|
Yol-xeber.az-ın məlumatına görə, 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.
Cari ildə rayon üzrə ümumi olaraq 6 km ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir, küçə və yollar əsaslı şəkildə bərpa olunur.
Hazırda Nəsimi rayonu üzrə ümumi uzunluğu 3 km-dən çox olan Eldar Tağızadə, Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, Ağadadaş Qurbanov, Süleyman Rüstəm və Əlimərdanbəy Topçubaşov küçələrində təmir işləri son mərhələ üzrə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd olunan küçələr uzun müddət təmir olunmadan istismar olunduğundan hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.
Təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Ümumilikdə təmir işlərinin aparıldığı ümumi sahə 30 min kv.m-dən çoxdur.
Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə daha 2.5 km uzunluğa malik Ceyhun Səlimov, Alı Mustafayev, İbrahim Əbilov və Balababa Məcidov küçələrinin də təmiri icra olunacaq.
Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində isə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə 10 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az-ın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Bununla yanaşı Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq paytaxtın bəzi küçə və prospektlərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə təmir-tikinti işləri icra olunur.
Hazırda təmir işləri Yasamal rayonu üzrə Murtuza Muxtarov küçəsinin Bəsti Bağırova küçəsi ilə kəsişməsindən Süleyman Rəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır.
Uzunluğu 900 metr təşkil edən küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilir. Artıq işlər son mərhələ üzrə icra olunur.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, yeni baxış qapaqları qoyulub.
Ümumilikdə bərpa işlərinin aparıldığı sahə 6900 kv.m təşkil edir.
Bununla yanaşı Yasamal rayonu üzrə İnvestisiya proqramına uyğun olaraq təmir işləri General Həmidov küçəsində də aparılır. 340 metr uzunluğa malik küçədə hazırda yeni səki daşları düzülür. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv.m təşkil edir.
Anoloji işlər uzunluğu 300 metr olan Molla Pənah Vaqif və 600 metr uzunluğa malik Mirəli Seyidov küçələrində də aparılıb. Qeyd edilən küçələrin 7 min kv.m sahəsi təmir olunub.
Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün bərpası ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər agentliyin rəhbərliyinin şəxsi nəzarəti altındadır və işlərin vaxtında yekunlaşdırılaraq küçələrin yeni görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir.
Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1200 metr olan İntiqam Nəbiyev küçəsində təmir işləri aparılır.
Aparılan təmir işləri çərçivəsində küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Qeyd edək ki, qəsəbə üzrə 600 mter uzunluğa malik 1A massivi küçəsində də təmir işlərinin icrası nəzərdə tutulur.
Ümumiyyətlə isə 2021-ci ildə Qaradağ rayonunun Korgöz, Ələt və Lökbatan qəsəbələrində ümumi uzunluğu 6.5 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur ki, artıq Korgöz qəsəbəsində hər biri 500 metr uzunluğa malik 25-ci və 29-cu, həmçinin uzunluğu 300 metr olan 30-cu Korgöz küçələrinin yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Qaradağ rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 27 km olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
YOLUNUZ AÇIQ OLSUN...
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.5 km olan 15-dən artıq küçə və yolun təmiri aparılır.
İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Arif Hacıyev küçəsi idi ki, artıq agentlik tərəfindən müvafiq işlər icra olunur.
Uzunluğu 500 metr təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Küçə boyu aparılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq rayon üzrə İnvestisiya Proqramına əsasən təmiri nəzərdə tutulan digər ərazilərdə də təmir işləri aparılacaq.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN..
Dövlət başçısının Bakı şəhərində küçə və yolların təmir edilməsi işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, Nizami rayonu Əlif Hacıyev küçəsinin Məmmədəli Şərifli küçəsindən Qara Qarayev prospektinə qədər olan hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir edilir.
Əlif Hacıyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.
Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 500 metr, eni isə ortalama 9 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qeyd olunan küçədə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Hazırda Nizami rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Əliağa Kürçaylı küçəsinin Şirin Mirzəyev küçəsindən Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 600 metrə qədər təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bununla yanaşı rayonun Mikayıl Əliyev küçəsinin Babək prospektinə qədər olan 600 metr uzunluğa malik hissəsində də təmir işləri aparılır.
Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN..
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Proqrama çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.
Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri son mərhələ üzrə və yüksək keyfiyyətlə icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Səbail rayonu üzrə təmirə ehtiyacı olan, 10 min nəfərdən çox əhalinin yaşadığı ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Bu çərçivədə sözügedən rayonun 1400 metr uzunluğa malik Yüzbəy Mürsəlov və 2000 metr uzunluğu olan Arif İsmayılov küçələrində aparılan təmir-tikinti işləri son mərhələ üzrə icra olunur. Hər iki küçənin eni ortalama 9 metr təşkil edir.
İşlərin yüksək keyfiyyətlə və nəzərdə tutulan vaxtda yekunlaşması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Səbail rayonu vətəndaşlarının əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
İnvestisiya proqramına uyğun olaraq, agentlik tərəfindən rayon üzrə təmiri nəzərdə tutulan digər küçələrdə də bərpa işləri həyata keçiriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 kilometr təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Proqrama uyğun olaraq, rayonun Xocasən qəsəbəsi üzrə də 4,5 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burada nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq yekunlaşdırılıb.
Sonrakı mərhələdə Binəqədi qəsəbəsi üzrə 5,3 kilometr, Sulutəpə qəsəbəsi üzrə isə 2,6 kilometr küçə və yolun təmiri işləri icra olunacaq.
"Yol-xeber.az"ın məlumatına görə, Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 11.4 km təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Kazımağa Kərimov və Xudu Məmmədov küçələri əsaslı şəkildə təmir edilir.
Təmir-tikinti işləri Xətai rayonu üzrə əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
Cari ilin İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmir-tikinti işlərinin aparıldığı növbəti ərazilər Kazımağa Kərimov və Xudu Məmmədov küçələridir.
Uzunluğu 2.1 km, eni ortalama 8-10 metr təşkil edən Kazımağa Kərimov küçəsi uzun müddət istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla icra olunur.
Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Ümumilikdə tikintinin aparılacağı ümumi sahə 24 min kv.m-dən çoxdur. Yuxarıda qeyd edilən təmir işləri artıq ərazinin 17 min kv.m-lik hissəsində yekunlaşmaq üzrədir.
Xətai rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində də aparılıb. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2.1 km, eni isə ortalama 20 metrə qədər təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41.5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"ın məlumatına görə, Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tikinti işlərinə start verilib. Yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.
39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunda agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihəyə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür.
2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Bununla yanaşı layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində yeni dəmir-beton körpüsünün inşası nəzərədə tutulub ki, bu istiqamətdə artıq köhnə körpünün sökülməsi işləri yekunlaşıb və yeni avtomobil körpüsünün inşasına başlanılıb.
Layihənin sonuncu mərhələsində yol boyu hərkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yolda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, sözügedən avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Bu üzdən yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq. Yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yol bu ərazidə kənd təsərrüfatının inkişafına səbəb olmaqla yol boyu yaşayan əhalisinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...