|
Bu il aprelin 13-15-də Moskva şəhərində “TransRussia 2020” 25-ci Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçiriləcək.
Yol-xeber.az-ın məlumatına görə “Report” bu barədə “ADY Express” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, “Krokus Ekspo” sərgi mərkəzində baş tutacaq nüfuzlu sərgidə “ADY Express” MMC də iştirak edəcək.
"Stendimizin nömrəsi – D597. Sizi stendimizdə görməkdən və işgüzar əlaqələri müzakirə etməkdən məmnun olardıq", - məlumatda bildirilir.
Video-çarx şəklində hazırlanan tövsiyələrdə qızdırma, öskürək, ürəkbulanma, nəfəs darlığının respirator xəstəlik əlamətləri olduğu qeyd olunub.
Bundan başqa, tövsiyələrdə COVİD-19 xəstəliyi rəsmi olaraq qeydə alınan ölkələrə səyahət edən şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulduğu yer alıb.
“Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Özünüzdə respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”, - TƏBİB-in tövsiyələrində vurğulanıb.
Bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u qeyri-iş günüdür.
Azərbaycanda koronavirusun yayılmasına qarşı ciddi profilaktik işlər aparılır. Son zamanlar universitetlərdə, məktəblərdə, bağçalarda, nəqliyyat vasitələrində, avtobuslarda və insanların kütləvi toplaşdığı istənilən digər yerlərdə dezinfeksiya işləri aparılıb. Bu proses hazırda davam etdirilir.
Bəsit gigiyenaya əməl etməklə koronavirusdan qorunmaq olar.
Koronavirus epidemiyası əsasən hava və damcı yolu ilə keçir. Təbii ki, bu da insanların daha az məsafədə ünsiyyətdə olmasından asılıdır. İctimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən vətəndaşlar mütləq əllərini tez-tez sabunla yumalıdırlar.
Əgər yumaq imkanı yoxdursa, yanınızda spirt götürün, bununla əllərinizi yusanız kifayət edər. İnsanların çox toplaşdığı yerlərdə az olmağa çalışın.
Bir metrdən artıq təmas olarsa, o zaman yoluxma ehtimalı xeyli aşağı düşür.
Tez-tez əllərinizi su və sabunla yuyun. Öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək yemədən əvvəl və sonra, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllərinizi mütləq yuyun.
Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun. Əlləriniz çirkli görünməsə belə, onları spirt tərkibli təmizləyici ilə silin.
İş yerində oturduğunuz masanın üstünü, üzərindəki telefon, kompüter, klaviatura və digər əşyaları da mütəmadi olaraq dezinfeksiya edici maddələrlə silin.
İş yerində əməkdaşlar, eyni zamanda, oraya ziyarətə gələn şəxslər mütəmadi olaraq əllərini sabunla yumalıdırlar. Nəticədə əllərinizi yumaqla üzərində olan koronavirusu məhv edirsiniz.
Dezinfeksiya maddələri masa ətrafında saxlanılmalıdır.
Yemək bişirdikdən əvvəl və sonra da əllərinizi yuyun. Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin, xəstə və ölü heyvanlar yeyilməməlidir.
Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska geyinin, işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın, canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.
Koronavirusun əşyalar vasitəsi ilə də keçmək ehtimalı var. Virus əşyalar vasitəsilə də keçir. Məsələn, bir əşyanı xəstə istifadə edir və biz də həmin əşyadan istifadə edib əlimizi gözümüzə, burnumuza vursaq, o zaman yoluxa bilərik.
Tövsiyə olunur ki, xəstə insanlarla təmasda olunmasın. Su içərkən də diqqətli olun. Mənşəyi bəlli olmayan sulardan istifadə etməyin.
Tibbi maskalardan istifadə edilsə, daha yaxşı olar. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var. İki saatdan artıq istifadə edilməməlidir. İki saatdan artıq istifadə edilmiş maskalar öz keyfiyyətini itirir.
Axar.az xəbər verir ki, sərnişinlər həmin şəxsin maskanı iki manata satdığını bildiriblər.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin xəbərdarlığından sonra ölkədəki apteklər tibbi maskalarla təmin olunub. Həmin maskalar apteklərdə 20 qəpiyə satılır.
Bakı metrosunda çəkilmiş videonu təqdim edirik:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
"Sürücü məsuliyyətsizliyi ilə bağlı halların aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verir". Bunu yol-nəqliyyat eksperti Azər Allahverənov deyib. O, avtobus sürücülərin ən çox yol verdiyi nöqsanlardan bəhs edib: “Əvvəlki qədər olmasa da, sürücülərin sərnişinlərlə davranışı zamanı və ya hərəkət anında yol verdiyi nöqsanlar təəssüf ki, hələ də müşahidə edilir. Belə halların aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edərək bildirib ki, qanunazidd davranışlara yol verən sürücülərlə qarşılaşdıqda dərhal qurumun qaynar xəttinə məlumat versinlər. Burada sürücü məsuliyyətsizliyi deyəndə təkcə inzibati xətalar yox, eyni zamanda sürücülərin sərnişinlərlə və ya digər avtobusların sürücüləri ilə mübahisə etməsi, kobud davranması, siqaret çəkməsi nəzərdə tutulur. Bəzən sürücülərin avtobusu dayanacaqda saxlayıb 10-15 dəqiqəlik getməsi, dayanacaqdan kənarda saxlaması kimi qayda pozuntularına da rast gəlirik. Amma hazırda bu qəbildən olan pozuntuların qarşısının alınması üçün BNA-nın əlində çox ciddi rıçaqlar var”.
Ekspert sürücü özbaşınalıqlarının aradan qaldırılması istiqamətində görülən işlərin öz bəhrəsini verdiyini söyləyib:
“Avtobus sürücülərinin məsuliyyətsiz davranışlarının hələlik tamamilə aradan qaldırılmasa da, belə hallar say etibarilə əvvəlkilərdən çox azdır. Yəni sürücülərlə bağlı şikayətlərə baxılması və müvafiq tədbirlərin görülməsi mexanizmi çox işlək vəziyyətdədir. Sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər qarşısında bu məsələ çox ciddi şəkildə qoyulub.
Sürücülərin maarifləndirilməsi, onların kurslara göndərilməsi yenə də davam etdirilməlidir. Məlum məsələdir ki, sürücülər inzibati xətaya yol verdikdə müvafiq qaydada cəzalandırılır. Amma bu kifayət deyil. Sərnişindaşıma ilə məşğul olan şirkətlər də öz məsuliyyətini dərk etməli, hər hansı bir sürücünün hərəkətində bu kimi hallara yol vermək ehtimallarını minimuma endirəcək bir mexanizm qurmalıdır”.
“MediaPost”
Velosipedlə dünya səyahətinə çıxan gənc səyyah Tieran Freedman ölkəmizdən xoş duyğularla ayrılıb. Yol-xeber.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə səyyah sosial şəbəkədə məlumat paylaşıb. Azərbaycanda xoş qarşılandığını, ona qarşı xüsusi diqqət olduğunu söyləyən Tieran buradan xatirələrini heç vaxt unutmayacağını bildirib: “Azərbaycanda gördüyüm qonaqpərvərilik möhtəşəm idi. Hətta polis belə mənə çay və şirniyyat verdi”.
Təxminən ötən ilin iyun aylarından dünya turuna çıxan səyyahın gəzdiyi 12-ci ölkə Azərbaycandır. Norveç, Polşa, Danimarka, Almaniya, Türkiyə, Gürcüstan yolu ilə səyahət edən gənc yol boyu Azərbaycanın bir çox bölgəsində olub. İlk qonaq olduğu rayon Tovuz olub: “Tovuzda yerli bir ailədə qonaq oldum və onlar məni toya apardı. Həqiqətən bu, mənim üçün maraqlı bir hal idi və mən yeni insanlarla tanış olub, fərqli adət-ənənələr gürdüm. Daha sonra Gəncə şəhərində oldum və orada bloqum üçün maraqlı müsahibələr aldım”.
Gəzdiyi ölkələrdə insanlarla sıx ünsiyyət quran Tieran “The Place The Person The Plate” bloqu üçün maraqlı yazılar hazırlayır. Səyyah Gəncədən Bakıya səyahətində Kürdəmirdə də qonaq olub və qaldığı ailənin onu mehriban qarşıladığını deyir: “Daha sonra, məni Kürdəmirə dəvət etdilər. Oraya çatdığım zaman gec olsa da, ailə məni çox mehriban qarşıladı və mənim üçün süfrə açılmışdı. Dolma, lobya şorbası yedim, şirniyyatlardan daddım”.
Bloqqer ilk başda səyahətini Azərbaycanda sonlandırmaq istəsə də, artıq yeni ölkələr kəşf etmək və bu macəranı davam etdirmək istəyir: “300 km-lik çöl mənzərəli yol ilə velosiped sürdükdən, bir gün boyu Xəzərin sahilini izlədikdən sonra paytaxt Bakıya çatdım. Düzü, Xəzərin sahilindəki magistral yoldan dənizə baxanda Türkmənistan və Qazaxıstana sadəcə gəmi ilə getməyin mümkün olduğunu bilmək bir qədər kədərləndirir. 2019 mənim üçün unudulmaz oldu. Bu yolda mənə dəstək olan hər kəsə minnətdaram”.