|
Televiziyanın efirində yayımlanan "Ağ & Qara” verilişinin şərti qonağı “koronavirus” oub. O, aparıcının suallarını cavablandıraraq, onunla psixoloji – fəlsəfi dialoq aparıb.
Daha ətraflı videoda izləyə bilərsiniz:
Qadağalara rəğmən Sumqayıtın 7-ci mikrorayon ərazisindəki fəhlə bazarına toplaşan, günəmuz iş axtaran fəhlələr sözün əsl mənasında şok yaşayıblar.
Hadisənin şahidləri danışır ki, bazarın qarşısında qara rəngli "Lexsus" markalı cip dayanıb. Avtomobildən düşən gözəl xanım bütün fəhlələri yanına çağırıb, onlara pul paylaıb.
Daha ətraflı videodan izləyin:
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Media.az koronavirus infeksiyası aşkarlanan Azərbaycan vətəndaşlarından biri ilə danışa bilib.
Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olan 32 yaşlı Neftçala rayon sakini adının açıqlanmamasını istəyib.
- COVID-19-a harada və necə yoluxduğunuzu təxmin edə bilirsiniz?
- Heç bir fikrim yoxdur. Karantin elan edilməmişdən əvvəl, bir çox obyekt hələ bağlanmamış mən aktiv həyat tərzi keçirirdim: gəzir, bazara və dükanlara gedirdim. Düşünürəm ki, koronavirusa yoluxmuş şəxsin təmasda olduğu səthə toxunduqdan sonra əllərimi gözlərimə və ya ağzıma vurmuşam, axı buna nəzarət etmək çətindir.
- Virusun ilk əlamətlərini nə vaxt hiss etdiniz?
- Martın 26-da özümü pis hiss etdim. Nəfəs almaq mənim üçün çətin idi, boğulma tutmaları oldu, temperaturum bir az yüksəldi. Həmin gün İtaliyada və İspaniyada insanların koronavirusdan kütləvi şəkildə öldüyü barədə çoxlu xəbərlər oxudum və təlaşa düşdüm. Koronavirusa yoluxduğum barədə fikirlər məni rahat buraxmırdı. Nə qədər həyəcan keçirirdimsə, bir o qədər də halım pisləşirdi.
- Təcili yardım çağırdınız?
- Mediada yazırdılar ki, nəfəs almada çətinləşmə və yüksək qızdırma olarsa, təcili tibbi yardıma müraciət etməliyik. Anladım ki, həqiqətən də, məndə koronavirus varsa, digər insanları da yoluxa bilərəm. Əvvəldən səhhətim barədə məlumat verməklə həkim çağırdıq.
- Koronavirus testindən keçdiniz?
- Bəli, həkimlər boğazımdan yaxma götürdülər, otaqdan çıxmağı və digər ailə üzvləri ilə təmasda olmağı qadağan etdilər. Yaşadığım evin həyətində yaşamaq üçün hər cür şəraiti olan otaq var. Mən analizin nəticəsi bilinənə qədər bir müddət özünütəcrid məqsədi ilə ora köçdüm. Bu müddət ərzində temperaturum gah yüksəlirdi, gah da sabitləşirdi. Özümü çox pis hiss etdiyimi deyə bilmərəm.
- Cavabı nə vaxta qədər gözləməli oldunuz?
- Martın 31-də həm təcili yardım maşını, həm də polis gəldi. Dedilər ki, təcili olaraq məni karantinə almaq lazımdır, çünki testdə koronavirusa yoluxduğum təsdiqlənib. Beləliklə, məni Masallı Rayon Mərkəzi Xəstəxanasına apardılar.
- Ailəniz də karantinə alındı?
- Bəli, amma xəstəxanada yox. Onlar evdə özünütəcrid vəziyyətindədirlər. Onlardan da COVID-19 testi götürülüb, amma nəticələr hələ bilinmir. Ümid edirəm ki, mənfi olacaq.
- Müalicəniz necə keçir?
- Özümü yaxşı hiss etdiyimə və temperaturumun 38 dərəcədən çox olmamasına görə mənə dərman vermirlər. Məni daha çox müşahidə altında saxlayırlar, vəziyyətimə nəzarət edirlər. Burada qalmağımın əsas məqsədi karantin tədbiridir. Başqalarına yoluxdurmamağım vacibdir.
- Vəziyyətinizi təsvir edin...
- Tipik simptomlarım yoxdur: başım ağrımır, başgicəllənməm, qusma və ishal yoxdur, boğazım ağrımır, burnum tıxanmır, dad və qoxu hiss edirəm, hətta öskürək belə olmur. Yeganə problemim qızdırma və zəiflikdir.
- Xəstəxana şəraiti necədir?
- Hər şey məni qane edir. Vəziyyətim mütəmadi yoxlanılır, temperaturum ölçülür, testlər üçün qan verdim. Səhiyyə işçilərinin qayğısını hiss edirəm. Bütün xəstələrə çox nəzakətlə davranırlar. Bizə vaxtında yemək verirlər. Yalnız şüşə butulkada olan su içirik. Palatalar təmir olunub, təmizdir. Mənə izah etdilər ki, mənim vəziyyətimdə dərmanlara ehtiyac yoxdur, çünki bədənim cavandır, virusa uğurla müqavimət göstərir və hər şey nəzarət altındadır.
- Bəzi insanlar təcrid olunmaqdan qorxaraq, təcili yardım çağırmırlar...
- Karantindən qorxmayın. Burada pis bir şey yoxdur. Bu, cəmiyyətin təhlükəsizliyi, Azərbaycanda insanların sağlam qalması üçün edilir. Məsuliyyətli olmalı və yalnız özünüzü deyil, yaşlılar və xroniki xəstəlikləri olan insanları da düşünməlisiniz. Normal vaxtlarda hərarətiniz varsa, heç kim sizi təcrid etməz.
- Oxucularımıza nə demək istərdiniz?
- Güclü immuniteti olan gənclər koronavirusa yaxşı tab gətirirlər. Düşünürəm ki, hətta xəstələndiyini fərq etmədən sağalan insanlar var. Mənim tövsiyəm təlaşa düşməmək, hər şeyə məsuliyyətlə yanaşmaq, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün həkimlərin və hökumətin bütün tapşırıqlarına əməl etməkdir.
Xəstəliyi asan keçirə bilərsiniz, ancaq ehtiyatsızlıq səbəbindən zəif immunitet sistemi olan insanları yoluxdurarsınız, hansı ki, hətta ölümlə nəticələnə bilər. Küçəyə çıxmamağa çalışın, çünki insanlar COVID-19-a yoluxduğunu anlamaya bilər. Bütün azərbaycanlıları əlləri yumaq və spirtləmək, özünütəcrid barədə tövsiyələrə əməl etməyə çağırıram.
Həmçinin, insanlardan koronavirusa yoluxanlara dəstək olmalarını xahiş etmək istərdim. Mənəvi dəstək bizim üçün çox vacibdir. Bu, təlaşa düşməməyimizə kömək edir. Yaxınlar, qohumlar, dostlar nə qədər tez-tez zəng etsələr, maraqlansalar, özümü bir o qədər yaxşı hiss edirəm, xəstəlik daha az yadıma düşür.
Əgər belə dostlarınız varsa, onda videozəng etmək üçün ərinməyin, axı bu, çox ucuzdur. Təsəvvür edin ki, illərlə görmədiyim insanlar mənə zəng edir. Məsələn, dünən mənimlə paralel sinifdə oxuyan tanışım zəng edib. O, mənim nömrəmi tapıb və dəstək üçün mənimlə əlaqə saxlayıb.
Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir. Yol-xeber.az xəbər verir ki, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur. Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir.
Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş altı nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.
Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
2016-cı il aprelin 1-dən 2-nə keçən Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə “4 günlük Aprel döyüşləri” kimi Azərbaycan ordusunun qələbəsi ilə qızıl hərflərlə düşdü.
Bu döyüşlət nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdığı mif darmadağın edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilməyərək geri oturmaq zorunda qaldı. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə darmadağın edildi.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Aprel döyüşləri bird aha sübut etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Münaqişə hər an alovlanıb region öz cənginə ala bilər. Çünki rəsmi Bakı hər zaman bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını sübut etdi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib.
Ali Baş Komandan İlham Əliyev hər zaman bəyan edib ki, Ermənistanın müstəqil bir ölkə kimi varlığı öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır:
"Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik”.
Ali Baş Komandan onu da əlavə edib ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir: “Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".
Prezident İlham Əliyev onu da hər zaman bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
O baxımdan da müasir Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan “Aprel döyüşləri” Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. İnanırıq ki, Azərbaycan ordusu sözünü deycək və işğal altında olan torpaqlar erməni işğalından azad ediləcə. Və o gün uzaqda deyil.
Onu da qeyd edək ki, 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.
"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər", - deyə Mərkəzdən bildirilib.
Departamentdən veriləm məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.