|
TƏBİB-dən verilən məlumatda deyilir ki, tibbi maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır.
Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır.
Tibbi maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir.
Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir.
İstifadə edilmiş tibbi maskanın çirklənmədiyi düşünülsə də, əsla təkrar istifadə olunmamalıdır.
Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 18-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
RİA “Novosti” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, alimlər koronavirusa yoluxmuş altı xəstənin ağciyərini təhlil ediblər. Nəticədə müəyyən edilib ki, COVID-19 virusu SARS virusundan fərqli olaraq, 48 saat ərzində 3,2 dəfədən çox patogen yaradır. Bu halda yeni koronavirus daha ləng immun və iltihab reaksiyalara səbəb olur, bu isə onun aşkar edilməsini çətinləşdirir.
Nəşr qeyd edib ki xəstəliyin əlamətlərinin olmaması və ya yalnız yüngül simptomlar koronavirusun bütün dünyada qarşısının alınmasını ağırlaşdırır.
Bu gün həkimlər koronavirusa qarşı mübarizədə öndə gedirlər. Onlar həyatlarını təhlükəyə ataraq yoluxanlar ilə daim təmasda olurlar.
Media.Az onlardan biri – həkim-pulmonoloq, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının dosenti Ceyhun İsmayılzadə ilə söhbət edib.
- Koronavirus xəstələri ilə daim ünsiyyətdə olursunuz?
- Bəli, indi Azərbaycan Tibb Universitetinin terapevtik klinikasında işləyirəm. Virusa yoluxanlar martın 20-dən buraya gəlməyə başlayıblar. Üç növbə ilə işləyirik: saat 08:00-dan 16:00-a, 16:00-dan 00:00-a və 00:00-dan 08:00-a qədər.
- Bu tibb müəssisəsində təsdiqlənmiş diaqnozu olan neçə xəstə var?
- Hazırda 100 nəfərdən çox xəstə var.
- Xəstələr hansı palatalarda yerləşdirilir?
- Həm tək, həm iki nəfərlik, bəzən də üç nəfərlik otaqlarda. Qeyd edim ki, əksər hallarda xəstələr simptomsuz olur. Üstəlik, onlar virus daşıyıcılarıdır.
- Bəs onlarda virus necə aşkarlanır?
- Bir qayda olaraq, koronavirusa bənzər simptomları meydana gələn vətəndaşlar təcili yardım çağırırlar. Onlar müayinə olunur və test nəticələri müsbət nəticə verərsə, həmin şəxs xəstəxanaya yerləşdirilir. Sonra onun təmasda olduğu adamları test edirik. Sadəcə, onların arasında simptomsuz, eyni zamanda, daşıyıcı olan xəstələr də var. Buna görə, belə xəstələr də xəstəxanaya aparılır.
- Onlar da müalicə olunur?
- Xüsusi müalicəyə ehtiyac yoxdur, adətən yalnız baş ağrısı həbləri, sakitləşdirici dərmanlar qəbul edirlər. 14 gündən sonra hamı təkrar testdən keçirilir. Virus aşkarlanmadığı təqdirdə, şəxsin evə getməsinə icazə verilir. Lakin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri vətəndaşlara yazılı tövsiyələr verirlər. Bütün müalicə olunan şəxslər bu sənədi imzalayaraq, tövsiyələrə riayət etməyi öhdələrinə götürürlər.
- Tövsiyələr nələrdir?
- Vətəndaşlara evdə 7-14 gün müddətində təcrid olunmuş vəziyyətdə qalmaları tövsiyə olunur. Bütün profilaktik təhlükəsizlik tədbirlərinə əməl etmək - əlləri yumaq, sosial məsafəni saxlamaq...
- Test nəticələri hansı müddətdən sonra məlum olur?
- Əvvəllər bir neçə gün çəkirdi, indi bir neçə saat kifayətdir. Virusun müəyyən edilməsi üçün bəzən gündə 4000-ə qədər test edilir. Hər bir ixtisaslaşdırılmış xəstəxana lazımi miqdarda dərmanla təchiz edilib.
- Xəstələr hansı dərmanlarla müalicə edilir?
- Xəstəliyin yüngül bir mərhələsi üçün simptomatik müalicə təyin olunur. Ciddi xəstələrə virus əleyhinə dərmanlar verilir, məsələn, ritonavirlə lopinavir, doronovir, levofloksasin, azitromisin və s. verilir. Kəskin tənəffüs çətinliyi sindromu olan xəstələr bir ventilatora qoşulur.
- Yoluxanların yerləşdirilməsi prosesi necə tənzimlənir?
- Təcili yardım maşını yoluxmuş şəxsi gətirir. Qəbul şöbəsində daim xəstələri paylaşdıran həkimlər var. Orta və ağır xəstələr dərhal reanimasiya şöbəsinə, qalanları palatalara göndərilir.
- Hansı simptomlar koronavirus infeksiyasının mövcudluğunu göstərir?
- Tipik olaraq, bu bir temperatur, öskürək, boğaz ağrısı, quru burun, boğaz, aşağı tənəffüs yollarında quruluq və nəfəs darlığıdır.
- Xəstəxanada ağır xəstələr çoxdur?
- 90% hallarda koronavirus normal qrip kimi davam edir. Risk altında yaşlılar və xroniki xəstəlikləri olan insanlardır. Xəstəxanamızda vəziyyəti orta ağır olan bir neçə xəstə var. Qarışıq xroniki xəstəliklərin olması səbəbindən onların vəziyyəti pisləşir. Ancaq tənəffüs aparatı qoşulmuş ağır xəstələrimiz yoxdur.
- Ölkəmizdə kifayət qədər tənəffüs aparatı var?
- Bütün xəstəxanalar lazımi (hətta ehtiyatda belə) tənəffüs aparatı ilə təchiz olunub.
- Tibb işçiləri və xəstələrdən əlavə, xüsusi müalicə xəstəxanalarında daimi başqa kimlər olur?
- Hər mərtəbədə polis var.
- Növbədən sonra evə gedirsiniz, yoxsa sizin müvəqqəti yaşayışınız üçün yer ayrılıb?
- Həkimlər, ümumiyyətlə, bütün tibb personalı otellərdə yaşayır. Mən və 700-ə yaxın insan “Bulvar Bakı” otelində yaşayırıq, burada bizim üçün gündə üç dəfə yemək daxil olmaqla, hər cür şərait yaradılıb. Pandemiya zamanı koronavirus xəstələri ilə təmasda olan həkimlərə ailəsi və yaxınları ilə görüşməyə icazə verilmir.
- Xəstəxanaya necə gedirsiniz?
- Bizim üçün xidmət avtobusu gəlir, həkimləri və digər tibb işçilərini xüsusi müalicə xəstəxanalarına aparır.
- Hazırda ölkədə onların sayı nə qədərdir?
- Azərbaycanda 22 bu cür tibb müəssisəsi var.
- Lazımi qoruyucu vasitələrlə təmin olunmusunuz?
- Əlbəttə! Xüsusi qoruyucu kostyumlarımız, maskalarımız (N95) və gözlüklərimiz var. Bütün bunları növbədən və ya şöbədən çıxdıqdan dərhal sonra atırıq.
- Xəstələrimizin ən çox nəyə ehtiyacı var?
- Tibbi personalın yüksəs diqqətinə. Növbəm bitəndə həmişə hər bir xəstənin yanına gedirəm, onların səhhətləri ilə maraqlanıram, əhvallarını yüksəltməyə çalışıram. Bəli, həkimlərin daim xüsusi kostyumlarda olması çətindir, maska çox darıxdırır, demək olar ki, hər kəsin üzündə iz qalır. Ancaq bütün çətinliklərə baxmayaraq, bizim üçün ən vacib olan insan həyatıdır.
- Maaşınızın artımını almısınız?
- Düşünürəm ki, ölkə üçün belə çətin vəziyyətdə bu barədə düşünmək heç də etik deyil. İndiyə qədər heç bir müavinət almamışıq, amma alacağımıza şübhəm yoxdur.
- Sizcə epidemiya nə vaxt azalacaq?
- Əvvəlcə epidemiya öz pik nöqtəsinə çatmalı və yalnız bundan sonra azalmalıdır. Mən yalnız koronavirusun may ayının sonundan etibarən azalacağını güman edə bilərəm, ancaq pik hədd aprelin sonu və ya mayın əvvəlində olacaq.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq.
Şimal küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunundan 767 mmm civə sütununadək təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Milli.az xəbər verir ki, ABŞ-ın "Biobot Analytics" tibbi araşdırma qurumu Massaçusets ştatındakı tullantı sularında gözləniləndən daha çox yeni tip koronavirus qalıqları tapıb.
Hesabat tibb sahəsində hələ ki, rəsmi təsdiq edilməmiş araşdırmaların dərc edildiyi "MedRxiv" saytında yer alıb.
Bildirilib ki, "Biobot Analytics" araşdırma komandası 18-25 mart tarixində Massaçusetsdə böyük bir xəstəxananın tullantı sularından qalıqların DNT-lərini götürüb və müşahidə aparıb. Beləliklə, virus hissəciklərinin neçə müxtəlif insandan gəldiyini təxmin edə biliblər.
Milli Ümumi Elmlər İnstitutu tərəfindən dəstəklənən araşdırma nəticəsində bölgədə ən az 2 min 300 nəfərin virusa yoluxduğu ortaya çxıb. Eyni tarixdə Massaçusetsdəki yoluxma faktı isə rəsmi olaraq 446 olub.
Gələcəkdə pandemiyaları ölçmək üçün istifadə oluna bilər
Massaçusets Texnologiya İnstitutu (MIT) və Harvard kimi məşhur universitetlərin araşdırmaçılarının imzası olan sənəddə tullantı su analizləri metodunun testlərin olduqca az keçirildiyi dövrdə virusun nə qədər insana yayılmış ola biləcəyinin ölçülməsi üçün istifadə edilməsi qeyd olunub.
Əlavə edilib ki, tullantı sularındakı viruslar əhali üçün risk daşımır.
Son rəqəmlərə görə, ABŞ-da 268 min 887 nəfər koronavirusa yoluxub. Onlardan 16 min 697-si dünyasını dəyişib. 25 min 928 nəfər sağalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən Aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.