![]() |
|
Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jaluz-pərdə vurulmasına icazə verilirdi.
Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:
“Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara pllyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır”.
E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:
“Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jaluz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürüclər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək”.
E.Muradlı bildirib ki, hazırkı qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka, jalüzləri açmayan sürücülər cərimələnəcək.
Qeydd edə ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.
Əks istiqamətə çıxan sürücünün təhlükə saçan görüntüsü digər sürücü tərəfindən qeydə alınıb.
Yol-xeber.az xəbər verir ki, noyabrın 11-də Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 99-GH-843 qeydiyyat nişanlı "Opel" markalı taksi avtomobilinin sürücüsü, 1.1 xəttinin tələbini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb. O, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaradıb və yüksək sürətlə hərəkətini davam etdirib.
“Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, “tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”
Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib.
Xatırladaq ki, bir qrup tələbə Z.Hüseynova məktub ünvanlayaraq metroda qatarlar arasında intervalının azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəyiblər.
Ə.Osmanovun sözlərinə görə, tələbələrin qaldırdıqları məsələlərin hamısını həll etmək mümkündür, amma bu məsələlər metro tikiləndə nəzərə alınmalıdır: "Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək, bu, ancaq utopiya kimi görünə bilər. Eyni zamanda 2 dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz. Əlbəttə, biz metromuzu MDB ölkələri ilə müqayisə etməliyik. Biz İstanbul, Dubay, Honkonqla müqayisə apara bilmərik, çünki onlarda başqa bir metrodur. Yəni onlarda yollar, qatarlar başqadır və avtomatik hərəkət təmin olunub. Əgər birdən-birə Dubay olmaq istəsək, bu metronun hamısını söküb təzə CBTC (Rabitə əsaslı Qatar Nəzarəti – Communications-Based Train Control) adlanan sistem gətirməliyik. Bu yeni sistemdə qatarların radiodalğalarla idarə olunması, hərəkət relslərinin şovsuz, yəni tikişsiz olması hesabına sürətli hərəkəti, həm də öndə, ortada və arxada hərəkət edən qatarın bir-birinə maneə törətmədən hərəkət etməsi təmin olunur. Metropoliten çox mürəkkəb struktura malik sərnişin nəqliyyatıdır. Burada sərnişin daşımaq vacibdir, ancaq sərnişinin təhlükəsizliyini təmin etmək, ondan qat-qat üstündür”.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, qurum həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Belə ki, noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.
Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.
Yevlaxın əvvəlki başçısı Qoca Səmədov öz rahatçılığı üçün İcra Hakimiyyəti binasının qarşısından keçən avtomobil yolunu 15 ildən çoxdur ki, bağlamışdı. Bu yolun bağlı olması şəhərdə maşınların hərəkətində də müəyyən çətinliklər yaradırdı.
Bu gün ilk işinə başlayan 38 yaşlı icra başçısı Anar Tağıyevin ilk əmri o yolda avtomobillərin hərəkətini bərpa edib, sakinlərin istifadəsinə vermək oldu.
Hazırkı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçıları – piyadalar və sürücülər yollarda diqqətli və həssas olmalıdırlar. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a açıqlamasında deyib.
Vaqif Əsədov bildirib: “Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur. Bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər. Ona görə də şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və metroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa sürücü bundan yayına bilsin”.
Vaqif Əsədov bildirib ki, yağışlı hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Sürücülər sürət həddini hava şəraitinə uyğun seçməlidirlər. Şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir. Sürücünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir. Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir.
Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını vurğulayan V.Əsədov bildirib: “Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar. Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar. Hər halda günün qaranlıq vaxtları işiqlanma sistemi olsa belə, yol tam görünmür. Ona görə də piyadalar avtomobillər üçün ümumi istifadədə olan yollara çıxmadan səki ilə hərəkət etməyə üstünlük verməlidirlər”.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” mövzularında növbəti görüş keçirilib.
Rayonun Bədəlan kənd tam orta məktəblərinin şagirdləri ilə keçirilən görüşdə Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.
Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, eyni zamanda bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırıb
Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Bədəlan kənd tam orta məktəbinin direktoru Arif Mehdiyev və digərləri bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Dünən Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlər çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, 156 saylı orta məktəbdə "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" adlı tədbir keçirilib. Yol-xeber.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Əli Xəlilov, Xəzər rayon Polis İdarəsinin əməkdaşı Xəyalə Həsənova, məktəb rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə məktəblilərin yol hərəkəti təhlükəsizliyi, qaydalar, yol nişanları və s. özündə ehtiva edən səhnəciklər nümayiş olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq yol polisi ümumtəhsil ocaqlarında da müxtəlif layihələr həyata keçirir. Əsas məqsəd məktəblilərin maarifləndirməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir.
Daha sonra şagirdlərə müxtəlif suallar verən Vaqif Əsədov onlara sadə şəkildə yol hərəkəti qaydaları barəsində də müxtəlif məlumatlar verib. Fərqlənən məktəblilərə "İnci" şirkəti tərəfindən təqdim olunan məktəbli ləvazimatları hədiyyə olunub.
Orxan
"İsgəndər ASA Holding" adlı şirkətin Bakı şəhəri ərazisində qanunsuz olaraq parkinq xidməti göstərməsi barədə dəfələrlə məlumat verilib. Bakı Nəqliyyat Agentliyində olan bu səlahiyyəti "mənimsəyən" şirkət rəhbərliyi bir az da irəli gedib. Belə ki, Bakı küçələrinin birində ağaca adı ağ kağızda yazılmış elan diqqəti çəkir. "Ödəniş etməyən sürücülər cərimələnəcək". Maraqlıdır bu cəriməni kim edəcək? BNA dəfələrlə bu şirkətin onlara heç bir aidiyyatı olmadığını bildirib. İndi isə şirkət BNA-nın daha bir səlahiyyəti olan cərimə yazmağı "mənimsəyib".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu cür elanlar tamamilə qanunsuzdur. "Sadəcə, sürücülərə öz aləmlərində "xox" gəlirlər. Adamdan soruşarlar ki, sən kimsən, məni necə cərimə edəcəksən?".
Elməddin Muradlı sürücülərə tövsiyə də edib. "Ümumiyyətlə, bu insanlara pul verməyin. Heç bir cərimədən söhbət gedə bilməz. Bu, sadəcə qanunsuz olaraq pul mənimsəmək yeridir. Bu adamlar kimdir, hara qulluq edir, o da bəlli deyil. Odur ki, biz sürücülər özümüz bunu baykot etməliyik. Çünki parkinq xidməti də, cərimə tətbiq etmək də yalnız BNA-nın səlahiyyətləri daxilindədir."