"Arzuları çox idi. Dərslərini yaxşı oxuyurdu, hüquqa hazırlaşırdı. Tarix müəlliminin "Kişi o oğula deyərəm ki, hərbi məktəbə getsin" sözü onu fikrindən daşındırdı”.
Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələri "Report"a bölüşüb.
 
Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

 

"Ölümdən sonra həyat varmı?” sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.

Xəstə öləndən sonra delta dalğaları hələ də qeydə alınırdı. Delta dalğalar normal halda insan dərin yuxuda olarkən ortaya çıxır. Bu isə o deməkdir ki, beyin hələ də işləyir.
Kliniki ölüm keçirən beş adamdan biri o anlar nələr keçirdiyini danışıb. Bununla da həkimlər insanların beyinlərinin klinik olaraq öldükdən sonra da işə davam edə biləcəyinə dair elmi sübut tapıblar.

"edicina.az xəbər verir ki, həkimlər xəstələrdən birinin ürəyi dayansa da, 10 dəqiqə ərzində beyin fəaliyyətinin davam etdiyini ortaya çıxarıblar. Kanadalı həkimlər bu hadisəni fövqəladə hal kimi xarakterizə ediblər.

Bununla yanaşı, alimlər ölümdən sonrakı həyatı araşdırmaq üçün bunun nə anlama gəldiyi barədə danışmağın tez olduğunu deyirlər.

2013-cü ildə ürəyi dayanan siçanlar üzərindəki təcrübə zamanı buna oxşar hadisə də baş verib. Araşdırmada siçanların beyin fəaliyyətinin öldükdən bir dəqiqə sonra davam etdiyi aşkarlanıb.

Ümumiyyətlə, ölüm hər zaman insanları qorxudur. Sevdiklərinizi qoyub getmək, etmək istədiklərinizi tamamlaya bilməmək və ya məlum olmayan yerə əbədi səfər etmək bir az ürküdücü gələ bilər. Bəs ölüm haqqında nə bilirsiniz?

Ölümə 3 həftə qalmış
Bir insan ölümünün yaxınlaşdığını fərq etməyə və onu qəbul etməyə başladığı zaman ətrafdan uzaqlaşır, bu halda isə dünyadan və dünyada olanlardan ayrılma prosesi başlayır. Dostları, qonşuları, qohumları və hətta ailə üzvlərinə belə biganə olur. Öz həyatları haqqında düşünüb-daşınarlar və xatirələri yada salırlar. Necə bir həyat yaşadıqlarını dəyərləndirir və peşmanlıqlarını düşünürlər. Ölmək üzrə olan insanların iştahı azalır, arıqlamağa başlayırlar. Bir zamanlar çox xoşladıqları şeylər ona artıq cazibədar gəlir, yeganə istəkləri yatmaq olur. Və bu başladıqları əbədi səfərin gözlənilən bir hissəsidir.

1-2 həftə qalmış
Bu səfər əsnasında insanlar adətən yatırlar. Kişilərdə orientasiya pozuqluğu baş verə və hissləri dəyişə bilər. Gizli düşmən qorxusu yaşaya, hətta sayıqlamalar yaşaya bilərlər. Bəzən gözəgörünməyən insanlarla danışa bilərlər. Danışılan adam isə adətən ölmüş insanlar olur. Həmin insanın getdikcə bu dünyadan uzaqlaşdığı müşahidə edilir. bir müddət sonra bədəndə bəzi ciddi dəyişikliklər baş verir:

* Bədən istiliyi aşağı olur
* Qan təzyiqi düşür
* Nəbz nizamsız olur, gah yavaşlayır, gah sürətlənir
* Tərləmə artır
* Dərinin rəngi dəyişir. Bu daha çox dodaqlar və dırnaq altında daha çox müşahidə edilir
Tənəffüsdə də dəyişikliklər yaranır. Tənəffüs daha sürətli və yorucu hal alır. Tıxanma meydana gələ bilər və bu da öskürəyə yol açır. Danışıq azalır və sonda tamamilə durur.

Ölümə bir neçə gün, ya da bir neçə saat qalmış

İnsan artıq ölümə doğru yaxınlaşır. Ölüm yaxınlaşdıqca enerji dalğası ortaya çıxa bilər. Yataqdan qalxıb ətrafındakılarla danışmaq, iştahsız keçən günlərdən sonra nəsə yemək istəyə bilərlər. Bu enerji dalğalanması insandan insana dəyişsə də, ölən insanın son fiziki ifadələri bunlardır: nəfəs daha nizamsız və ümumiyyətlə daha yavaş olur. sonra daha sürətlə nəfəs almağa başlayırlar və qəfil nəfəs kəsilir. Əllər və ayaqlarda bənövşəyi ləkələr ola bilər. Bunlar sonra yavaş-yavaş qollar və ayaqlara yayıla bilər. Dodaqlar və dırnaq altı göy rəngə çalır və ya bənövşəyi ola bilər.

İnsan heç nəyə cavab verməməyə başlayır və gözləri açıq və ya yarı açıq olmasına baxmayaraq ətrafı görə bilmir. İnanclara görə, bu anlarda ölmək üzrə olan insanların yanında sevdiyi insanlar oturmalı və onunla danışması tövsiyə edilir.

Ölümdən sonra saç və dırnaq uzanırmı?

Ölümdən sonra hər kəsi maraqlandıran mövzulardan biri də dırnaqlar və saçlardır. Öldükdən sonra saçlar və dırnaqlar uzanmır. Uzanırmış kimi görünə bilər, lakin bu, əslində su itirən dərinin geri çəkilməsi və büzüşməsi səbəbindən baş verir.

2021-ci ilin fevralında Azərbaycanın sosial şəbəkə bazarında "Instagram" 22,78 faiz payla birinci yerdə qərarlaşıb

Trend bildirir ki, ikinci yerdə 22,22 faiz göstərici ilə "Twitter" olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı yanvarla müqayisədə 1,95 faiz artıb.

"YouTube" sosial şəbəkəsinin istifadəçilərinin sayı 0,93 faiz artaraq 20,23 faiz təşkil edib.

"Facebook" istifadəçilərinin fəallığı ötən ay müqayisədə dəyişməz qalaraq 18,57 faizə bərabər olub.

"Pinterest"in payı 14,69 faiz, "VKontakte" sosial şəbəkəsinin payı 0,65 faiz təşkil edib.

Bu ilin fevral ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.
Report xəbər verir ki, ötən ay uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.

Belə ki, cari ilin yanvar ayında oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olsa da, fevralda ilk birincilikdə Hüseyn adı qərarlaşıb.

Beləliklə, ötən ay doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 112 uşağa Hüseyn, 111 uşağa Uğur, 99 uşağa Əli, 101 uşağa Yusif, 72 uşağa Məhəmməd, 60 uşağa Murad, 64 uşağa Ömər və 40 uşağa isə Ayxan adı verilib.

Bundan əlavə, bu ilin iki ayında Raul adı verilən uşaqların sayı 71-ə, Tunar adı verilən uşaqların sayı isə 62-yə çatıb. Beləliklə, bu iki ad fevral ayında daha da populyarlaşıb. Yanvar ayında populyar olan Adəm və Tuncay adları isə fevral ayında uşaqlara ən çox qoyulan adlar sırasındakı ilk onluğa düşməyib.

Həmçinin fevral ayında qızlar arasında Zəhra adı birinciliyi qoruyub. Belə ki, ötən ay doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 138 uaşağa Zəhra, 98 uşağa Aylin, 90 uşağa Zeynəb, 89 uşağa Fatimə, 88 uşağa Mələk, 83 uşağa Məryəm, 79 uşağa Nuray, 74 uşağa Nilay, 63 uşağa İnci və 54 uşağa isə Mədinə adı qoyulub.

Qeyd edək ki, cari ilin yanvar ayında uşaqlar arasında ən çox qoyulan ad Əli və Zəhra olub.

Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.
 
“Ümid işığı” adlanan və real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur.
 
“Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.
 
Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. O, yuxusundan qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini görür.
 
Sağ qalan insanların helikopterlə təxliyyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur. 
 
Teymur yaşadıqlarını belə xatırlayır: “Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər Xocalı sakinləri ilə birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı. Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır”.
 
Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.
 
“Ümid işığı” adlanan və real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur.
 
“Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.
 
Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. O, yuxusundan qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini görür.
 
Sağ qalan insanların helikopterlə təxliyyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur. 
 
Teymur yaşadıqlarını belə xatırlayır: “Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər Xocalı sakinləri ilə birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı. Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır”.
 
Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.
 
“Moderna” koronavirusun yeni növünə qarşı peyvənd hazırladı

ABŞ-ın “Moderna” şirkəti koronavirusun Cənubi Afrika növünə qarşı yenilənmiş vaksin versiyasını inkişaf etdirdiyini və klinik tədqiqatlar üçün ABŞ Milli Səhiyyə İnstitutuna göndərdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

““Moderna” ilk Cənubi Afrikada təsbit edilmiş “B.1.351” olaraq bilinən “SARS-CoV-2” növünə qarşı inkişaf etdirdiyi “mRNA-1273.351” spesifik peyvənd namizədinin istehsalını tamamlayıb və 1-ci mərhələ klinik sınaqlar üçün Milli Səhiyyə İnstitutuna göndərib”,- deyə açıqlamada qeyd olunub.

Yenilənmiş vaksin artıq peyvənd olunmuş insanlar üçün gücləndirici rol oynamaqla yanaşı, koronavirusa yoluxmamış və peyvənd olunmamış şəxslərə də ilk peyvənd kimi vurula bilər.

Yenilənmiş peyvəndin nə vaxt ümumi istifadəyə veriləcəyi barədə məlumat yoxdur.

Xatırladaq ki, keçən ilin sonları Böyük Britaniya, Cənubi Afrika və Braziliyada koronavirusun yeni növləri aşkarlanmışdı. Alimlər bunlardan bəzilərinin əsas növdən daha yoluxucu olduğunu açıqlamışdılar.

ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi donub. 

Ölkə.Az-ın oxu.az-a istinadən məlumatına görə, buna səbəb kimi bəzi ştatlarda hökm sürən şiddətli şaxtalar göstərilib.

 

 

Turistlər isə şəlalənin yaxınlığında əmələ gələn buzlu göy qurşağını kameraların yaddaşına köçürə biliblər.

Qeyd edək ki, Niaqara şəlaləsi sonuncu dəfə 2019-cu ildə donmuşdu.

Bazar ertəsi Yer kürəsinə ölçüsü stadion boyda olan asteroid yaxınlaşacaq.

“Report” xəbər verir ki, bu barədə NASA-nın JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Hesablamalara əsasən, diametri 212 metr olan 2020 XU6 asteroidi planetimizə təxminən dörd milyon kilometr məsafədə yaxınlaşacaq.

Bu gün həmçinin Yer kürəsinin yanından 23 metr diametrə malik asteroid 2020 BV9 keçəcək. Onun planetimizdən ən yaxın məsafəsi 5,6 milyon kilometr olacaq. Eyni zamanda 40 metr diametrə malik 2021 CC5 asteroidi də planetimizin yanından keçəcək. Onunla Yer arasında məsafə təxminən 6,9 milyon kilometr təşkil edəcək.

Dünən isə Yer kürəsinin yaxınlığından diametri 10 metr olan 2021 DD1 və 61 metr təşkil edən 2021 DK1 asteroidləri keçib.

ABŞ sakinləri ola bilsin ki, 2022-ci ildə də tibb maskalarını taxmaq məcburiyyətində qalsınlar.

"Ölkə.Az" bildirir ki, ABŞ-ın Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN telekanalına verdiyi müsahibəsində belə deyib.

E.Fauçinin sözlərinə görə, yalnız COVİD-19 koronavirus pandemiyasına yoluxanların sayının əhəmiyyətli dərəcədə azalması və əhalinin tam əksəriyyətinin peyvənd olunması şəraitində amerikalılar maskalardan imtina edə bilərlər.

"Əhalinin normal, adi həyat tərzinə nə zaman dönə biləcəyini deyə bilmərəm. Buna indidən kimsənin ehtimal edə bilməyəcəyi çoxsaylı amillər təsir edə bilər", - E.Fauçi söyləyib.

E.Fauçinin dünyanın ən nüfuzlu infeksionistlərindən biri olduğunu nəzərə alsaq, onun 2022-ci illə bağlı söylədiklərini qlobal miqyasdakı situasiyaya şamil etmək olar. (milli.az)

İlk dəfə 1999-cu ildə Malayziyada aşkarlanan Nipah və ya NiV virusu qripə, eləcə də koronavirusa bənzər simptomlara malikdir.
Trend məlumatına görə, Nipah virusunun əlamətlərinin qızdırma, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ürək bulanması olduğu ortaya çıxıb. Virus ən çox ağciyər və beyinə təsir göstərir. Xəstələrdə başgicəllənmə və şüur qarışıqlığı yaranır. Bundan əlavə, kəskin ensefalit inkişaf edə bilər.

Bildirilib ki, infeksiyanın inkubasiya müddəti 4 ilə 45 gün arasındadır. Xəstəliyin müalicəsi üçün vaksin və ya virusa qarşı dərman yoxdur. Bundan əlavə, virus COVID-19 ilə müqayisədə daha ölümcüldür.

İndiyə qədər bilinən əksər hallarda insanlar heyvanlardan yoluxublar.

Xəbər lenti