![]() |
|
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.
"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər", - deyə Mərkəzdən bildirilib.
Departamentdən veriləm məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.
Oxu.az xəbər verir ki, xəbər verir ki, Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı Mümtaz Xəlilzadə efirdən tamaşaçılara səslənib. Gənc diktor “Xəbərlər”in növbəti buraxılışını bu sözlərlə tamamlayıb:
“Hörmətli tamaşaçılar, bizi izləməyə davam edin. Əmin ola bilərsiniz ki, evdə oturub televizora baxmaq, reanimasiyada uzanıb tavana baxmaqdan daha yaxşıdır. Salamat qalın, ən əsası sağlam qalın”.
Aparıcının bu çağırışı sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirələrə səbəb olub və həmkarları tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Mümtaz Xəlilzadə bir sıra rəsmi dövlət tədbirlərinin və Azərbaycan Televiziyasının efirində yayımlanan intellektual verilişlərin aparıcısı olub
Öncə qeyd edək ki, karantin yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə tətbiq olunan epidemiya əleyhinə rejimli proflaktika tədbirləri sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər insanların həyatını və sağlamlığını mühafizə etmək üçün görülür.
Koronavirusun ilk olaraq, yayıldığı Çin yanvar ayından etibarən, bu istiqamətdə bir səra tədbirlər həyata keçirib. Bütün idman yarışlarının, təhsil müəssisələrinin fəaliyətinin dayandırıldığı Çin artıq koronavirusu lokallaşdırmaq üzrədir. Bu səbəbdən, növbəti aydan müəssisələrin yenidən fəaliyyətə başlayacağı, idman yarışlarının bərpa ediləcəyi və bir sıra digər qadağaların aradan götürüləcəyi gözlənilir.
Türkiyədə martın 16-dan etibarən bütün ibtidai və orta məktəblər, eləcə də liseylər tətilə buraxılıb, əyləncə məkanları bağlanıb. 60 yaşdan yuxarı hakim və prokurorlara işləməmək tapşırığı verilib, Notarial kontorlar qapalı elan edilib. Yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində Türkiyədə indiyə kimi 211 670 iş yeri bağlanıb. Eyni zamanda, həftənin şənbə və bazar günləri meşəliklər, dəniz kənarı yerləri də daxil olmaqla, bütün gəzinti və istirahət zonalarına giriş qadağan olunub. Türkiyədə koronavirusun yayılması təhlükəsi ilə əlaqədar martın 27-də 12 kənd və qəsəbədə karantin rejimi tətbiq edilib.
Koronavirus pandemiyasından ən çox əziyyət çəkən və böyük itkilərə məruz qalan ölkələrdən biri də İrandır. Orada bütün növ idman tədbirləri təxirə salınıb. Prezident Həsən Ruhaninin sərəncamına əsasən, İranda 3 milyon ailənin dövlətdən maddi yardım alması nəzərdə tutulub. Ölkədə 85 minə yaxın dustaq müvəqqəti olaraq, evə buraxılıb. Satış yerləri və küçələr boşaldılıb. Mağazalarda növbə sistemi yaradılıb. Ölkədə spirt istehsalına qoyulmuş məhdudiyyəti ləğv edilib. Həmçinin cümə namazları da qeyri-müəyyən vaxta qədər dayandırılıb.
Gürcüstan hökuməti isə Kvemo- Kartli bölgəsinin Bolnisi və Marneuli bələdiyyələrinin ərazisində karantin rejimi tətbiq edib. Belə ki, həmin bölgədə koronavirusa yoluxma halları qeydə alındığına görə Marneuli və Bolnisi bələdiyyələrinə giriş-çıxış məhdudlaşdırılıb, bütün ictimai iaşə müəssisələri bağlanıb. Yalnız aptek və xəstəxanalar, ərzaq mağazaları və digər vacib infrastruktur obyektləri fəaliyyət göstərir. Mövcud şəraitdə isə Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) əlaqədar Fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fövqəladə vəziyyət rejiminə riayət etməyən fiziki şəxslər 3000 lari, hüquqi şəxslər isə 15000 lari cərimələnəcək.
Rusiyada da yaşından asılı olmayaraq, ölkə ərazisində hamı üçün özünütəcrid rejimi tətbiq olunub. Evi tərk etməyə ancaq təcili tibbi yardım çağırmaq üçün, həmçinin həyat və sağlamlığa təhlükə halında olan zaman icazə verilir. Bundan başqa, işə getməyə məcbur olan Moskva sakinlərinə evdən çıxmağa icazə veriləcək. Eyni zamanda, ən yaxın mağazadan və aptekdən alış-veriş etməyə, ev heyvanları ilə yaşadığı ünvandan 100 metrdən çox olmayaraq məsafədə gəzməyə və zibil atmağa icazə verilir. Yaxın günlərdə isə küçəyə çıxmaq ancaq xüsusi buraxılış icazəsi ilə mümkün olacaq. Bu buraxılış icazəsi Moskva hökuməti tərəfindən şəhər sakinlərinə veriləcək. Rusiyanın İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, karantin rejimini pozan şəxsin ucbatından kimsə virusa yoluxaraq ölübsə, o zaman fiziki şəxslər 150 min rubldan 300 min rubla, hüquqi şəxslər isə 300 mindən 500 min rubla qədər cərimə olunacaqlar.
Koronavirusdan ölənlərin sayına görə ikinci yerdə olan İtaliyada artıq fövqəladə vəziyyət elan edilib. İnsanlara əsaslı səbəb olmazsa, küçəyə çıxmamaq göstərişi verilib. Muzeylər bağlanıb, ölkədə bütün növ idman yarışları təxirə salınıb, əmək fəaliyyəti dayandırılıb. Marketlərdə və mağazalarda növbə sistemi qurulub. Karantin tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək polis və ehtiyac yarandığı hallarda ordu strukturlarına tapşırılıb. Bununla yanaşı, ölkə ərazisində aviauçuşlar da dayandırılıb.
Koronavirusa yoluxma hallarının qeydə alındığı Azərbaycanda isə bütün kütləvi tədbirlər, o cümlədən, mədəni-idman tədbirləri təxirə salınıb, təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Toy məclislərinin keçirilməsi qadağan edilib. Dəfn istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Restoran və kafelərdə iş rejimi tamamilə dayandırılıb, həmin məkanlarda kütləvi şənliklərin, məclislərin təşkili tam məhdudlaşdlırılıb. Tibb müəssisələrində müalicə alan şəxslərin yaxınları tərəfindən ziyarəti qadağan edilib.
Bundan başqa, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib. Supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb. Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargah əhalini evdə qalmağa, özünütəcrid rejiminə riayət etməyə çağırıb. Qurum koronavirus simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli “qaynar xətt”lərə məlumat verməyi tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd olunub ki, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan edilir.
Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
Xezerxeber.az məlumat verir ki, küçələrdə olan vətəndaşlar da yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər. Əksəriyyəti isə qayda və tövsiyələrə əməl edirlər.
İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.
Qeyd edək ki, sosial izolyasiya tədbirləri qarşıdakı aprel ayı boyunca da davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
APA Tv xəbər verir ki, polis əməkdaşları qiymətlərlə maraqlanıblar, əczaçılarla profilaktik söhbətlər aparıblar.
Aptek rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub. Yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı inzibati qaydada tədbir görüləcəyi diqqətə çatdırılıb.
Park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da marifləndirici söhbətlər aparılıb.
Özlərini və ailə üzvlərini yoluxa biləcək xəstəlikdən qorumaq üçün evlərinə getmələri istənilib.
Əksər vətəndaşlar ərazini tərk ediblər.
Evinə yemək sifariş verən Kardaşyan bu barədə video çəkərək “İnstagram” səhifəsində paylaşıb. O, görüntüdə lahmacunları göstərərək, məşhur türk təamını “Bu erməni pizzasıdır” deyə şərh edib.
Bunu görən türklər hiddələnib. Onlar porno aktrisanın paylaşımına çoxsaylı narazılıq mesajları yazaraq, onun yalan danışdığını bildiriblər.
Aktrisaya şərh yazanlar arasında Türkiyənin məşhurları da olub. Müğənni Demet Akalin və Ebru Polat da bu paylaşıma biganə qalmayaraq ona cavab veriblər.