olacaqlar.

Ulduzların düzümü sağlıq durumunuzun qənaətbəxş olacağını xəbər verir. Olsa-olsa, duzlaşmadan əziyyət çəkə bilərsiniz. Yeri gəlmişkən, bu il ən çox səfər və səyahət edənlər arasında bürcünüz ilk yerləri tutacaq. Bu isə passivliyinizi, daxili sıxıntılarınızı azaldacaq. Əsası odur ki, 2019-cu ildən xoş təəssüratla, başlıcası, yeni və sədaqətli dostlarla ayrılacaqsınız.

Xərçəng

Bu ilin sizin üçün ən əhəmiyyətli tərəfi odur ki, artıq dünyanın "cikinə-bikinə" bələd olacaqsınız: həyatın nəbzini tutacaq, uğursuzluqlarınızın səbəbini öyrənəcək, ətrafınızdakı insanları tanıyacaq, buraxdığınız səhvləri biləcəksiniz. Bu isə öz növbəsində mənfəət və nüfuz əldə etmək üçün sizə stimul verəcək. Bütün bunlar təxminən aprelin sonlarına qədər davam edəcək. Səhhətlə bağlı çətinlikləriniz ötən illə müqayisədə xeyli yaxşılaşacaq.

Yazın ortalarından fəaliyyətinizdə şaxələnmə başlayacaq. Əgər gücünüz yetməsə, onların bir-neçəsindən əlinizi üzməli, daha səmərəli olanları ilə məşğul olmalısınız. Yüksək dairələrlə tanışlıq və ya işbirliyi qurmaq xeyli müvəffəqiyyətinizə səbəb olacaq. Bunun üçün səxavət, mərhəmət və ədalət göstərməlisiniz.

Ailə-sevgi münasibətlərində mövcud olan problemlərin əksər hissəsini özünüz yaratdığınız üçün məsuliyyətinizi dərk etməli, qarşı tərəfin ağıllı və real fikirlərinə hörmətlə yanaşmalısınız. Əgər həmişəkindən fərqli olaraq tənqidləri qəbul edib, səhvlərinizi etiraf etsəniz, ilin ikinci yarısında hamı tərəfindən sevindiriləcəksiniz. Ulduzlara yaz və payız aylarında səfərlərə çıxmağı, eləcə də evlənmək üçün maddi problemləri əsas gətirməməyi məsləhət görür.

Şir

Ötən ili gərgin, lakin müəyyən qədər uğurlu keçirdiyinizi göstərən ulduzlar Qabandan xeyli razı qalacağınızı bəyan edir. Oğlaq və Əkizlər bürcünün hakim olduğu dövrlər istisna olmaqla 2019-cu ilin uğurları mütləq sizi müşayiət edəcək. Amma hər şeydən öncə bu il səhhətinizdə mövcud olan problemləri həll etməli, müalicələri gecikdirməməlisiniz. Əgər gümrah olmağı bacarsanız, yazın əvvəllərindən bağlı qalan qapılar üzünüzə açılacaq: həm fəaliyyət zəminində, həm maliyyə məsələsində, həm də qarşılıqlı münasibətlərdə uğurlarınız artacaq. Hətta peşənizdən asılı olaraq vəzifə pilləsində yüksələcəyiniz də gözlənilir.

Əsası odur ki, astroloji göstəricilər gələn ili xeyli məmnun keçirəcəyinizi bildirir. Yeni dostlar qazanacaqsınız ki, onların sayəsində kifayət qədər irəliləyişlərə yetişəcəksiniz. Xəyanətkar dostlarınız da olacaq və belə hallarda onlardan uzaqlaşmaq üçün vaxt itirməyin.

Azərbaycan daxilində kifayət qədər səfərlər edəcəyiniz də gözlənilir. Çünki əyalətlərimizdə yaşayan yaxınlarınızla müntəzəm əlaqə yaratmağınız ruzinizi artıracaq. Ölkə xaricinə isə təxminən iki dəfə üz tutacağınız da mümkündür. Ən başlıcası odur ki, 2019-cu ildə ən çox aşiq olan və nişanlananlardan biri də məhz sizin bürc olacaq.

Qız

Ötən illərdə əziyyətləriniz çox olub, amma deməyin ki, heç nə əldə etməmisiniz. Belə ki, bütün çalışmalarınız nəticəsində əsaslı baza, böyük təcrübə qazanmısınız və şans düşən kimi bundan səmərəli şəkildə yararlanacaqsınız. Şanslar isə Qabanla birlikdə gələcək. İlk iki ayı birtəhər yola versəniz, növbəti dövrlər üçün ulduzlar sizə yardımçı olacaqlar.

Bu il hər şeydən öncə maddi firavanlıq əldə edəcəksiniz. Aktivliyinizdən asılı olaraq borclarınızı, pula bağlı problemlərinizi kifayət qədər həll edəcəksiniz. Vəzifə pilləsində yüksəlmək üçünsə ilin ikinci yarısından yararlanın. Göy qübbəsi bu il siyasi arenaya müdaxilənizi, xaricilərlə iş birliyi qurmağınızı məsləhət görmür. Əks təqdirdə hər şey əlinizdə çıxa bilər, hətta məhkəmə qalmaqalları da mümkündür.

Odlu Qaban öz "hakimiyyəti" dövründə qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik və şübhələrinizi xeyli azaldacaq. İş-güc başınızı elə qatacaq ki, şübhə və xofdan, qeybət və dedi-qodudan uzaq düşəcəksiniz. Üstəlik bu il yeni dostlar qazanacaq, az qala unutduğunuz qohumlarınızla doğma əlaqələri bərpa edəcəksiniz. Yeri gəlmişkən, yeni ev almaq (və ya təmir) üçün bu ilin əhəmiyyəti böyük olacaq. Yay aylarında isə mümkün qədər ziyarətgahlara baş çəkin, əgər qurban niyyətiniz varsa, onu gecikdirməyin. Bu, daxili orqanlarınızda mövcud olan xəstəlikləri dəf edə bilər. Toya hazırlaşırsınızsa, ilin ilk yarısını seçin.

Tərəzi

Bütün astroloji göstəricilər yeni ilə qayğısız keçəcəyinizdən xəbər verir. Çünki bəzi kəm-kəsirlər nəzərə alınmasa, vəfalı İtdən narazı qalmamısınız. Lakin başa çatmayan işləriniz də az deyil. Odur ki, nostalji hisslərə qapılmaqdansa uğurlarınızın sayını daha da artırmalısınız. Qış aylarında sağlıq durumunuz planlarınızın tam şəkildə həyata keçməsinə mane olsa da, özünüzdə güc tapmalısınız. Belə məqamlarda etibar etdiyiniz dostlara və doğmalara ümid bəsləyə bilərsiniz.

İlin ilk beş ayında şəxsi büdcənizdə müəyyən problemlər olsa da, bu, sizi sıxıntılara məruz qoymayacaq, qısa desək, pulsuz qalmayacaqsınız. Fəaliyyət zəminində isə müəyyən redaktələr etmək zorunda qalacaqsınız. Çünki üzərinizə düşənləri fiziki cəhətdən tam şəkildə yerinə yetirə bilməyəcəksiniz. Hətta ola bilər ki, iş yerini və ya iş üslubunu da dəyişəsiniz. Amma əmin olun ki, bunun ümumi işlərinizə elə bir maneçiliyi olmayacaq.

İlin ikinci yarısında isə zaman xeyrinizə işləyəcək. Əvvəlki yarım ildə əldən çıxanların əksəriyyətini geri qaytara biləcəksiniz. Ələlxüsus da münasibətlər zəminində vəziyyət müsbətə doğru dəyişəcək. Sevib-sevilmək baxmından uğurlarınız artacaq. Toy üçünsə Ramazandan sonranı gözləyin.

Əqrəb

Dəliqanlı və əsəbi xarakterinizdən əsər-əlamət qalmayıb. Çünki yaşadığınız illər tədricən sizi səbrli və müdrik edib. Əgər dinə riayət edirsinizsə, qarşınızda duran ilin perspektivləri daha böyük olacaq, xeyirxahlıq və şanslılıq özü sizi tapacaq. Düzdür, maddi durumunuz qənaətbəxş olmayacaq, amma qazandığınız mənəvi dəyərlər ümumi ovqatınızda xeyli ümidvarlıq yaradacaq. Ulduzlar il ərzində iki dəfə iş yerini dəyişəcəyinizi bildirir. Lakin bunun karyera əldə etməyinizə heç bir maneçiliyi olmayacaq.

Bu il səfər və gəzintiləriniz də bol olacaq. Qazandığınız yeni və ləyaqətli dostlar sizi darda qoymayacaq, bir sözlə, özünüzü köməksiz və tənha hiss etməyəcəksiniz. Çalışın ki, hamı ilə dil tapasınız, xüsusən də yaşca özünüzdən böyük olanlara qayğıkeşliyinizi artırmalısınız. Ailə-sevgi məsələlərinə gəlincə, bu barədə də bəxtiniz gətirə bilər. Sadəcə olaraq, seçiminizdə yanılmamalı, hər kəsə qəlbinizin səsini açıq-aydın və sübutlarla bəyan etməlisiniz. Haqlı olduğunuz təqdirdə tale üzünüzə güləcək. Səhhətinizi isə yalnız soyuq hava şəraitində qorumalısınız.

Oxatan

Ötənilki qalmaqal və sınaqlardan sonra nəhayət ki, vəziyyətiniz qismən sabitləşəcək. Məsləhət görərdik ki, qarşınıza belə bir sual qoyasınız: bu vəziyyətdə, məhz indi mən hansı addımı atmalıyam? Əgər bu sualı cavablandıra bilsəniz, çətinliyiniz olmayacaq. Onu da nəzərə alın ki, öz səhvlərini ən az görən bürc məhz Oxatandır. Elə isə etiraf etməyi, üzr istəməyi bacarmalısınız.

Təxminən Novruzdan sonra ötən ildən qalan maddi və mənəvi problemləriniz sürətlə əriyəcək. Bu istiqamətdə başlıca xilaskarınız məhəbbət olacaq. Konkret desək, Qaban ilində sevgi amili əsas enerjiverici amilinizə çevriləcək. Qoroskopa görə, bu il ən çox evlənənlər sırasında sizin zodiak da var. Amma hər şeyi dönə-dönə götür-qoy etməlisiniz ki, uduzmayasınız.

Böyük biznesə girişmək, vəzifə pilləsində ucalmaq, nüfuz sahibi olmaq üçün 2019-cu ilin səmərəsi böyük olacaq. Hətta ola bilsin ki, fəaliyyətinizlə bağlı ölkədaxili və ölkəxarici səfərlərə də çıxasınız. Üstəlik, bu il sağlıq durumunuz da imkan verəcək ki, nəzərdə tutduğunuz planları vaxtlı-vaxtında həyata keçirəsiniz. Bütün proqnozlarımızı nəzərə alıb bəri başdan təyin edin ki, il sizin üçün uğurlu, məsuliyyətli və perspektivlidir.

Oğlaq

Müqəddəs Avestada Tanrının tövsiyə etdiyi "Xeyirxah Fikir, Xeyrxah Söz, Xeyirxah Əəməl" prinsipinə əməl etməklə qarşıdan gələn yeni ilin xeyirlərini daha çox görə bilərsiniz. Xırdaçılıqdan, hər şeyə şübhə ilə yanaşmaqdan vaz keçin. Adi səhv və yanılışlığa görə, kimlərisə ittiham etməyin. Çünki indi insanları özünüzdən uzaqlaşdırmaqla həyati nemətlərdən, mənəvi dəstəkdən məhrum ola bilərsiniz.

Astroloji təyinatlar bu il əhəmiyyətsiz köhnəlikdən sağlam gələcəyə yetişəcəyinizi xəbər verir. Bunun üçün fəaliyyətdə və qarşılıqlı münasibətlərdə nüfuz qazanmağı bacarmalı, hər bir situasiyaya reallığın gözü ilə yanaşmalısınız. Yalnız bu halda martdan etibarən tale üzünüzə güləcək. Maddi firavanlığa isə ilin ortalarından etibarən qovuşacaqsınız. Köhnə dostlarınızla ilıq ünsiyyəti bərpa edin ki, daxili sıxıntılarınız azalsın. Bununla yanaşı ailə-sevgi münasibətlərində obyektiv davranış nümayiş etdirin ki, sizi sevsinlər. Həqiqətə ikrahla deyil, sevinclə yanaşın.

Qaban ilində şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Sizə elə işgüzar təkliflər ediləcək ki, bunu yalnız arzulamaq olar. Amma hər bir dəvətdən əvvəl öz məsuliyyətinizi dərk etməli, bacarmadığınız işlərə razılıq verməməlisiniz. İl ərzində məhdud şəkildə olsa da, maraqlı səfərlərdə iştirak edəcəksiniz. Evliliyə namizəd olanlar yasaq olunmuş aylardan başqa istənilən vaxt toy büsatı qura bilərlər. Ailəlilər isə öz həyat yoldaşlarını canla-başla qorusalar yaxşıdır.

Dolça (Sutökən)

Qarşınızda kifayət qədər ciddi və sınaqlarla dolu bir il durur. Qalib çıxmaq üçün cəmi üç yolunuz olacaq: səbr, iman və çalışqanlıq. Hər şeydə Allaha sığınıb addım atsanız, heç bir sıxıntıya məruz qalmayacaqsınız.

İlin ilk yarısında səhhətinizdə neçə ildən bəri mövcud olan xoşagəlməzlikləri aradan qaldırmağa çalışın. Bunun üçün müalicə götürmək, həkim nəzarətində qalmaq, hətta yeri gələrsə, əməliyyata da razılıq vermək olar. Çünki bütün hallarda qorxulu heç nə yoxdur və hər şey ovqatınızın yüksəlişinə xidmət edəcək.

Ulduzlar bu il torpaq və ya mənzillə bağlı sevindirici xəbərlərdə hazırlayır. Təxminən yaın ortalarından bunu özünüz də hiss edəcəksiniz. Çalışın ki, bu şansı əldən buraxmayasınız. İndi bu sətirləri oxuyub bəlkə də gedişhaqqına yetməyən pulunuza görə güləsiniz, amma unutmamalısınız ki, Allah istəyəndə hər şey bircə anda olur. Onun istəməyi üçünsə yuxarıda sadaladığımız üç prinsipə sahib olmalısınız. Yeri gəlmişkən, il ərzində maddi durumunuzdan gileyiniz olmayacaq.

"Oğlaq"larda olduğu kimi siz də ailənizi qorumalı, aranızın soyuqlaşmasına imkan verməməlisiniz. Əgər Ramazana qədər (sentyabr-oktyabr) bunu bacarsanız, müjdələr alacaqsınız.

Balıqlar

Görüntülərdən bəlli olur ki, Qaban ilinə yaxşı-yaxşı hazırlaşmısınız. Deməli, ötən il həyat təcrübəniz artıb və gələcək planlarınızı konkretləşdirmisiniz. Amma unutmaq olmaz ki, bu il böyük məqsədlərə yetişmək üçün layiqli tərəfdaşlarınız, etibarlı dostlarınız da çox olmalıdır. Üstəlik, siz heç də ətrafınızda baş verən bütün situasiyaları nəzarətdə saxlaya bilmədiyiniz üçün mütləq dəstəyə ehtiyacınız olacaq.

İlin elə ilk aylarından şəxsi büdcənizdə nəzərəçarpacaq irəliləyişlər baş qaldıracaq. Bu isə pula bağlı olan problemlərinizin həllində əhəmiyyətli rol oynayacaq. Apreldən etibarən fəaliyyətinizdə dirçəliş əmələ gələcək, əgər avqustda gözlənilər təhlükələrdən qorunsanız, ilin sonuna kimi iş prinsipindən razı qalacaqsınız. Yeri gəlmişkən, yay aylarında özünüzü mütləq həkimə göstərin. Duzlaşma və qan dövranı ilə bağlı problemlərinizi həll etməyiniz vacib olacaq.

Subay "Balıqlar" üçün Qaban ilinin əhəmiyyəti daha böyük olacaq. Ən azından onlar sevgi müstəvisində diqqət mərkəzində, özü də aktiv olacaqlar. Bircə çalışmaq lazımdır ki, mənasız şeylərə görə, ülvi hisslərdən qəfil üz döndərməsinlər. Toy mərasimi üçünsə mütləq təcrübəsi olanlarla, böyüklərlə məsləhətləşmək lazım gələcək.


Dekabrın 31-i hər kəs Yeni il süfrəsini gözlədiyi üçün günboyu ac gəzir. Bu da öz növbəsində şəkərin aşağı düşməsinə səbəb olur və iştahı nəzarətdə saxlamaqda problem yaradır.

Axar.az xəbər verir ki, bunu türkiyəli dietoloq Sibel Mumcu deyib. O, Yeni il axşamı qidalanarkən diqqət edilməli olan məqamlardan danışıb:

“Sağlam qidalanma üçün səhər qəlyanaltı etmək, naharda doyana qədər yemək lazımdır. Yeməyi sürətli şəkildə yemək qidanın yetərsiz səviyyədə parçalanması, mədədə qaz və həzmsizlik yaranması ilə nəticələnir. Toxluq hissi yeməyə başlayandan 20 dəqiqə sonra yarandığı üçün yeməyi yavaş-yavaş çeynəmək lazımdır.

Bayram axşamı bol miqdarda spirtli içki qəbul etmək də mədədə narahatlıq yaradır. Buna görə də spirtli içkilərdən istifadə edərkən içərisinə buz parçaları ataraq, spirtin miqdarını azaltmaq olar. Bundan əlavə, alkoqollu içiklərin yanında çərəz, cips və turşulardan maksimum az istifadə etmək lazımdır. Ümumilikdə isə gün ərzində ağır və yağlı yeməklərin əvəzinə suplar, tərəvəz yeməkləri və salatlara üstünlük vermək daha məqsədəuyğundur”.

Xəbər lenti