|
Trend bildirir ki, ikinci yerdə 22,22 faiz göstərici ilə "Twitter" olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı yanvarla müqayisədə 1,95 faiz artıb.
"YouTube" sosial şəbəkəsinin istifadəçilərinin sayı 0,93 faiz artaraq 20,23 faiz təşkil edib.
"Facebook" istifadəçilərinin fəallığı ötən ay müqayisədə dəyişməz qalaraq 18,57 faizə bərabər olub.
"Pinterest"in payı 14,69 faiz, "VKontakte" sosial şəbəkəsinin payı 0,65 faiz təşkil edib.
Bu ilin fevral ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.
Report xəbər verir ki, ötən ay uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.
Belə ki, cari ilin yanvar ayında oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olsa da, fevralda ilk birincilikdə Hüseyn adı qərarlaşıb.
Beləliklə, ötən ay doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 112 uşağa Hüseyn, 111 uşağa Uğur, 99 uşağa Əli, 101 uşağa Yusif, 72 uşağa Məhəmməd, 60 uşağa Murad, 64 uşağa Ömər və 40 uşağa isə Ayxan adı verilib.
Bundan əlavə, bu ilin iki ayında Raul adı verilən uşaqların sayı 71-ə, Tunar adı verilən uşaqların sayı isə 62-yə çatıb. Beləliklə, bu iki ad fevral ayında daha da populyarlaşıb. Yanvar ayında populyar olan Adəm və Tuncay adları isə fevral ayında uşaqlara ən çox qoyulan adlar sırasındakı ilk onluğa düşməyib.
Həmçinin fevral ayında qızlar arasında Zəhra adı birinciliyi qoruyub. Belə ki, ötən ay doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 138 uaşağa Zəhra, 98 uşağa Aylin, 90 uşağa Zeynəb, 89 uşağa Fatimə, 88 uşağa Mələk, 83 uşağa Məryəm, 79 uşağa Nuray, 74 uşağa Nilay, 63 uşağa İnci və 54 uşağa isə Mədinə adı qoyulub.
Qeyd edək ki, cari ilin yanvar ayında uşaqlar arasında ən çox qoyulan ad Əli və Zəhra olub.
ABŞ-ın “Moderna” şirkəti koronavirusun Cənubi Afrika növünə qarşı yenilənmiş vaksin versiyasını inkişaf etdirdiyini və klinik tədqiqatlar üçün ABŞ Milli Səhiyyə İnstitutuna göndərdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
““Moderna” ilk Cənubi Afrikada təsbit edilmiş “B.1.351” olaraq bilinən “SARS-CoV-2” növünə qarşı inkişaf etdirdiyi “mRNA-1273.351” spesifik peyvənd namizədinin istehsalını tamamlayıb və 1-ci mərhələ klinik sınaqlar üçün Milli Səhiyyə İnstitutuna göndərib”,- deyə açıqlamada qeyd olunub.
Yenilənmiş vaksin artıq peyvənd olunmuş insanlar üçün gücləndirici rol oynamaqla yanaşı, koronavirusa yoluxmamış və peyvənd olunmamış şəxslərə də ilk peyvənd kimi vurula bilər.
Yenilənmiş peyvəndin nə vaxt ümumi istifadəyə veriləcəyi barədə məlumat yoxdur.
Xatırladaq ki, keçən ilin sonları Böyük Britaniya, Cənubi Afrika və Braziliyada koronavirusun yeni növləri aşkarlanmışdı. Alimlər bunlardan bəzilərinin əsas növdən daha yoluxucu olduğunu açıqlamışdılar.
ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi donub.
Ölkə.Az-ın oxu.az-a istinadən məlumatına görə, buna səbəb kimi bəzi ştatlarda hökm sürən şiddətli şaxtalar göstərilib.
Turistlər isə şəlalənin yaxınlığında əmələ gələn buzlu göy qurşağını kameraların yaddaşına köçürə biliblər.
Qeyd edək ki, Niaqara şəlaləsi sonuncu dəfə 2019-cu ildə donmuşdu.
Bazar ertəsi Yer kürəsinə ölçüsü stadion boyda olan asteroid yaxınlaşacaq.
“Report” xəbər verir ki, bu barədə NASA-nın JPL Elmi Tədqiqat Mərkəzi bildirib.
Hesablamalara əsasən, diametri 212 metr olan 2020 XU6 asteroidi planetimizə təxminən dörd milyon kilometr məsafədə yaxınlaşacaq.
Bu gün həmçinin Yer kürəsinin yanından 23 metr diametrə malik asteroid 2020 BV9 keçəcək. Onun planetimizdən ən yaxın məsafəsi 5,6 milyon kilometr olacaq. Eyni zamanda 40 metr diametrə malik 2021 CC5 asteroidi də planetimizin yanından keçəcək. Onunla Yer arasında məsafə təxminən 6,9 milyon kilometr təşkil edəcək.
Dünən isə Yer kürəsinin yaxınlığından diametri 10 metr olan 2021 DD1 və 61 metr təşkil edən 2021 DK1 asteroidləri keçib.
"Ölkə.Az" bildirir ki, ABŞ-ın Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN telekanalına verdiyi müsahibəsində belə deyib.
E.Fauçinin sözlərinə görə, yalnız COVİD-19 koronavirus pandemiyasına yoluxanların sayının əhəmiyyətli dərəcədə azalması və əhalinin tam əksəriyyətinin peyvənd olunması şəraitində amerikalılar maskalardan imtina edə bilərlər.
"Əhalinin normal, adi həyat tərzinə nə zaman dönə biləcəyini deyə bilmərəm. Buna indidən kimsənin ehtimal edə bilməyəcəyi çoxsaylı amillər təsir edə bilər", - E.Fauçi söyləyib.
E.Fauçinin dünyanın ən nüfuzlu infeksionistlərindən biri olduğunu nəzərə alsaq, onun 2022-ci illə bağlı söylədiklərini qlobal miqyasdakı situasiyaya şamil etmək olar. (milli.az)
İlk dəfə 1999-cu ildə Malayziyada aşkarlanan Nipah və ya NiV virusu qripə, eləcə də koronavirusa bənzər simptomlara malikdir.
Trend məlumatına görə, Nipah virusunun əlamətlərinin qızdırma, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ürək bulanması olduğu ortaya çıxıb. Virus ən çox ağciyər və beyinə təsir göstərir. Xəstələrdə başgicəllənmə və şüur qarışıqlığı yaranır. Bundan əlavə, kəskin ensefalit inkişaf edə bilər.
Bildirilib ki, infeksiyanın inkubasiya müddəti 4 ilə 45 gün arasındadır. Xəstəliyin müalicəsi üçün vaksin və ya virusa qarşı dərman yoxdur. Bundan əlavə, virus COVID-19 ilə müqayisədə daha ölümcüldür.
İndiyə qədər bilinən əksər hallarda insanlar heyvanlardan yoluxublar.
Çay və alma ürək xəstəliklərinin qarşısını ala bilər.
E-tibb.az bildirir ki, İngiltərədə aparılan genişmiqyaslı araşdırmalar çay içməyin və alma yeməyin ürək xəstəliklərinin qarşısını ala biləcəyini ortaya çıxarıb.
Nəticələri "Scientific Reports" jurnalında dərc olunan araşdırma çərçivəsində, Norfolkdakı Avropa Xərçəng Tədqiqatı çərçivəsində 20 ildən çox müddətdə təqib olunan 25618 insanın qidalanma vərdişləri qiymətləndirilib.
Reading və Kembric universitetlərinin mütəxəssisləri də daxil olmaqla beynəlxalq tədqiqat qrup tərəfindən aparılan araşdırma, iştirakçıların menyusunda flavanol olduğunu hesablayıb. Tədqiqatda kakao, çay, qoz-fındıq, giləmeyvə və alma kimi flavanolla zəngin qidaların qan təzyiqini aşağı salaraq ürək xəstəliklərinin qarşısını ala biləcəyi müşahidə edilib:
"Araşdırmamızda, flavanol qəbulu ilə aşağı qan təzyiqi arasındakı əhəmiyyətli bir əlaqəni görməkdən məmnun olduq. Bu araşdırma qidalanma ilə bağlı əvvəlki araşdırmaların nəticələrini təsdiqləyir".
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Koronavirusinfo.az saytı xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür.
Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,1 faizi Yasamal, 10,9 faizi Sabunçu, 8,2 faizi Suraxanı, 8,2 faizi Nərimanov, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,9 faizi Xəzər, 5,3 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.