Çay və alma ürək xəstəliklərinin qarşısını ala bilər.
E-tibb.az bildirir ki, İngiltərədə aparılan genişmiqyaslı araşdırmalar çay içməyin və alma yeməyin ürək xəstəliklərinin qarşısını ala biləcəyini ortaya çıxarıb.

Nəticələri "Scientific Reports" jurnalında dərc olunan araşdırma çərçivəsində, Norfolkdakı Avropa Xərçəng Tədqiqatı çərçivəsində 20 ildən çox müddətdə təqib olunan 25618 insanın qidalanma vərdişləri qiymətləndirilib.

Reading və Kembric universitetlərinin mütəxəssisləri də daxil olmaqla beynəlxalq tədqiqat qrup tərəfindən aparılan araşdırma, iştirakçıların menyusunda flavanol olduğunu hesablayıb. Tədqiqatda kakao, çay, qoz-fındıq, giləmeyvə və alma kimi flavanolla zəngin qidaların qan təzyiqini aşağı salaraq ürək xəstəliklərinin qarşısını ala biləcəyi müşahidə edilib:

"Araşdırmamızda, flavanol qəbulu ilə aşağı qan təzyiqi arasındakı əhəmiyyətli bir əlaqəni görməkdən məmnun olduq. Bu araşdırma qidalanma ilə bağlı əvvəlki araşdırmaların nəticələrini təsdiqləyir".

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür.

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,1 faizi Yasamal, 10,9 faizi Sabunçu, 8,2 faizi Suraxanı, 8,2 faizi Nərimanov, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,9 faizi Xəzər, 5,3 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxma hallarının sayı tədricən azalan istiqamətdə gedir. Ümumdünya Səhiyyə Təşkilatı da dünyada oxşar tendensiyanın müşahidə olunduğunu elan edib. Əsas odur ki, infeksiyanın yayılma sürəti azalır.

Tibb elmləri doktoru, mikrobioloq Vladislav Jemçuqov “Komsomolskaya Pravda”ya müsahibəsində pandemiyanın sonlanmaya yaxın olduğunu deyib.

“Dinamikanı başa düşmək üçün aşkar olunmuş infeksiya ilə aparılan testlərin sayını müqayisə etmək lazımdır. Məsələn, bir milyon test aparılıbsa və 100 min yoluxma göstərilibsə, yarım milyon testdən 90 mini müsbət çıxıbsa, o zaman yoluxma sayında həqiqi azalma olmayıb. Bu səbəbdən statistikaya diqqətlə yanaşmaq lazımdır. Pandemiya o zaman bitir və ya real zəifləmə olur ki, əhalinin 60-70 faizi virusla bu və ya digər formada təmasda olur.

Bir il ərzində əhalinin əhəmiyyətli hissəsi virusla təmasda oldu. Əhali sıxlığının yüksək olduğu ölkələrdə epidemiya yavaşlayır, çünki koronavirusla qarşılaşmayanların sayı getdikcə azalır.

Həkimlərə müraciət etməyən, xəstəliyi simptomsuz keçirən və ya özləri müalicə olunan insanlar olduğundan virusla təmasda olanların dəqiq sayı məlum deyil. Bəzi təxminlərə görə, statistikaya daxil olmayanların sayını müəyyən etmək üçün rəsmi rəqəmləri ən azı 10-a vurmaq lazımdır. Kütləvi immunitet tədricən formalaşır. Odur ki, epidemiyanın yavaşlaması getdikcə daha çox nəzərə çarpır.

Sadə dildə desək, xəstələnmə ehtimalı aşağı düşür. Beləliklə kütləvi immunitet 80 faiz olduqda təbii şəkildə başa çatacaq. Amma pandemiya bütün ölkələrdə eyni vaxtda sonlanmayacaq. Bir çoxunda bu, əhalinin sıxlığından asılıdır. Məsələn, əhalisinin sayı çox olduğuna görə Çin hələ də təhlükəli bölgə olaraq qalır”.

Professor onu da bildirib ki, yeni ştamların yaranması virusların inkişafının təbii prosesidir:

“Pandemiyanın sonlanma prosesi yalnız virusun planına uyğun olaraq baş verəcək. Hər halda pandemiyadan yavaş-yavaş çıxdığımızı demək olar, bütün məhdudlaşdırıcı tədbirlər epidemiya prosesini ləngidir, lakin dayandırmır”.publika

 

 

 
 
 

"Nəzərə alsaq ki, yanvarın ayının 18-dən vaksinasiya prosesinə başlamışıq, martın oratalarında biz prosesi effektiv şəkildə aparsaq, xeyli sayda insanın vaksinasiyasına nail olsaq, bu, xeyli immunitet deməkdir. Bununla yanaşı xeyli insan da xəstələnib və onlarda immunitet formalaşıb. Biz yoxalamalarda görürük ki, bəzi insalarda immonoqlobinin səviyyəsi 100-dən belə yuxarıdır".

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bütün bunlar göstərir ki, immuniteti formalaşanlar da var: "İkinci dalğada xeyli insanlar xəstələndilər. Həm rəsmi statistika, həm də xəstəxanaya müraciət etməyən amblator şəkildə evlərdə müalicə alan şəxslər də var. Əslində buna görə, xəstəliyin sayı azalmaqdadır. Bir tərəfdən karantin tədbirləri, digər tərəfdən yoluxub immunt sistemi formalaşanlar, həmçinin vaksinasiya kollektiv immunitetin yaranmasına gedən yolu qısaltmaq üçündür. Nə qədər bunu ekfektiv aparsaq, biz bu prosesdən az itkilərlə və qısa müddətdə çıxa bilərik.

Əgər immonoqlobin və anticism testləri yüksək olan şəxslər (immunt sistemi formalaşanlar) qısa müddətdə COVID-19-a yoluxa bilməzlər. O şəxslər yoluxur ki, onlar yüngül keçiriblər və immunitet qanda formalaşmayıb".

Fransanın "BioSerenity" şirkəti koronavirusu öldürən qoruyucu maska yaradıb.

Bu barədə BFMTV məlumat yayıb.

Firmanın baş direktoru Mark Fruenin sözlərinə görə, bu maska "virusları bloklamaq" qabiliyyətinə malikdir.

Fərdi müdafiə vasitəsi dörd qatdan ibarətdir. Onlardan biri bakterisid və antivirus xüsusiyyətlərinə malikdir. Qeyd edilir ki, maska birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onu ən çox dörd saat taxmaq tövsiyə edilir.

Maskanın qiyməti 1,49 avrodur. Artıq dünəndən etibarən satışa çıxarılıb. Maskanın cərrahi versiyasının təsdiqlənməsi və tibb mütəxəssislərinə göndərilməsi də planlaşdırılır. (publika.az)

44 günlük İkinci Qarabağ Müharibəsində zərbə və kəşfiyyat PUA-larından istifadə etməklə yeni nəsil savaş texnologiyasını düşmənə nümayiş etdirən Azərbaycan ordusu daha bir "ilk"i reallaşdıacaq.

Əldə etdiyimiz məlumatlara görə, ölkənin Silahlı Qüvvələrinin səsdən sürətlə hərəkət edən pilotsuz uçan aparatla (PUA) təmin edilməsi istisna deyil.

Türkiyənin "Türk Havacılık ve Uzay Sanayii A.Ş." (TUSAŞ) aerokosmik konsernin istehsalı olacaq "Göksungur" zərbə PUA-sı dünyanın ən sürətli və ən effektiv PUA-larından biri olacaq.

"Göksungur"un sürəti 1600 km/saat olacaq. Yəni bu PUA səmada səsdən sürətlə uçaraq hazırda Türkiyənin Hərbi-Hava Qüvvələrindəki F-16 və F-4 qırıcılarında olan yeni "Gökdoğan" və "Boqzdoğan" raketləri ilə təchiz ediləcək.

TUSAŞ-ın 18 ayda ərsəyə gətirdyi və 49 saat fasiləsiz uçuşu, yəni 2 sutkadan artıq havada qala bilmə imkanı ilə "Baykar Makina"nın istehsalı olan "Bayraktar TB-2"yə aid fasiləsiz havada qalma rekordunu qıran "Aksungur"un sınaqları davam edərkən "Göksungur"la bağlı işlər daha daha da sürətlənib.

"Göksungur"un əsas özəlliklərindən və üstünlüklərindən biri də onun radarlarda özünü F-16 "Fighting Falcon" qırıcısı kimi göstərib patensial düşməni aldada bilməsidir.  

12 km yüksəlikdə uçaraq 750 kq faydalı yük daşıya biləcək "Göksungur" istənilən hava şəraitində döyüş tapşırıqlarını yerinə yetirə bilir. Türkiyə istehsalı olan LUMTAS, MAM-L, "Cirit", MAM-C və miniatür aviabombalar daşıya bilən bu PUA həddən ziyadə yüksək zərbə effektivliyinə malikdir.

"Göksungur" qırıcı təyyarədən də idarə oluna biləcək və bu minvalla bu PUA-lardan 3-ü səmada "döyüş qanadı" formalaşdıracaq.

"Göksungur " Türkiyə istehsalı olan reaktiv "Şimşek" mühərrikinə malikdir ki, bu da PUA-ya 1600 km/saat sürətlə uçmaq imkanını verir.

Yeni PUA ilk uçuşunu bu ilin ortalarında gerçəkləşdirəcək.

"Göksungur"un seriya istehsalı başlayandan sonra onun Azərbaycana satılması da nəzərdə tutulub. (milli.az)

Koronavirus infeksiyasının ağırlaşma mərhələsi arxada qalsa da orqanizmə, xüsusən ürəyə mənfi təsir edə bilər.

 COVID-19-dan sonra ürək çatışmazlığı bütün ağır xəstələrdə və yaşlılarda eyni formada müşahidə edilməyə bilir.

Bəs, koronavirusun ürəyə təsir etdiyini göstərən əlamətlər hansılardır?

Asteniya

Fiziki yorğunluğun hiss edilməsi, ürəyin sürətli və nizamsız döyünməsi.

Aşağı təzyiq

Miyokardit zamanı ürəy döyüntüsünün zəifləməsi orqanın böyüməsinə və qan dövranının pozulmasına səbəb olur. Bu da qan təzyiqinin ani bir şəkildə düşməsinə və ürəyin şişməsinə səbəb ola bilər.

Sinə ağrısı

Sinə ağrısı ağciyər funksiyasının azalması, nəfəs darlığı və ürək problemləri ilə əlaqələndirilə bilər. COVID-19-a yoluxan zaman ürək tənəffüs problemləri səbəbiylə oksigenli qan çatışmazlığı yaşayır. Bu da hüceyrələrə zərər verir və şiddətli sinə ağrısı ilə müşayiət olunur.

Mavi rəngli dəri tonu

Dodaqlar və ya üzün dərisi mavi rəngə boyana bilər.

Başgicəllənmə

Bəzi tədqiqatçılar koronavirus infeksiyasının postural ortostatik taxikardiya sindromuna da səbəb ola biləcəyinə inanırlar. Bu problem sinir sisteminin disfunksiyası ilə xarakterizə olunur ki, bu da ürəyin döyünmə dərəcəsi və qan təzyiqində qeyri-adi bir tarazlığa səbəb olur. Taxikardiya başgicəllənmə, nizamsız ürək atışı və ümumi zəiflik kimi simptomlarla özünü göstərə bilər. (Sfera.az)

Alimlər koronavirus molekulasının hansı rəngdə olmasını araşdırıblar.

Bu barədə "Le Parisien” qəzeti yazıb.

"Koronavirusun əsl rəngi qara və ağdır”, - Ali Sosial Elmlər Məktəbinin professoru Andre Güter izah edib. O SARS-CoV-2 molekulasının ölçüsünün işıq dalğasının uzunluğundan az olması ilə əlaqədar bunun şərti olduğunu əlavə edib.

Ekspert bildirib ki, o, forma baxımından şarvari yığına oxşayır.

"Qırmızı, sarı, mavi və çəhrayi rənglərini detalları daha yaxşı seçmək üçün istifadə edirlər. Eyni şey üçölçülü görüntülərə də şamil edilir”, - Günter bildirib. (report)

Bazardüzündəki yüksəkliyə “Zəfər zirvəsi” adı verildi

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.

Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.

Qusar rayonunun Laza kəndi ölkəmizdə şəlalələri ilə məşhurdur.

Baku TV xəbər verir ki, kənd yay və qış fəsilində öz gözəlliyi ilə seçilir.

Qış aylarında kəndin dörd tərəfindəki şəlalələr donaraq əsrarəngiz görüntü yaradır.
Kəndin gözəlliyi onu turistsiz qoymur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xəbər lenti